Məhkəmə qərarları › İş №2(025)-297/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-297/2022

01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-297/2022 01.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********88- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.08.2021-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Məmmədağalı kəndindəki xüsusi mülkiyyətlərində olan 4,83 ha torpaq sahəsindən 1.245 ha pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əzizova (Qaçayeva) Gülcamal Zakir qızı xx.xx.1981-ci il tarixində Məmmədağalı kəndində anadan olmuş, 14.11'2016-ci il tarixində X4 ilə ailə qurmuş və nikaha daxil olduqdan sonra soyadını ərinin soyadı olan “Qaçayeva” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə X2na, anası X3, qardaşları Cavabdeh1, Cavabdeh2, X7 və ona Əzizova (Qaçayeva) Gülcamal Zakir qızına Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisindən 5.05 ha həyətyanı torpaq sahəsinə görə JN-008A, KOD 40603048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X2 14.06.2012-ci il tarixində və anası X6 isə 26.03.2012-ci il tarixində vəfat etmiş, onlardan qalmış miras əmlakın qəbulu ilə əlaqədar Qəbələ regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, həmin şəhadətnamə əsasında Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisindəki 5.05 ha həyətyanı torpaq sahəsinə görə ¼ pay olmaqla paylar müəyyən edilərək çıxarış alınmışdır. X10 özünə məxsus torpaq sahəsindən müəyyən hissəsi üzrə alğı-satqı etdiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********88- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.08.2021-ci il olan yeni Çıxarış verilmişdir. Çıxarışa əsasən Qəbələ rayonu, Məmmədağalı kəndindəki xüsusi mülkiyyətlərində olan 4,83 ha torpaq sahəsində Cavabdeh1 1.245 ha, Cavabdeh2 1.245 ha, X7 1.095 ha və mənə İddiaçı qızma 1.245 ha olmaqla torpaq payları müəyyən olunmuşdur. Hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindən hər birimizin payı müəyyən edildiyindən torpaq sahəsinin naturada ayrılmasını istəyirəm. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində qeyd olananlarla razı deyil. İddiaçıların mübahisələndirdiyi torpaq sahəsinin bölünməsinə etiraz edir. Onların ümumi birgə mülkiyyətdə başqa torpaq sahəsi də var. Bacısının və qardaşlarının hər birinin öz torpaq sahələri, öz təsərrüfatları var. Hazırki mübahisəli torpaq sahəsi isə onun istifadəsindədir və bir hissəsini satmışdır. Bu səbəbdən hazırki mübahisəli torpaq sahəsinin bölünməsinə etiraz edir. Həmin ərazidən bacısına və qardaşlarına pay sahəsinin ayrılıb verilməsini istəmir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək göstərmişdir ki, onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək göstərmişdir ki, onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin hər birinin payının naturada müəyyən edilməsinə etiraz etmir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(025)-1752/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 24.08.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən 4.83 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh3 çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 05.05.2022-ci il tarixli, **********16 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, İşin araşdırılması məqsədi ilə DƏDKR X15 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 29 mart 2022-ci il tarixdə Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasina əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 23.07.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Məmmədağalı kəndində İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətinə verilmiş 4,98 hektar torpaq sahəsindən Cavabdeh3 tərəfindən **********87-10301 reyestr nömrəli çıxarışa əsasən 0,15 hektar, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən 0,65 hektar, **********16-10301 reyestr nömrəli çıxarışa əsasən 0,30 hektar, cəmi 1,10 hektar hissə satılmışdır. (yerquruluşu planı 1,2,3,4,5). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən 4,83 hektar torpaq sahəsindən Cavabdeh2 mülkiyyətinə 1,245 hektar, Cavabdeh1 mülkiyyətinə 1,245 hektar, Cavabdeh3 mülkiyyətinə 0,145 hektar və İddiaçı mülkiyyətinə 1,245 hektar olmaqla payların naturada ayrılması mümkündür (Rəyə əlavə olunmuş yerquruluşu planı 6,7,8,9,10). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.07.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 4,98 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 hər birinin ¼ hissədə payları müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli 4Ə-930 saylı Alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 4,98 ha torpaq sahəsinin ona məxsus 0.15 ha torpaq sahəsini X1. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 4.83 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1.245 ha, Cavabdeh3 1.095 ha payı müəyyən olunmuşdur. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********71-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.07.2021) əsasən İddiaçı, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş 4,98 ha torpaq sahəsindən onların hər birinin payı ¼ hissədə müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0,15 hektar hissəsi Cavabdeh3 tərəfindən satılmışdır. Hazırda Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 4.83 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin payı 1.245 ha, Cavabdeh3 payı 1.095 ha təşkil edir. Paylı mülkiyyətçilər torpaq sahəsindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının paylarının mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı etiraz etməmişdir. Cavabdehlər isə iddia tələbinə dair fikir bildirməmişlər. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 10 nömrəli Yerquruluşu planında göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********88-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 24.08.2021) əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən 4.83 ha torpaq sahəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə uyğun şəkildə və ölçüdə (10 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılmalı və iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********88-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 24.08.2021) əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən 4.83 ha torpaq sahəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə uyğun şəkildə və ölçüdə (10 nömrəli Yerquruluşu planında göstərilən torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılsın və iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar