Məhkəmə qərarları › İş №2(025)-266/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-266/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-266/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********91 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda olan 0,09 ha həyətyanı torpaq sahəsi və **********39 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda olan 0,823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq hər birindən payına düşən 1/5 və ¼ hissəsini naturada ayırmaqla sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 29 yanvar 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 16 aprel 2002-ci il tarixdə kəskin ağ ciyər-ürək çatmamazlığından vəfat etdiyindən onun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatları aparılan zaman cavabdehlərlə birgə ümumi paylı mülkiyyətlərinə iki sahədə olmaqla 0,9 ha həyətyanı torpaq sahəsi və 0,823 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair hər birinin payı 1/5 hissədə müəyyən edilmiş və müvafiq olaraq **********91 nömrəli və **********39 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlardan görünür ki, hal-hazırda da hər birinin payı **********39 nömrəli çıxarışa əsasən ¼ və **********91 nömrəli çıxarışa əsasən 1/5 hissədədir. Çıxarışların hər ikisini 24.08.2020-ci ildə əldə etmişlər. Çıxarışları aldıqdan sonra o, payına düşən hissəni ayırmaq qərarına gəlmişdir. Bu barədə DƏDRX-nın 9 saylı Ərazi idarəsinə ərizə vermişdir. Cavabdehlər isə paylarının könüllü şəkildə naturada bölünməsinə etiraz etmişlər. Torpaq sahələrinin bölünməsinə dair aralarında mübahisə yarandığına görə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 03.12.2020-ci il tarixli məktubunda məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çıxarışlar üzrə hər birinin payları bəllidir. Torpaqları iki sahədə olmaqla, ümumi sərhədlər daxilində yerləşir. Həmin torpaq sahələrinin naturada bölünməsi barədə aralarında narazılıq olduğuna görə, məhkəmə qaydasında bölünərək sərhədləri müəyyən edilməlidir. Məhkəmənin 25.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy alınadək iş üzrə icraat dayandırılmışdır. 30.04.2021-ci il tarixdə “X3” MMC-nin 23 aprel 2021-ci il tarixli, 143 saylı rəyi mülki işlə birlikdə məhkəməyə daxil olmuş və məhkəmənin 30.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə işin məhkəmədən kənar həll edilməsi barədə razılığa gəldiyini, bu səbəbdən mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ilə razılaşdığını və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq (Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X) “X3” MMC-nin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq (Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X) “X3” MMC-nin hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar