Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-26/2024 20.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh3, X3 və X5 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, X6 və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, X6 və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) və A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi, o cümlədən A 910508 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,55 ha (reyestr nömrəsi: **********32) həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı aparılarkən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha və 0,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, o cümlədən 0,55 ha həyətyanı torpaq sahəsi beş nəfərdən (İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3) ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş, müvafiq olaraq A 910562 saylı (reyestr nömrəsi: **********31), A 910563 saylı (reyestr nömrəsi: **********30) və A 910508 saylı (reyestr nömrəsi: **********32) plan üzrə ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 2014-cü il tarixdə o, Cavabdeh3 ilə boşandıqdan sonra yaşayış yerini dəyişmiş və ailə üzvləri sırasından çıxmışdır. Hazırda torpaq sahəsinin birgə istifadəsi ilə bağlı digər payçılarla ümumi razılığa gəlmək mümkün olmadığından torpaq payından məhrum olmuşdur. Ona görə də, A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) və A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi, o cümlədən A 910508 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,55 ha (reyestr nömrəsi: **********32) həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə iddia qaldırmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 910508 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,55 ha (reyestr nömrəsi: **********32) həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1199 saylı ekspert rəyinə əsasən İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) və A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 0,04 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğuna görə elektron uçot xəritəsində (TEKUİS) dürüstləşmə aparıldıqdan sonra paylara uyğun naturada ayrılması mümkündür. **********31 və **********632 reyestr nömrəli Çıxarışlara əsasən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha və 0,55 ha torpaq sahələrinin bölgü planında göstərilən qaydada İddiaçı, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 paylarına uyğun naturada ayrılması mümkündür. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot xəritəsində qeydə alınmış koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin döngə nöqtələri (faktiki istifadə vəziyyəti) arasında uyğunsuzluq olması torpaq sahəsinin qeydə alınmış Əlahiddə Plan üzrə paylara uyğun (1/5 hissə üzrə) naturada bölünməsinə maneçilik törətmir. Belə ki, torpaq sahəsinin Elektron uçot xəritəsində (TEKUİS) qeydə alınmış koordinatların dəyişdirilib dəyişdirilməməsindən (faktiki vəziyyətlə uyğunlaşdırmaqdan ötrü) asılı olmayaraq həmin torpaq sahəsinin Əlahiddə Planda döngə nöqtələrinin (koordinatların) yeri və ərazi sərhədləri dəyişilmir. AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1199 saylı ekspert rəyinə əlavə edilmiş Yerquruluşu planına əsasən **********31 reyestr nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada bölgüsü də Əlahiddə plan üzərində aparılmışdır. A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçüləri düzxəttli olmaqla en tərəflərindən gediş-gəliş yolu ilə əhatə olunduğundan torpaq sahəsinin Əlahiddə Plan üzərində eni boyunca beş bərabər hissəyə naturada bölünməsində heç bir maneçilik yoxdur. Ona görə də, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) və A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi, o cümlədən A 910508 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,55 ha (reyestr nömrəsi: **********32) həyətyanı torpaq sahəsinin 1/5 hissəsi naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T D İ : İddia tələbi təmin olunsun. AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış A 910562 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,617 ha (reyestr nömrəsi: **********31) və A 910563 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,4 ha (reyestr nömrəsi: **********30) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi ( AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1199 saylı ekspert rəyinə əlavə edilmiş plan üzə), o cümlədən A 910508 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,55 ha (reyestr nömrəsi: **********32) həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (eni boyunca ölçülərək bölünən beş bərabər hissə üzrə) naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Cavabdehlər, X8, X7 və X2 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov .
Məhkəmə qərarları › İş №2(025)-26/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-26/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver