Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-31/2022 08.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun cavabdehlər Cavabdeh2 Sabı̇ r oğluna, X2 və Cavabdeh3 Sabı̇ r oğluna qarşı "paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun və Cavabdeh2 Sabı̇ r oğlunun iştirakları ilə, İddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun cavabdehlər Cavabdeh2 Sabı̇ r oğluna, X2 və Cavabdeh3 Sabı̇ r oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlu cavabdehlər Cavabdeh2 Sabı̇ r oğluna, X2 və Cavabdeh3 Sabı̇ r oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 406Ü13105088, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindən xüsusi mülkiyyətlərinə verilmiş 1,1 ha torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə müraciət edərək torpaq islahatı zamanı ona və digər ailə üzvlərinə verilmiş birgə torpaq sahələrindən hər birinə ayrılıqda düşən payların müəyyən olunmasını xahiş etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış verilmişdir. Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindəki xüsusi mülkiyyətdə olan 1,1 ha torpaq sahəsində mərhum atası X4 1/5, Cavabdeh1 qızma 1/5, Cavabdeh3 1/5, Cavabdeh2 1/5 və ona yəni - İddiaçı 1/5 pay olmaqla torpaq paylan müəyyən olunmuşdur. Hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindən hər birinin payı müəyyən edildiyindən torpaq sahəsinin naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlu iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sabı̇ r oğlu iddianı qismən qəbul edərək göstərdi ki, qeyd olunan torpaq sahəsində 5 nəfərin payı var. Həmin torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinə razıdır. Lakin hazırda iddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun istifadəsində olan torpaq sahəsi də bölünməlidir. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X2 və Cavabdeh3 Sabı̇ r oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Birinci instansiya baxışının hədləri • Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021ci il; reyestr nömrəsi – **********88) surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.1 ha torpaq sahəsindən Paşayev Sadı̇ q Sabı̇ r oğlu, Cavabdeh2 Sabı̇ r oğlunun, Cavabdeh1, Cavabdeh3 Sabı̇ r qızının və X3 hər birinin payı 1/5 hissədə müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(025)-1359/2021 nömrəli qərardadı ilə İş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021-ci il; reyestr nömrəsi – **********88) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.1 ha torpaq sahəsindən Paşayev Sadı̇ q Sabı̇ r oğlu, Cavabdeh2 Sabı̇ r oğlunun, Cavabdeh1, Cavabdeh3 Sabı̇ r qızının və X3 hər birinin 1/5 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, Aparılan araşdırmalar nəticəsində Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh2, X1, Cavabdeh3 və X3 ümumi paylı mülkiyyətlərində olan 1,1 ha torpaq sahəsindən hər birinin 1/5 hissədə naturada paylarının ayrılması mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və 1,1 ha torpaq sahəsinə bir istiqamətdən gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən paylı mülkiyyətdə olan 1,1 ha torpaq sahəsindən payçıların hər birinə düşən 1/5 paylarının (0,22 ha) naturada bölgüsü aparılan zaman bölünən hər bir torpaq sahəsinə gediş-gəliş yolunun təmin etmək mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021-ci il; reyestr nömrəsi – **********88) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli 1.1 ha torpaq sahəsi üzərində Paşayev Sadı̇ q Sabı̇ r oğlu, Cavabdeh2 Sabı̇ r oğlunun, Cavabdeh1, Cavabdeh3 Sabı̇ r qızının və X3 ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış və mülkiyyətçilərin hər birinin payı 1\5 hissədə müəyyən edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 406Ü13105088, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsindən xüsusi mülkiyyətlərinə verilmiş 1,1 ha torpaq sahəsindən 1/5 pay olmaqla ona düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş və 1,1 ha torpaq sahəsinə bir istiqamətdən gediş-gəliş yolu mövcuddur. Bu səbəbdən paylı mülkiyyətdə olan 1,1 ha torpaq sahəsindən payçıların hər birinə düşən 1/5 paylarının (0,22 ha) naturada bölgüsü aparılan zaman bölünən hər bir torpaq sahəsinə gediş-gəliş yolunun təmin etmək mümkün deyildir. Beləliklə, iddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlu irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun cavabdehlər Cavabdeh2 Sabı̇ r oğluna, X2 və Cavabdeh3 Sabı̇ r oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı Paşayev Sadı̇ q Sabı̇ r oğlunun cavabdehlər Cavabdeh2 Sabı̇ r oğluna, X2 və Cavabdeh3 Sabı̇ r oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev