Məhkəmə qərarları › İş №2(025)-377/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-377/2021

13.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-377/2021 13.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun Cavabdeh qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun Cavabdeh qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ölan 0.10 ha və 0.01 ha həyətyanı torpaq sahələrinə görə verilmiş JTŞT-1628F, KOD 40601004 saylı və JN- 1628G, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə mənə və mərhum anam X7ma düşən torpaq paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. X6 xx.xx.2001-ci il tarixində beyinə geniş həcmdə qansızmadan və X1 isə xx.xx.2009-cu il tarixində beyindaxili qansızmadan vəfat etmişlər. Atası və anasının birgə evliliklərindən İlqar, Mətanət, Natavan, Vüqar, Yaqut və o-Nasir adında 6 övladları olmuş, Vüqar 15 yaşında olarkən vəfat etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə X3 və ona yəni-İddiaçı Qəbələ şəhər ərazisindən 0.10 ha və 0.01 ha həyətyanı torpaq sahələrinə görə JN-1628F, KOD 40601004 və JN-1628G, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Hal-hazırda ona və mərhum anasına məxsus torpaq sahəsində o, ailəsi ilə birlikdə və qardaşı İlqar ailəsi ilə birlikdə yaşayır. X1 vəfat etdiyindən ondan miras qalan əmlakın vərəsəlik üzrə bölünməsini istəsələr də, torpaq sənədlərində onun və mərhum anasının adı qeyd olunduğundan və torpaq pay bölgüsü aparılmadığından mümkün deyildir. Həmçinin, mərhum anasına düşəcək torpaq payının bölünməsi vərəsələr arasında razılıq olmadığından baş tutmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlu iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, həmin mübahisəli həyətə gəlin köçəndən qayınatası torpaq sahəsini onlar arasında bölüb. Cavabdehlə onlar arasında həmişə bu məsələ üstündə dava-dalaş söz-söhbət olur. Cavabdeh onların həmin həyətdə yaşamasını istəmir. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2001-ci ildə X11 vəfat edib. Sağ ikən atası həmin torpaq sahəsini övladlar arasında bölüb və tor setka çəkib. Lakin rəsmi şəkildə torpaq sahəsi bölünməmişdir. X1 2009-cu ildə vəfat edib. Anası onun adına vəsiyyətnamə qoyub və torpaq sahəsini ona vəsiyyət edib. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdikləri əsassızdır. Mübahisəli torpaq sahəsində onların yaşamasına heç bir maneəçilik törədilməyib. Lakin nənəsi X2 payı vəsiyyətnamə üzrə onlara düşür. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-1628F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, Əfəndı̇ yev Nasir Sabir oğlunun və X2 ümumi birgə mülkiyyətinə 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-1628G (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, Əfəndı̇ yev Nasir Sabir oğlunun və X2 ümumi birgə mülkiyyətinə 0.01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əfəndı̇ yev Nasir Sabir oğlu xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli AZ- İİ № 029945 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 11 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli AZB № 075744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əfəndı̇ yev Nasir Sabir oğlu xx.xx.1971-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 267 № ilə qeyd edilmişdir. X6, X1dır. İşdə olan notarial qaydada təsdiq olunmuş xx xxxx 2009-cu il tarixli Vəsiyyətnamədən görünür, ki, X5 özünə məxsus Qəbələ şəhəri, F.Rəhimov küçəsi ev 16 ünvanında yerləşən yaşayış evini, bütün tikililəri, həyətyanı və pay torpaq sahələrini oğlu Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən verilmiş JN-1628F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.10 ha torpaq sahəsi üzərində; JN-1628G (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.01 ha torpaq sahəsi üzərində Əfəndı̇ yev Nasir Sabir oğlunun və iddiaçının mərhum X1nın ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlu və iddiaçının qardaşı - Cavabdeh payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının və onun mərhum anasının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN-1628F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq payı 1/2 hissədə və JN-1628G nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq 1/2 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum X1nın hər birinin payı 1/2 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628G nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum X1nın hər birinin payı 1/2 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum X1nın hər birinin payı 1/2 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628G nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum X1nın hər birinin payı 1/2 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar