Məhkəmə qərarları › İş №2(025)-186/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-186/2021

04.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-186/2021 04.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 adının və soyadının xx.xx.2002-ci il tarixli, 194 nömrəli ölüm haqqında akt qeydində “Məhəmmədova Safari” kimi qeyd olunması, soyadının Nəzirəmmədova, adın Safura, ata adının Məhəmməd kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, mərhum anası X7 xx xxx 2002-ci il tarixdə ölmüşdür. Mərhumun ölümü Maraqlı şəxsndə xx xxx 2002-ci il tarixində ölüm haqqında akt qeydində 194 nömrə ilə qeydə alınmışdır. Mərhum anasından miras qalmış əmlakdan vərəsələr arasında payların müəyyən edilməsi ilə bağlı əməliyyat aparmaq istəyərkən məlum olmuşdur ki, Maraqlı şəxsndə xx.xx.2002-ci il tarixdə aparılmış 194 nömrəli ölüm haqqında akt qeydində mərhum anası X2 Nəzirəmmədova əvəzinə “Məhəmmədova”, adı isə Safura əvəzinə “Safari” yazılmışdır. Bundan başqa mərhum anasının 194 nömrəli ölüm haqqında akt qeydində ata adı yazılmamışdır. O isə bunlardan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək, mərhum anasının ölüm haqqında akt qeydində səhvlərin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq xx.xx.2020-ci il tarixli, 05/Q-260/13 saylı imtina məktubu da verilmişdir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx xxxxxx 1967-ci il tarixli, АЗ №081168 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X8 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. X1 adı “Safura”, ata adı “Məhəmməd”, nikah bağlandıqdan sonra soyadı isə “Nəzirəmmədova” olaraq göstərilmişdir. İşdə olan, ərizəçiyə aid, Qutqaşen rayon VVAQ bürosu tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamədə Ərizəçi ana qrafasında mərhumun ad, soyad və ata adı “X7” olaraq göstərilmişdir. Həmçinin işdə olan, X5 aid Qutqaşen rayon VVAQ bürosu tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamədə X3 ana qrafasında mərhumun ad, soyad və ata adı “X7” olaraq göstərilmişdir. İşdə olan xx xxxxxx 2012-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Məhəmmədova Safari xx.xx.2002-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Mərhumun soyadı “Məhəmmədova” adı “Safari” kimi, atasının adı isə ümumiyyətlə göstərilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-260/13 nömrəli məktubla ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığından ərizəçinin mərhum anasının ölüm haqqında akt qeydinə “X7” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi mərhum anasının soyadı “Nəzirəmmədova” olduğu halda ölüm akt qeydi kitabında səhvən “Məhəmmədova”, adı “Safura” olduğu halda, ölüm akt qeydiyyatı kitabında səhvən “Safari” yazılmış, həmçinin mərhumun ata adı ölüm haqqında akt qeydində ümumiyyətlə göstərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi mərhum anası X4 ölüm haqqında qeydində soyadının “Məhəmmədova”, adının “Safari” kimi yazılmasının düzgün olmaması və ata adının “Məhəmməd” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (ölüm akt qeydiyyatı kitabında) ərizəçinin mərhum anası X4 ölümü haqqında qeyddə adının “Safari”, soyadının “Məhəmmədova” kimi yazılmasının düzgün olmaması və ata adının “Məhəmməd” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə ölüm akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar