Məhkəmə qərarları › İş №2(025)-231/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-231/2024

12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-231/2024 12.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və Cavabdeh4 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Nic qəsəbəsi ərazisindən 0.23 ha və 1.03 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağlı təyinatlı torpaq sahəsinə görə verilmiş JN-167A və JN-167F, kod 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə onlara düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 bir ailədir və Qəbələ rayonu, Nic qəsəbəsində yaşayırlar. İddia ərizəsində qeyd olunan cavabdehlər X9 o- İddiaçı1 qardaşı, Cavabdeh2yyə qızı onun yoldaşı, Cavabdeh3 onların qızı və X2 isə digər qardaşının yoldaşıdır. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə adı qeyd olunmuş anası X13 xx.xx.2001-cü il tarixində ağ ciyər ödemi xəstəliyindən vəfat etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarları ilə ona İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4a mərhum anası X12, cavabdehlər X4, Cavabdeh2yyə qızına, X10 və X1 Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindən 0.23 ha və 1.03 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağlı təyinatlı torpaq sahəsinə görə JN-167A və JN-167F, kod 40600068 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Torpaq sənədində adları qeyd olunmuş şəxslər onun ailə üzvləridir və onlarla hər hansı mübahisələri yoxdur. Hal-hazırda o cavabdehlərlə birlikdə yaşamadıqlarından və torpaq islahatı ilə cavabdehlərlə birlikdə onlara verilmiş torpaq sahələrinin isə bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, mübahisəli olduğundan mülkiyyətçi kimi onlara düşən torpaq sahəsindən istifadə edə bilmirlər. Həmin torpaq sahələrindən onlara düşəcək torpaq payının müəyyən edilməsini istəyirlər, lakin cavabdehlə razılıq olmadığından könüllü olaraq bölmək mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh4 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında razılığa gəlmək mümkün olmamışdır. Əvvəlcə 9 saylı Reyestr idarəsinə, daha sonra Qəbələ regional “Asan xidmət” mərkəzinə notariat ofisinə müraciət etmişlər. Aydınla aralarında torpağın bölünməsi ilə bağlı razılığa gələ bilməmişlər. Odur ki, məhkəmədən əfdalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-167A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 saylı qərarına əsasən, Qəbələ rayonu, Nic kəndində yerləşən 0.23 ha torpaq sahəsi X7, X5, X3, İddiaçı3, X6, Cavabdeh1yyə oğlunun, Cavabdeh4, X14 və Cavabdeh2yyə qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-167F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 saylı qərarına əsasən, Qəbələ rayonu, Nic kəndində yerləşən 1.03 ha torpaq sahəsi X7, X5, X3, İddiaçı3, X6, Cavabdeh1yyə oğlunun, Cavabdeh4, X14 və Cavabdeh2yyə qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-167A və JN-167F, kod 40600068 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 saylı qərarına əsasən X7, X5, X3, İddiaçı3, X6, Cavabdeh1yyə oğlunun, Cavabdeh4, X14 və Cavabdeh2yyə qızının mülkiyyətinə 0.23 ha və 1.03 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçılar cavabdehlərlə payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən iddiaçıların Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə JN-167A və JN- 167F, kod 40600068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnamələrdə mülkiyyətçi olaraq 1/9 hissədə payları müəyyən olunmaqla iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-167A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən və Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-167F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,03 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payı 1/9 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-167A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən və Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-167F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,03 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payı 1/9 hissədə müəyyən olunsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar