Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-40/2024 06.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq payının naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və Cavabdeh2nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq payının naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan çıxarışlarla müəyyən edilmiş torpaq sahələrindən payının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Qəbələ rayonunun Nic qəsəbəsində 1.7648 ha torpaq sahəsindən Cavabdeh X3 2/12 ona - İddiaçı Rakkenoviçə 4/12 pay digər cavabdeh Kuvasari (Antonovna) Venera Yuriyevnaya 6/12 pay, qeydiyyat, nömrəsi ********** olan çıxarışla Qəbələ rayonunun Nic qəsəbəsində 0.7463 ha sahədən ona - İddiaçı Rakkenoviçə 4/12 pay, X1 2/12 pay, X8 6/12 pay, qeydiyyat nömrəsi ********** olan çıxarışla Qəbələ rayonunun Nic qəsəbəsində 2.1097 ha torpaqdan Cavabdeh1 2/12 pay, ona - İddiaçı Rakkenoviçə 4/12 pay X8 6/12 pay, qeydiyyat nömrəsi ********** olan çıxarışla Qəbələ rayonunun Nic qəsəbəsində 0.8421 ha torpaq sahəsindən Cavabdeh1 2/12 pay, ona - İddiaçı Rakkenoviçə 4/12 pay, X8 6/12 pay, qeydiyyat nömrəsi ********** olan çıxarışla Qəbələ rayonunun Nic qəsəbəsində 0.23 ha torpaq sahəsindən Antonova (Kuvaasari) Venera Yuriyevnaya 6/12 pay, Cavabdeh1 2/12 pay, ona - İddiaçı Rakkenoviçə 4/12 pay, qeydiyyat nömrəsi ********** olan çıxarışla Antonova (Kuvvasari) Venera Yuriyevnana fərdi ev tam, 6/12 pay torpaq, ona - İddiaçı Rakkenoviçə 4/12 pay, X3 Qəbələ rayonunun Nic qəsəbəsində 1.29 ha sahədən 2/12 hissədə pay müəyyən edilmişdir. Bildirir ki, cavabdehlər qeyd olunan çıxarışlarla payları müəyyən olunsada payının naturada ayrılmasına və istifadəsinə verilməsinə maneə yaradırlar. Hətta yaxın qohumların olmasına baxmayaraq münaqişədən belə çəkinmirlər. Ona görə də qeyd oluna mülkiyyət sənədi olan çıxarışlarda göstərilən ölçüdə paylarının naturada məhkəmə qaydasında ayrılmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, verilmiş mütəxəssis rəyində və ekspert rəyində həyətyanı torpaq sahələrinin naturada bölgüsünün mümkünlüyü qeyd edilsə də, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Kənd təsərrüfatı torpaq sahələri ilə bağlı gələcəkdə inzibati məhkəməyə müraciət edəcəklər. İddia tələbinin ekspert rəyində göstərilən formada təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iddiaçının vəkili X5 mütəxəssis və ekspert rəyində qeyd olunan formada iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək, verilmiş mütəxəssis rəyinə əsasən payların naturada ayrılmasına etiraz etmədiklərini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.29 ha torpaq sahəsi üzərində İddiaçı 4/12 hissə üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabında 40 nömrəli vərəqədində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.23 ha torpaq sahəsi üzərində 4/12 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.8421 ha torpaq sahəsi üzərində 4/12 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.1097 ha torpaq sahəsi üzərində 4/12 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.7463 ha torpaq sahəsi üzərində 4/12 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.7648 ha torpaq sahəsi üzərində 4/12 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 03 noyabr 2023-cü il tarixli, 3-21- 3-42/2-5738/2023 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki,. Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 1,29 hektar torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı Rakkenoviçin, Cavabdeh1 və Cavabdeh2 Yuryevanın ümumi birgə mülkiyyətinə verilmişdir. 1,29 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin mülkiyyətinə 0,4298 hektar, Cavabdeh1 mülkiyyətinə 0,2149 hektar və Cavabdeh2 mülkiyyətinə 0,6447 olmaqla payların naturada ayrılması mümkündür, (yerquruiuşu planı 1,2,3,4,5). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0,23 hektar torpaq sahəsindən İddiaçı Rakkenoviçin mülkiyyətinə 0,0767 hektar, Cavabdeh1 mülkiyyətinə 0,0383 hektar və Cavabdeh2 mülkiyyətinə 0,1149 olmaqla payların naturada ayrılması mümkündür, (yerquruluşu planı 6,7,8,9,10). Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrindən tərəflərin çıxarışlarda göstərilmiş paylara uyğun payların naturada ayrılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahələrinə baxış keçirmişlər. Mübahisəli torpaq sahələrinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir. Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı və cavabdehlərin ümimi birgə mülkiyyətinə verilmiş **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrinin çıxarışlarda göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9815 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 1,29 hektar torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı Rakkenoviçin, Cavabdeh1 və Cavabdeh2 Yuryevanın ümumi birgə mülkiyyətinə verilmişdir. 1,29 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin mülkiyyətinə 0,4298 hektar, Cavabdeh1 mülkiyyətinə 0,2149 hektar və Cavabdeh2 mülkiyyətinə 0,6447 olmaqla payların naturada ayrılması mümkündür, (yerquruiuşu planı 1,2,3,4,5). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0,23 hektar torpaq sahəsindən İddiaçı Rakkenoviçin mülkiyyətinə 0,0767 hektar, Cavabdeh1 mülkiyyətinə 0,0383 hektar və Cavabdeh2 mülkiyyətinə 0,1149 olmaqla payların naturada ayrılması mümkündür, (yerquruluşu planı 6,7,8,9,10). Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrindən tərəflərin çıxarışlarda göstərilmiş paylara uyğun payların naturada ayrılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahələrinə baxış keçirmişlər. Mübahisəli torpaq sahələrinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir. Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı və cavabdehlərin ümimi birgə mülkiyyətinə verilmiş **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrinin çıxarışlarda göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. İşdə olan Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 5-59-14/2- 343/2023 №-li arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Nic qəsəbəsində qeydiyyatdadır və orada yaşayır. İşdə olan Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 5-59-14/2- 365/2023 №-li arayışdan görünür ki, Cavabdeh1 Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Rusiya Federasiyasındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.29 ha torpaq sahəsi üzərində İddiaçı 4/12 hissə üzrə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.23 ha torpaq sahəsi üzərində 4/12 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.8421 ha torpaq sahəsi üzərində 4/12 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.1097 ha torpaq sahəsi üzərində 4/12 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.7463 ha torpaq sahəsi üzərində 4/12 hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.7648 ha torpaq sahəsi üzərində 4/12 hissədə payı müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və cavabdehlərin paylarının Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli Çıxarışla verilmiş 1,29 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,4298 ha) hissədə və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarışla verilmiş 0,23 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,0767 ha) hissədə payının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (03 noyabr 2023-cü il tarixli, 3-21-3-42/2-5738/2023 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına İddiaçı Rakkenoviç və Cavabdeh2nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 etiraz etmişlər. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına münasibətini öyrənmək mümkün olmasa da, belə bölgü iddiaçının və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli; xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli; xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lara əsasən ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən də paylarının naturada bölünməsini xahiş etmişdir. Lakin verilmiş mütəxəssis rəyində və ekspert rəyində iddiaçı və cavabdehlərin ümimi birgə mülkiyyətinə verilmiş **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrinin çıxarışlarda göstərilmiş cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmadığı göstərilmişdir. İddiaçı isə bunun əksini sübut edən halları, yəni **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyünə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi **********, **********9, ********** və ********** qeydiyyat nömrəli, **********30, **********38, **********92 və **********74 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,8421 ha, 2,1097 ha, 0,7463 ha və 1,7648 ha torpaq sahələrindən iddiaçının payının naturada ayrılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərcli və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli Çıxarışla verilmiş 1,29 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,4298 ha) hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarışla verilmiş 0,23 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,0767 ha) hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli Çıxarışla verilmiş 1,29 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,4298 ha) hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarışla verilmiş 0,23 ha torpaq sahəsindən İddiaçı Rakkenoviçin 4/12 (0,0767 ha) hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul İddiaçı Rakkenoviçdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-40/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-40/2024
06.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver