Məhkəmə qərarları › İş №2(025)-2154/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-2154/2021

23.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-2154/2021 23.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı “torpaq sahəsindən payların müəyyən edimsəi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı “torpaq sahəsindən payların müəyyən edimsəi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində 5.05 ha həyətyanı torpaq sahəsinə görə verilmiş JN-008A kod 40603048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ona düşən payın müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı göstərilsə də, JN-008A müəyyən nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə digər payçılarla birlikdə X1 adı qeyd edilmiş və həmin adın İddiaçı ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilmir. İddiaçı sözügedən torpaq sahəsi üzrə payın müəyyən edilməsi üçün ilk növbədə JN-008A müəyyən nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin həmçinin İddiaçı məxsus olmasını sübuta yetirməli, daha sonra müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinə) payının müəyyən edilməsi ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı JN-008A müəyyən nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin həmçinin ona - İddiaçı məxsus olmasının müəyyən olunmasına dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və X2 qarşı “torpaq sahəsindən payların müəyyən edimsəi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar