Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-354/2021 30.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quiliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "miras pay torpağının paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qəbələ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "miras pay torpağının paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və mərhum X2 mülkiyyətində olan Qəbələ Rayon Soltannuxa kəndində yerləşən miras qalmış torpaq sahələrindən vərəsələr olaraq onun - İddiaçı və Cavabdeh Zülfi qızının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişi və sazişin təsdiq olunması barədə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. X6 İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə1 arasında aşağıdakı şərtlərlə bağlanır:
1. Ümumi müddəalar. 1.1. Tərəflər bəyan etdilər ki, aralarındakı miras qalmış torpaq sahələrindən payların müəyyən edilməsi ilə əlaqədar mübahisəni barışıq yolu ilə həll edirlər: 1.2. Tərəflər bəyan etdilər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir.
2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri 2.1. İddiaçı Zülfü qızı və nümayəndəsi öhdəsinə götürür ki, 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 0,15 ha-nı və 21.12.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,12 ha-nı isə tam olaraq digər vərəsə Cavabdeh verməklə onun adına rəsmiləşdirilməsinə verilmiş razı olduğunu əvəzində isə 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,15 hektarını digər vərəsəyə verildikdən sonra qalan 0,11 hektarını bundan əlavə 59,10 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,28 hektar torpaq sahəsini və 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,1662 hektar torpaq sahəsini isə öz adına rəsmiləşdirilməsinə razıdır və mirasla bağlı digər tələbi yoxdur və gələcəkdə də olmayacaq. 2.2. Tərəf olaraq Cavabdeh və nümayəndəsi öhdəsinə götürür ki, valideyinlərindən miras qalmış 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 0,15 hektarım, 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,12 ha tam olaraq iddiaçıya verməklə adına rəsmiləşdirilməsinə, 13.11.2020-ci il ********** qeydiyyat nömrəli çıxarışla verilmiş hektar 0,26 ha torpaq sahəsinin qalan 0,11 hektarının, bundan əlavə 59.10 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 13.11.2020-ci il tarixli ********** çıxarışla verilmiş 0,28 hektar sahəsini və 13.11,2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,1662 torpaq sahəsinin digər vərəsə İddiaçı Zülfü qızının adına rəsmiləşdirilməsinə razıdır və mirasla bağlı digər tələbi yoxdur və gələcəkdə də olmayacaq. 2.3. X6 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini vaxtında icra etməyən tərəf məsuliyyət daşıyır.
3. Sazişin müddəti 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəikləri tam və layiqincə yetirildiyi ana qədər qüvvədədir.
4. Barışıq sazişinin təstiqi və hüquqi nəticələri. 4.1. Barışıq sazişi məhkəmədə təsdiq edilir. 4.2. Barışıq sazişinin pozulması və layiqincə icra edilməsi icra icraatının başlaması üçün əsasdır. 4.3. Bu sazişin bir nüsxəsi İddiaçı Zülfü qızına, bir nüsxəsi Cavabdeh verilməklə bir nüsxəsi isə aidiyyatı üzrə təqdim olunur.
Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun təıtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunubolunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh barışıq sazişinin təsdiq olunması barədə ərizələri təmin edilsin. İddiaçı Cavabdeh qarşı "miras pay torpağının paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
1. İddiaçı Zülfü qızı və nümayəndəsi öhdəsinə götürür ki, 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 0,15 ha-nı və 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,12 ha-nı isə tam olaraq digər vərəsə Cavabdeh verməklə onun adına rəsmiləşdirilməsinə verilmiş razı olduğunu əvəzində isə 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,15 hektarını digər vərəsəyə verildikdən sonra qalan 0,11 hektarını bundan əlavə 59,10 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,28 hektar torpaq sahəsini və 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,1662 hektar torpaq sahəsini isə öz adına rəsmiləşdirilməsinə razıdır və mirasla bağlı digər tələbi yoxdur və gələcəkdə də olmayacaq.
2. Tərəf olaraq Cavabdeh və nümayəndəsi öhdəsinə götürür ki, valideyinlərindən miras qalmış 13.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 0,15 hektarım, 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,12 ha tam olaraq iddiaçıya verməklə adına rəsmiləşdirilməsinə, 13.11.2020-ci il ********** qeydiyyat nömrəli çıxarışla verilmiş hektar 0,26 ha torpaq sahəsinin qalan 0,11 hektarının, bundan əlavə 59.10 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 13.11.2020-ci il tarixli ********** çıxarışla verilmiş 0,28 hektar sahəsini və 13.11,2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,1662 torpaq sahəsinin digər vərəsə İddiaçı Zülfü qızının adına rəsmiləşdirilməsinə razıdır və mirasla bağlı digər tələbi yoxdur və gələcəkdə də olmayacaq.
3. X6 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini vaxtında icra etməyən tərəf məsuliyyət daşıyır.
4. X5 Rayon Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir.
5. X6 Qəbələ Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı "miras pay torpağının paylarının müəyyən edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elman İsayev