Məhkəmə qərarları › İş №2(025)-228/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-228/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-228/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mebel quraşdırılması üçün ödədiyi 1000 (bir min) manatın, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manatın və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdehlə barışdıqdan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə göndərdiyi teleqramda cavabdehlə barışdıqdan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin məhkəməyə bununla bağlı barışıq sazişi göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə barışıq sazişi təqdim edilmədiyindən məhkəmə tərəfindən işə MPM-nin 261.0.5-ci maddəsinə əsasən xitam verilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə göndərdiyi teleqram məhkəmə tərəfindən iddiaçının iddiadan imtinası kimi nəzərə alınmalı və o əsaslarla mülki iş üzrə icraata xitam verilməlidir. Beleliklə, məhkəmə iddiaçının təqdim etdiyi teleqramı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, teleqram (ərizə) əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası kimi qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə teleqramdan (ərizədən) görünür ki, iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar