Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-317/2021 20.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, Cavabdeh icra məmuru Ülvi Həmidlinin və maraqlı şəxs X6 iştirakı ilə İddiaçı Cavabdehnə və maraqlı şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə JN-131F saylı "Torpağn mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin (üzərində) sərhədlərinin daxilində həyata keçirilmiş icra işinin nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsinin 12.05 2020-ci il tarixli 2(025)-7\2020 nömrəli Qətnaməsinə görə "JN-132G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə Qəbələ rayon Nic qəsəbəsində X7, X3, X9 və X4 mülkiyyətinə verilmiş 0,41 ha torpaq sahəsinin 0,31 ha hissəsi və JN 132 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə üzrə həmin şəxslərin mülkiyyətinə verilmiş 0,16 ha. torpaq sahəsinin 0,0768 ha. hissəsinə cavabdehlər X10 və X15 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə, İcra məmuru JN-131F saylı Şəhadətnaməyə əsasən onun və ailə üzvülərinin mükiyyətinə verilmiş və hazırda yaşadığı həyətyanı torpaq sahəsinə gələrək, yuxarıda göstərilən qətnamə üzrə İcra və Probasiya Şöbəsinə verilmiş icra sənidinin icrasını həyata keçirmək adı altında, mülkiyyətlərində olan torpaq sahəsinin 0,40 ha. hissəsini kanal qazmaqla ayıraraq iddiaçılara təhvil vermişdir. Yuxarıda qeyd edilmiş iki şəhadətnamə, JN-132G və JN-132 A, üzrə olan torpaq sahələıri ayrı-ayrı yerlərdə yerləşir. Onun həyətyanı torpaq sahəsi 131 F saylı şəhadətnamədə göstərilmiş sərhədlər çərçivəsində olmaqla, həmin torpaq sahələri yerləşən ərazidən xeyli aralı məsafədə yerləşir. Buna baxmayaraq icra məmuru onun həyətyanı sahəsinə gələrək JN-131 F nömrəli Şəhadətnamənin sərhədləri çərçivəsində yerləşən torpaq sahəsindən 0,40 ha. hissəsini ayraraq kanal atmaqla, tələbkarlara tanıtmış və guya məhkəmənin qətnaməsini icra etmişdir. İddiaçıların verdikləri iddia üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş və ekspertizanın verdiyi rəy üzrə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Qətnamə onlara məxsus 131 F saylı şəhadətnamədəki torpağa aid olmadığından, Qətnamədən şikayət verməmişlər. Həmin Qətnamədən, həm də ekspert rəyindən görünür ki, ekspertiza JN-132 G və JN-132 A nömrəli şəhadətnamələrdə göstərilmiş torpaq sahələrində aparılmış və buradan irəli gələn qətnamə qəbul edilmişdir. Ekspert JN-131F saylı şəhadətnamədəki torpaq sahəsinə ümumiyyətlə gəlməmiş, yalnız qətnamədə göstərilən torpaq sahələri üzərində ölçü işləri aparılmışdır. Ekspert rəyinə, mübahisəli sahənin mübahisə edilən hissəsinə aid plan-ölçü əlavə edilməmişdir. Qətnamədə göstərilmiş iki hissə torpaq sahələrinin JN- 131 F saylı şəhadətnamədə göstərilmiş nəyətyanı torpaq sahəsi ilə heçbir yaxınlığı, habelə ümumi sərhədləri olmadığı halda, icara məmuru JN -131 F nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsindən 0,40 ha kəsərək kanal qazdırmış və qətnamə üzrə iddiaçılara vermişdir. Həm JN-132G və JN-132 A nömrəli Şəhadətnamələrin plan-ölçü kadastrından, həm də JN-131F nömrəli Şəhadətnamənin plan-ölçü kadastrından görünür ki, mübahisəli torpaq sahələrinin, JN -131 F saylı şəhadətnamə üzrə olan oların həyətyanı torpaq sahəsi ilə ümumi sərhədləri yoxdur, habelə bu torpaq sahələri yanaşı yerləşmir. Belə olduğu halda icra məmuru JN-131F nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinə müdaxilə edə bilməzdi. Ona görə də icra işinin nəticəsi ləğv edilməli, ona və ailə üzvülərinə məxsus torpaq sahəsi faktiki həyata keçirilmiş icra hərəkətlərinin nəticələrindən azad edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində Cavabdeh icra məmuru Ülvi Həmidli iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mühbahisəli məsələ ilə bağlı Qəbələ Rayon Məhkəməsinin 12.05 2020-ci il tarixli 2(025)-7\2020 nömrəli qətnaməsi mövcuddur və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icraat başlanılmış, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan xx.xx.2020-ci il tarixli qərarla icra işi üzrə icraata xitam verilmişdir. Sonuncu qeyd olunan qərardan İddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət verməmişdir. Qeyd olunan halların mövcud olması ərizəçi tərəfindən irəli sürülmüş iddianın Qəbələ Rayon Məhkəməsində baxılmasının mümkünsüz sayılması üçün əsas verir. Mübahisəyə məhkəmədə baxılmalı deyil. Odur ki, İddiaçı iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X11 iddia tələbini qəbul etməyərək iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə və üçüncü şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci ii tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahislərə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Lakin hazırkı iddia ərizəsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X5 iddia tələbi təmin edilmiş, JN-132G nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində X11, X12, X13, X1 mülkiyyətinə verilmiş 0,41 ha torpaq sahəsinin 0,31 ha hissəsi və JN-132A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində X11, X12, X13, X1 mülkiyyətinə verilmiş 0,16 ha torpaq sahəsinin 0,0768 ha hissəsinə cavabdehlər X14 və X15 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icraat başlanılmışdır. İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Cavabdeh icra məmuru Ülvi Həmidli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla icra işi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehnə və üçüncü şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən torpaq sahəsinin (üzərində) sərhədlərinin daxilində həyata keçirilmiş icra işinin nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar nəzərə alınaraq İddiaçı Cavabdehnə və üçüncü şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs X2rşı “icra işinin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-317/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-317/2021
20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver