Məhkəmə qərarları › İş №2(025)-32/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-32/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-32/2022 26.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilləri Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların naturada ayrılmaqla bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların naturada ayrılmaqla bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hazırlanıb verilmiş 28.07.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,5145 hektar həyətyanı torpaq sahəsinin mərhum X6 və Məmmədova İmarət Absaat qızından miras qalmış ½ hissəsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hazırlanıb verilmiş 28.07.2021-ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlarla cavabdehlərə düşən payların bir-birindən naturada ayrılmaqla bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,57 hektar həyətyanı torpaq sahəsi onların, həmçinin ailə üzvləri X6 və Məmmədova İmarət Absaat qızının paylı mülkiyyətinə verilmiş, həmin qərar əsasında DTXK Qəbələ Rayon Şöbəsi tərəfindən adlarına yanvar 2002-ci il tarixli JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onların, həmçinin ailə üzvləri X6 və Məmmədova İmarət Absaat qızının mülkiyyətinə verilmiş, həmin qərar əsasında DTXK Qəbələ Rayon Şöbəsi tərəfindən adlarına fevral 2003-cü il tarixli JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. İddiaçı1 xx xxxxxxxx 1978-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. 21 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikası Qəbələ Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X1 ərə getmişdir. Nikahları qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Hüseynova” soyadını qəbul etmişdir. Nikahları qeyd edilənədək isə soyadı “Məmmədova” olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqov) onların cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızına qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-517F saylı Şəhadətnaməyə və torpağa mülkiyyət hüququna dair JN-0443 saylı dövlət aktına əsasən ümumi mülkiyyətinə verilmiş, müvafiq olaraq 1,57 ha həyətyanı və 0,45 ha pay torpaq sahəsindən onların payına düşən hissələrinin naturada ayrılaraq verilməsi barədə iddiası təmin edilmiş, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-517F saylı şəhadətnaməyə əsasən onlar və cavabdehlər X6, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olan Qəbələ rayon Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən onların birlikdə 2/4 ha payı uzununa iki hissəyə bölünməsi yolu ilə, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması, bölgü nəticəsində həyətin onların payına düşəcək hissəsində qalacaq inventar dəyəri 5.660 manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 manat təşkil edən 15 metr uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 manat məbləğində pulun onlardan tutulub cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızına verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, onların nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin nəticə hissəsindən “Bölgü nəticəsində həyətin iddiaçıların bölgü payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 manat təşkil edən 15 metr uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 manat məbləğində pulun iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızına verilməsi” cümləsi xaric edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X6 08 iyun 2020-ci il tarixdə, Məmmədova İmarət Absaat qızı 12 dekabr 2020-ci il tarixdə vəfat etmişlər. X6 və Məmmədova İmarət Absaat qızından JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə nəzərdə tutulmuş torpaq sahələrinin onlara aid hissələri miras qalmışdır. X6 və Məmmədova İmarət Absaat qızı öz sağlıqlarında JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0443 kod 40608018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə nəzərdə tutulmuş torpaq sahələrinin onlara aid hissələrini X6, Cavabdeh1, Məmmədova İmarət Absaat qızı isə öz paylarını Cavabdeh2 vəsiyyət etmişlər. Qəbələ Regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 təsdiq edib onlara verdiyi 24 iyun 2021-ci il tarixli 2V-400, 2V-401, 2V-402 və 2V- 403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onların mərhum X6 və Məmmədova İmarət Absaat qızından miras qalan əmlaklardan hər birinin ayrı-ayrılıqda 1/6 hissə irs almalıdırlar. Onlar 24 iyun 2021-ci il tarixli 2V-400, 2V-401, 2V-402 və 2V-403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri və digər sənədləri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edərək qeyd edilən əmlaklar barədə 26.07.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDR-dən çıxarış, eyni tarixli A№635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü, 26.07.2021-ci il tarixli ********** qeydiyyat, ********** reyestr nömrəli DƏDR-dən çıxarış, eyni tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərini almışlar. JN-517F kod 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə dair hazırda aldıqları 26.07.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDR-dən çıxarışda torpaq sahəsinin ümumi miqdarı son müayinə ilə 1,5145 hektar göstərilmişdir. Həmin torpaq sahəsinin onlara məxsus olan ½ hissəsinin naturada yerləşməsi Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi müəyyən edilmişdir. Qəbələ Regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Tamerlan Abdulqafur oğlunun təsdiq edib onlara verdiyi 24 iyun 2021-ci il tarixli 2V- 400, 2V-401, 2V-402 və 2V-403 saylı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onlara düşən pay miqdarları müəyyən olsa da, həmin payların naturada yeri müəyyən deyildir. Hazırda 28.07.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 1,5145 hektar həyətyanı torpaq sahəsinin 8/24 hissəsi İddiaçı1, 8/24 hissəsi İddiaçı2, 5/24 hissəsi Cavabdeh1, 3/24 hissəsi isə Cavabdeh2 paylı mülkiyyətində 28.07.2021ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8/24 hissəsi İddiaçı1, 8/24 hissəsi İddiaçı2, 5/24 hissəsi Cavabdeh1, 3/24 hissəsi isə Cavabdeh2 paylı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən paylı mülkiyyətində olan 1,5145 hektar həyətyanı və eyni kənddə yerləşən 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı hüquq sahiblərinin hər birinin torpaq sahələrindəki paylarına, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)- 22/2014 nömrəli qətnaməsi və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq naturada bölünərək ayrılması ilə əlaqədar razılığa gəlmək üçün müraciət etmişlər. Onların müraciətlərinə hər hansı münasibət bildirməmişlər. Yuxarıda qeyd edilən paylı mülkiyyətində olan torpaq sahələrində öz paylarlarına münasibətdə hüquqlarını tam həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-ni 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli ********** qeydiyyat, **********37 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A № 635851 nömrəli torpaq sahəsinin planı və ölçüsü, 28.07.2021ci il tarixli ********** qeydiyyat, **********08 reyestr nömrəli DƏDR-dən çıxarış, 26.07.2021-ci il tarixli A№ 635852 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən onların paylarının cavabdehərə düşən paylardan naturada ayrılmaqla bölünməsi zərurəti yaranmışdır. Onlar özlərinə düşən torpaq paylarının cavabdehlərə düşən paylardan naturada ayrılmaqla bölünməsini istəyirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, sözügedən torpaq sahələrinin naturada bölgüsü ilə bağlı əvvəllərdə məhkəmə prosesləri olmuş, Qəbələ rayon məhkəməsinin qətnaməsi ilə bölgü həyata keçirilmiş, Apellyasiya və Ali məhkəmənin qərarları ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi qüvvədə almışdır. Lakin mütəxəssislər tərəfindən bölgü planları tərtib edilərkən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə verilmiş bölgü planları nəzərə alınmamış, nəticədə onların hüquqları pozulmuşdur. Məhkəmədən əvvəlki bölgü planları nəzərə alınmaqla onlara məxsus torpaq sahələrinin ayrılıb verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun çıxış edib, əlavə olaraq göstərdi ki, mütəxəssis rəyi ilə tanış olmuş və fikirləşir ki, həmin mütəxəssis rəyləri cavabdehlərin mənafəyinə uyğun olaraq verilmiş, nəticədə iddiaçıların hüquqları kobud pozulmuşdur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi əsasında sözügedən torpaq sahəsinin bölgüsü məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi bölgü planına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Qəbələ rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş bölgü planı öz qanuni qüvvəsini almışdır. Hal-hazırda isə vərəsəlik qaydasında müəyyən olunmuş payların naturada ayrılması zərurəti yaranmışdır. Əvvəlki bölgü planı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, əvvəlki bölgü planı ilə iddiaçılara verilmiş torpaq sahəsinə toxunulmadan yerdə qalan torpaq sahəsi iddiaçıların və cavabdehlərin eyni dərəcədə mənfəəti nəzərə alınmaqla bölünməlidir. Hazırkı mütəxəssis rəyləri həmin hallar nəzərə alınmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, torpaq sahəsinin bölünməsinə etiraz etmirlər, lakin iddiaçıların iddia etdiyi şəkildə torpaq sahələrinin bölünməsi cavabdehlərin hüquqlarını kəskin şəkildə pozmaqdadır. İddiaçılar əvvəlki qətnamələrə əsasən müəyyən edilmiş bölgü planı nəzərə alınmaqla torpaq sahələrinin bölünməsini iddia etsələr də, bu əsassızdır. Çünki, əvvəlki qətnamələrə əsasən müəyyən olunmuş bölgü planı öz əhəmiyyətini itirmiş, tərəflərin paylı mülkiyyətinə torpaq sahələrinin verilməsi ilə bağlı yeni Çıxarışlar verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçıların və cavabdehlərin mənfəəti eyni dərəcədə nəzərə alınmaqla payların naturada bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilləri Vəkil izahatında göstərdi ki, payların naturada ayrılmasına etiraz etmirlər. Lakin iddiaçıların iddia etdikləri kimi bölgünün aparılması cavabdehlərin hüquqlarını pozmaqdadır. Çünki əvvəlki bölgü planlarından sonra vərəsəlik açılmış və tərəflərə Çıxarışlar verilmiş, nəticədə əvvəlki bölgü planları öz mahiyyətin itirmişdir. Bu səbəbdən iddiaçıların və cavabdehlərin bərabər mənfəətləri nəzərə alınmaqla, onlara düşən paylara uyğun nisbətdə bölgünün həyata keçirilməsini məhkəmədən xahiş edir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********37; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 28.07.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 26.07.2021-ci il tarixdə, A 635852 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********08; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 28.07.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 26.07.2021-ci il tarixdə, A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 05 oktyabr 2021-ci il tarixli, **********68 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 28.07.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə:

1. hər birinin ayrı-ayrılıqda maqistral yola çıxışı nəzərə almaqla müxtəlif variantlarda paylarının naturada ayrılması mümkündür. (Sxem 3,4,5 və Sxem 8, 9).

2. İddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (Sxem 1 və Sxem 6)

3. İddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (Sxem 1, 2 və Sxem 3,4) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31mart 2022-ci il tarixli 10/6072 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 28.07.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədəhər birinin ayrı-ayrılıqda maqistral yola çıxışı nəzərə almaqla müxtəlif variantlarda paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3,4,4 və Sxem 8, 9). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 28.07.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1 və Sxem 6). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********08; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 28.07.2021) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635887 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********37; qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş həmin torpaq sahəsinə dair A 635909 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha və 0,45 ha torpaq sahələrinin İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə (iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla) magistral yola çıxışı nəzərə almaqla paylarının naturada ayrılması mümkündür. (mütəxəssis rəyi sxem 1, 2 və Sxem 3,4) İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)- 22/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər X6, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olub, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birlikdə 2/4 ha payı həyətin uzununa iki hissəyə bölünməsi yolu ilı, məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması, bölgü nəticəsində həyətin iddiaçıların payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 (beş min altı yüz altmış) manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 (beş min dörd yüz otuz beş) manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 (dörd min səkkiz yüz qırx üç) manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 (üç yüz əlli altı) manat təşkil edən 15 m uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 (on altı min iki yüz doxsan dörd) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub, cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(107)-670/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X3 və Məmmədova İmarət Absaat qızının apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsinin dəyişdirilməsi və qətnamənin nəticə hissəsindən “Bölgü nəticəsində həyətin iddiaçıların payına düşəcək hissəsində qalacaq – inventar dəyəri 5.660 (beş min altı yüz altmış) manat təşkil edən divar daşından olan tövlənin, inventar dəyəri 5.435 (beş min dörd yüz otuz beş) manat təşkil edən divar materialı paneldən olan daha bir tövlənin, inventar dəyəri 4.843 (dörd min səkkiz yüz qırx üç) manat təşkil edən divar materialı paneldən olan talvarın və inventar dəyəri 356 (üç yüz əlli altı) manat təşkil edən 15 m uzunluğunda materialı paneldən olan hasarın ümumi dəyəri 16.294 (on altı min iki yüz doxsan dörd) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub, cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızına verilsin” cümləsinin xaric ediləsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2015-ci il tarixli 2(102)-182/2015 nömrəli qərarından görünür ki, cavabdehlər X6 və Məmmədova İmarət Absaat qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır.

Məhkəmənin mövqeyi:

Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********37; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 28.07.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,5145 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 26.07.2021-ci il tarixdə, A 635852 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi - **********08; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 28.07.2021) nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı2 8/24 hissədə, İddiaçı1 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə və Cavabdeh2 isə 3/24 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 26.07.2021-ci il tarixdə, A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyi alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 etiraz etmişdir. Eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilləri Vəkilisə mütəxəssis tərəfindən göstərilmiş bölgü planlarına əsasən torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiklərini, lakin iddiaçıların və cavabdehlərin torpaq sahələrinin bölünməsi zamanı eyni dərəcə mənfəətlərinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən payların hansı formada naturada ayrılması ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir və həmin torpaq sahəsinin hansı formada natura bölünməsinə tərəflər etiraz etmirlər. İddiaçı və cavabdehlər arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur ki, iddiaçılar mütəxəssis tərəfindən verilmiş bölgü planlarının cavabdehlərin mənfəətinə xidmət etdiyini, bölgü planlarına uyğun torpaq sahəsinin bölünməsinə etiraz etdiklərini bildirmişlər. Cavabdehlərin nümayəndəsi və vəkilləri isə mütəxəssis tərəfindən göstərilmiş bölgü planlarına əsasən torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiklərini, iddiaçıların və cavabdehlərin torpaq sahələrinin bölünməsi zamanı eyni dərəcə mənfəətlərinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə reallığı və mövcud vəziyyəti, eləcə də işin hallarını, torpaq sahələrinin naturada ayrılmasına dair məhkəməyə mütəxəssis tərəfindən təqdim olunmuş bölgü planı üzrə tərəflər arasında yaranan fikir ayrılığını və narazılıqları nəzərə alaraq hesab edir ki, iddianın qismən təmin olunması yolu ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Belə bölgü, iddiaçıların və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Məhkəmə belə qənaətə gələrkən o halı nəzərə alır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsinin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mütəxəssis cəlb olunması barədə qərardadda və ekspertiza təyin edilməsi barədə qərardadda mütəxəssis və ekspert qarşısında qoyulan suallarda naturada bölünmə zamanı magistral yola çıxışın nəzərə alınması, eyni zamanda iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla bölgü planlarının verilməsi sualı qoyulmuş və buna uyğun bölgü planları tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdehlər magistral avtomobil yoluna aid hissədə torpaq sahəsinin qiymətinin daha baha olduğunu, həmin hissədə torpaq sahələrinin bərabər bölünməsini, belə bölgünün həm iddiaçıların, həm də onların mənafelərinə uyğun olmasını göstərmişlər. İddiaçı və cavabdehlərin torpaq sahələri toplanmaqla həyətyanı torpaq sahəsinin bölünməsinin mümkünlüyü ilə bağlı isə mütəxəssis tərəfindən 2 bölgü planı (sxem) verilmişdir. Mütəxəssis tərəfindən verilmiş 1-ci bölgü planına baxış keçirildikdə müəyyən olunur ki, həmin bölgü planında cavabdehlərə magistral yola tərəf hissədən daha çox torpaq sahəsi düşmüş, iddiaçıları isə daha az torpaq sahəsi düşmüşdür. Bölgünün bu formada keçirilməsi isə iddiaçıların hüquqlarına toxunur və iddiaçıların hüquqi mənafelərinə uyğun deyildir. Mütəxəssis tərəfindən məhkəmədə təqdim edilmiş 2-ci bölgü planından isə görünür ki, iddiaçıların torpaq sahələri ümumi toplanmaqla və cavabdehlərin torpaq sahələri ümumi toplanmaqla həyətyanı torpaq sahəsinin ayrılması zamanı magistral yol tərəfdən, yəni torpaq sahəsinin satış qiymətinin daha baha olduğu hissədə iddiaçıların və cavabdehlərin payı bərabər şəkildə bölünmüşdür. Bu səbəbdən məhkəmə iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 1,5145 ha torpaq sahəsindən mütəxəssis rəyində göstərilmiş 2-ci bölgü planına əsasən paylarının ayrılmasını ədalətli və qanuni hesab edir. Bu qaydada bölgü tərəflərin hüquqlarının ədalətli tarazlığını pozmur. Belə bölgü daşınmaz əmlak bazarında həmin torpaqların eyni dərəcədə dəyərə malik olması imkanının aradan qalxması və bir tərəfin (cavabdehlərin) digər tərəfdən (iddiaçılardan) daha üstün və əlverişli pay alması ilə nəticələnmir. Eyni zamanda iddiaçılar bölgü planlarının onların hüquqlarını pozduğunu qeyd etsələr də, 2-ci bölgü planın onların hüquqlarını və mənafelərinə hansı formada pozmasına dair məhkəməyə əsaslı sübut təqdim edə bilməmişlər. İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 məhkəmə zamanı verilmiş mütəxəssis rəyləri ilə razı olmadıqlarını bildirib, etirazlarını onunla əsaslandırmışlar ki, mütəxəssis rəyi və ekspertiza rəyi cavabdehlərin mənafəyinə uyğun olaraq verilmiş, nəticədə iddiaçıların hüquqları kobud pozulmuşdur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi əsasında sözügedən torpaq sahəsinin bölgüsü məhkəmə tikinti-texniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi bölgü planına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Qəbələ rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş bölgü planı öz qanuni qüvvəsini almışdır. Hal-hazırda isə vərəsəlik qaydasında müəyyən olunmuş payların naturada ayrılması zərurəti yaranmışdır. Əvvəlki bölgü planı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, əvvəlki bölgü planı ilə iddiaçılara verilmiş torpaq sahəsinə toxunulmadan yerdə qalan torpaq sahəsi iddiaçıların və cavabdehlərin eyni dərəcədə mənfəəti nəzərə alınmaqla bölünməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qüvvədə olan bölgü planında iddiaçılar və cavabdehlər arasında mübahisələndirilən torpaq sahəsinin Ağdaş-Qəbələ magistral yolu tərəfindən tərəflərin payına uyğun olaraq bölünmüşdür. Bu səbəbdən qalan torpaq sahəsinin bölünməsi də, əvvəlki bölgü planından Ağdaş-Qəbələ magistral yolu tərəfindən iddiaçıların payının davamı formasında verilməlidir. Bu hallar həm iddiaçıların, həm də cavabdehlərin mənafeyinə uyğundur. Lakin bu hallar məhkəməyə təqdim edilmiş bölgü planlarında öz əksini tapmamış, tamamilə məntiqsiz və ədalətsiz bölgü planı verilmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bölgü planının preyudusiallığı nəzərə alınmamışdır. Bu səbəbdən mütəxəssis rəyi və ekspert rəyi ilə razı deyillər. Eyni zamanda təkrar ekspertizanın keçirilməsini də tələb etmirlər. İddiaçı1 və iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə1 sözügedən etirazlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517F saylı şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər X6, Məmmədova İmarət Absaat qızının ümumi mülkiyyətində olub, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,57 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birlikdə 2/4 ha payı həyətin uzununa iki hissəyə bölünməsi yolu ilə, məhkəmə tikintitexniki ekspertizasının 29 yanvar 2014-cü il tarixli 22254 saylı rəyinə əlavə edilmiş bölgü planında göstərilmiş qaydada bölünməklə naturada ayrılması qət edilmişdir. Sözügedən bölgüdən sonra iddiaçılar və cavabdehlər Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsinə əsasən müvafiq çıxarış almamışlar və bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim etməmişlər. Daha sonra sözügedən torpaq sahəsi vərəsəlik qaydasında yenidən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüş və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) və 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışlar verilmişdir. İddiaçılar isə hal-hazırda həmin Çıxarışlara əsasən paylı mülkiyyətlərinə verilmiş torpaq sahələrindən paylarının ayrılmasını tələb edirlər. Hazırkı halda isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tətbiq edilməsi yolverilməzdir. Həmçinin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bölgü planı ilə bağlı məhkəmə bildirir ki, mübahisəli torpaq sahələrinə dair iddiaçılara və cavabdehlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) və 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışlar verilmişdir. Beləliklə, həmin çıxarışlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 26.07.2021-ci il tarixdəA 635852 nömrəli və A 635851 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Həmin «Torpaq sahəsinin planı və ölçüsü»ndə isə iddiaçıların məhkəməyə təqdim etdikləri bölgü planı nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçıların bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçılar reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Beləliklə də məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahələrinə dair iddiaçılar və cavabdehlərin adına çıxarışlar və torpaq sahələrinin plan və ölçüləri verilmişdir, həmin torpaq sahələrinin plan və ölçülərində iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bölgü planı nəzərə alınmamışdır. Onda həmin vəziyyətdə qeyd olunan sənədlərə (Çıxarışlara və torpaq sahələrinin plan və ölçülərinə) münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiçılar iddia tələbində mərhum X6 və Məmmədova İmarət Absaat qızından miras qalmış ½ hissəsinin, yəni Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli 2(025)-22/2014 nömrəli qətnaməsi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etsələr də, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Həmçinin iş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərcinin 45 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********37) Çıxarışla verilmiş 1.5145 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********08) Çıxarışla verilmiş 0,45 ha torpaq sahəsindən İddiaçı1 8/24 hissədə, İddiaçı2 8/24 hissədə, Cavabdeh1 5/24 hissədə, Cavabdeh2 isə 3/24 hissədə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 6) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərcinin 45 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar