Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-386/2021 20.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil, iştirakları ilə, İddiaçı cavabdehlər Qalusari (Dinçari) Alyona Arşaviriyə və Cavabdeh2 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qalusari (Dinçari) Alyona Arşaviriyə və Cavabdeh2 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə birgə mülkiyyətlərinə verilmiş İN-582 saylı Dövlət aktı ilə adlarına rəsmiləşdirilmiş 0,86 ha və İN-582 F saylı şəhadətnamə ilə adlarına rəsmiləşdirilmiş 1,45 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zamanı Qəbələ rayon AİKnın 25.02 1999-cu il tarixli 04 saylı qərarı ilə dörd nəfər ailə üzvlərinə 2,31 ha torpaq sahəsi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0,86 ha İN-582 saylı kodu 40600068 olan “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı,1,45 ha isə İN-582F saylı kodu 40600068 olan dörd nəfər ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. Hazırda müəyyən səbəblərə görə həmin birgə mülkiyyətinə verilmiş torpaq sahələrində ona düşən payının adına tam mülkiyyətçi kimi dövlət qeydiyyatına alınmasını və adına çıxarışın verilməsini istəyir. Ancaq cavabdehlərlə razılığa gələ bilməmişdir. Payçı mərhum anası X1 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Qeyd olunan səbəbə görə məhkəmədən kənar birgə mülkiyyətimizə verilmiş 1.45+0,86=2,31 ha torpaq sahəsi üzərində payın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Qalusari (Dinçari) Alyona Arşaviriyə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-582F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən Cavabdeh2, X2, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 1.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-582 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən, Cavabdeh2, X2, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında arayışdan görünür ki, X2 xx.xx.1999-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 42 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən verilmiş JN-582F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.45 ha torpaq sahəsi üzərində; JN- 582 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 0.86 ha torpaq sahəsi üzərində Cavabdeh2, X2, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı və X3 və Cavabdeh2 payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN-582F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq ¼ hissədə və JN-582 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»da mülkiyyətçi olaraq ¼ hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə JN-582F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1.45 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə və Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə JN-582 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0.86 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə JN-582F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1.45 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə və Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə JN-582 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0.86 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-386/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-386/2021
20.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver