Məhkəmə qərarları › İş №2(025)-37/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-37/2023

27.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-37/2023 27.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Hakim isayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsindən (reyestr nömrəsi - **********57; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi - xx.xx.2022 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun, Cavabdeh, mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən 1/3 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun, Cavabdeh, eyni zamanda mərhum anası X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0.45 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anası X3 11 iyul 2008-ci ildə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi - **********57; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Həmin çıxarışa əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.45 ha torpaq sahəsindən hər birinin 1/3 hissədə payları müəyyən olunmuşdur. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə A.Y°776157 nömrəli "'Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Torpaq sahəsi üzərində tikili vardır. Naturada bölgü apanlarkən həmin tikilinin cavabdehə verilməsini istəyir. Həmçinin ona düşən payın torpaq sahəsinin tikilinin yerləşdiyi hissənin əks istiqamətində, torpaq sahəsinin digər başlanğıc tərəfindən verilməsini istəyir. O, digər mülkiyyətçi, yəni Cavabdeh ilə payının naturada bölünməsi ilə bağlı ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasım istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı cavabdehlə razılığa gələ bilməmişdir. Məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinə müraciət etsə də, imtina cavabı almışdır. Belə olub məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə etiraz edir. Torpaq sahəsini onlar birlikdə istifadə edirlər, rəsmi olaraq bölünməsinə ehtiyac yoxdur. Torpaq sahəsi bölünərsə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin ona verilməsi, həmçinin iddiaçıya torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmalıdır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə görə ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində yaşayış massivi torpaqlarından 1/3 pay olmaqla 0,45 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı adına tərtib etdiyi A № 776157 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, plan və ölçü ilə Qəbələ rayonu Zarağan kəndində onun mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsinin koordinatları, qonşu sərhədləri qeyd edilməklə 1:5000 miqyasda sahənin planı göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 01 oktyabr 2019-cu il tarixdə verdiyi AZ-İİ 029893 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 11 iyul 2008-ci il tarixdə “ürək çatmamazlığı”nda vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 avqust 2022-ci il tarixdə iddiaçıya ünvanladığı məktubdan görünür ki, İddiaçı 0,45 ha torpaq sahəsi üzrə paya ayrıca mülkiyyət sənədinin verilməsi barədə müraciətinə cavab olaraq payın ayrılması üsulu və şərtləri haqqında payçılar razılığa gələ bilmədikləri halda payın naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bildiyi onun nəzərinə çatdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 21 dekabr 2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyində gösrətilmişdir ki, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinin müttəsəssisləri Qəbələ rayonu Zarağan kəndində yerləşən İddiaçı, mərhumə X2 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırılma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Şıxarış”a əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 hektar torpaq sahəsinin İddiaçı, X2 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyindən görünür ki, rəyə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Şıxarış”la İddiaçıu mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində yaşayış massivi torpaqlarından 1/3 pay olmaqla 0,45 hektar torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı adına A № 776157 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Plan və ölçü ilə Qəbələ rayonu Zarağan kəndində onun mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsinin koordinatları, qonşu sərhədləri qeyd edilməklə 1:5000 miqyasda sahənin planı göstərilmişdir. Mülki iş üzrə tərəflər arasında torpaq paylarına görə razılıq olmadığı üçün İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə 0,45 ha torpaq sahəsi üzrə paya ayrıca mülkiyyət sənədinin verilməsi barədə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi 29 avqust 2022-ci il tarixdə iddiaçıya ünvanladığı məktubda payın ayrılması üsulu və şərtləri haqqında payçılar razılığa gələ bilmədikləri halda payın naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bildiyini iddiaçının nəzərinə çatdırmışdır.Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin bütün hallarının tam və hərtərəfli araşdırmaq, eləcə də obyektiv və ədalətli həllinə nail olmaq məqsədi ilə məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qərarlar qəbul etmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərilməsi üçün mütəxəssisin cəlb olunması qərara alınaraq onun qarşısında sual olaraq- Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.45 ha torpaq sahəsinin İddiaçı, X2 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? sualı qoyulmuşdur. Qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 21 dekabr 2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Şıxarış”a əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 hektar torpaq sahəsinin X5, X2 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun payların naturada ayrılması mümkün olduğu qeyd olunmuşdur. Bundan sonra məhkəmə mülki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə ədalətli qərar qəbul olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Ekspertin qarşısına - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.45 ha torpaq sahəsinin İddiaçı, X2 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? sualı qoyulmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyində, rəyə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bökünmüş sahələrə ayrı-ayrılıqda giriç şıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığının müəyyən olunduğunu göstərmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddiaçının iddia tələbindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın (paylı mülkiyyətdə olan torpaq sahəsinin) bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdəkləri üçün iddiaçı məhkəmədə aralarında mübahisələndirilən, onunla Cavabdeh, mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən 1/3 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla) ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin rəyə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində mülkiyyətçilər olaraq onun, eləcə də Cavabdeh, mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla 1/3 hissədə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyində isə torpaq sahəsinin yalnız bir tərəfindən yolun olması, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olması və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-şıxış yollarının açılmasının mümkünsüzlüyü xüsusi ilə vurğulamaqla tərəflər arasında mübahisələndirilən torpaq sahəsinin üç hissəyə bölünməsinin mümkün olmadığını göstərmişdir. Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar