Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-256/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Həsənova (Soltanlı) Çinarə Şahin qızına qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Həsənova (Soltanlı) Çinarə Şahin qızına qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A№ 447474 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayon Zarağan kəndindən xüsusi mülkiyyətə verilmiş 0,23 ha torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və onlara düşən torpaq sahələrinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A№ 447474 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu, Zarağan kəndindən İddiaçı4 1/7, İddiaçı3 1/7, İddiaçı2 1/7, İddiaçı1 2/7, Cavabdeh2 və Cavabdeh1 1/7 torpaq payı olmaqla xüsusi mülkiyyətlərinə 0,23 ha torpaq sahəsi verilmişdir. Hazırda onlara düşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindən hər birinin payının müəyyən edilməsini və torpaq sahəsinin naturada ayrılmasını istəyirlər. Həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 qeyd olunanlara uyğun izahat verib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş bölgü planına uyğun olaraq paylarının naturada bölünməsinə etiraz etmədiklərini bildirərək, iddia tələblərinin təmin olunmasını xahiş etdirlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək məhkəmə verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsindən payların naturada ayrılmasına etiraz etmir. Ekspert rəyi ilə tanış olmuş və ekspert rəyində göstərilmiş, yəniAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ölçülərə uyğun, aralarında mübahisələndirilən torpaq sahələrində bölgünün aparılmasına heç bir etirazı yoxdur. İş üzrə İddiaçı3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı3 və Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə İddiaçı3 və Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən işin məhkəmə baxışı iclasında İddiaçı3 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən işin məhkəmə baxışı iclasında cavabdeh Həsənova (Soltanlı) Çinarə Şahin qızının etibarnamə üzrə nümayəndəsi X4 torpaq sahəsindən payların naturada ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,230780 ha həyətyanı torpaq sahəsindən İddiaçı4, X3, İddiaçı3, Cavabdeh2 və İddiaçı2 hər birinin1/7, İddiaçı1 isə 2/7 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 tərəfindən xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair A 447474 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2020-ci il tarixdə ünvanladığı **********84 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri mərkəzin eksperti ilə birgə mübahisəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron DVJ baza məlumatları ilə müqayisə olunaraq araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Reyestr nömrəsi **********52; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,23 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1/7 hissədən ibarət paylarının naturada bölünməsi mümkündür. Məlumata 0,23 ha torpaq sahəsindən mülkiyyətçilərin hər birinə düşən paylarının mümkün variantda naturada müəyyən edilmiş bölgüsünün planı əlavə olunmuşdur. Məktuba əlavə olunmuş torpaq sahəsinin bölgü planında mülkiyyətçilərin hər birinə düşən paylarının mümkün variantda yol yerinin olması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli,10/262 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 mütəxəssisi tərəfindən tərtib olunan mütəxəssis rəyində göstərilmişdir ki, Reyestr nömrəsi **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,23 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 1/7 hissədən ibarət paylarının naturada ayrılması mümkündür. 0,23 ha torpaq sahəsindən mülkiyyətçilərin hər birinə düşən payların mümkün variantda naturada müəyyən edilmiş bölgüsünün planı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********55 nömrəli məktubdan görünür ki, torpaq sahəsinin paylara uyğun bölünməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı və payların bölünməsi barədə notarial saziş təqdim olunduqdan sonra qanuna müvafiq qaydada torpaq sahəsinin naturada bölünməsinin mümkün olması izah edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Zarağan kənd İƏD tərəfindən verilmiş 26noyabr 2019-cu il tarixli, 591 nömrəli arayışdan görünür ki, İddiaçı1 ƏMDK yanında DƏDRX-nin xx.xx.2016-cu il tarixli RX-№0950955 olan çıxarışda qeyd olunan ailə üzvləri özündən, həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3 və qızı İddiaçı4 ibarətdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd İ.Ə.N-yi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-T seriyalı, 007610 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X2 24may1993-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 20 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan SƏYYAR ASAN10 tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1999-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4xx.xx.1995-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2xx.xx.1965-ci il tarixdə Qəbələ rayonu Kiçik Pirəlli kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,230780 ha həyətyanı torpaq sahəsindən İddiaçı4, X3, İddiaçı3, Cavabdeh2 və İddiaçı2 hər birinin1/7, İddiaçı1 isə 2/7 hissədə payları müəyyən olunmuşdur və sözügedən torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti – texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış hər bir torpaq sahəsindən iddiaçıların payının mütəxəssislər və ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına Cavabdeh2 etiraz etməmişdir. Eyni zamanda cavabdeh Həsənova (Soltanlı) Çinarə Şahin qızının etibarnamə üzrə nümayəndəsi X4 torpaq sahəsindən payların naturada ayrılmasına etiraz etmədiyini bildirmiş, lakin məhkəmə iclasında iştirak etmədiyindən mütəxəssislər və ekspert tərəfindən təklif olunan qaydada ayrılmasınamünasibətini öyrənmək mümkün olmasa da, belə bölgü cavabdehin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə ekspert, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********52; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2019) Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdehlər Cavabdeh2 və cavabdeh Həsənova (Soltanlı) Çinarə Şahin qızının mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,23 ha torpaq sahəsindən İddiaçı1 2/7 (0,065714 ha), iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin 1/7 (0,0328571 ha) hissəsi Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçlar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq, 50 (əlli ) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********52; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi xx.xx.2019) Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdehlər Cavabdeh2 və cavabdeh Həsənova (Soltanlı) Çinarə Şahin qızının mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,23 ha torpaq sahəsindən İddiaçı1 2/7 (0,065714 ha), iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin 1/7 (0,0328571 ha) hissəsi Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçlar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq, 50 (əlli ) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-256/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-256/2020
24.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver