Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-42/2023 12.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçılar İddiaçı1, Nümayəndə1, İddiaçı3, Nümayəndə2, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi və ayrıca Çıxarışın verilməsi” tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Nümayəndə1, İddiaçı3, Nümayəndə2, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi və ayrıca Çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən paylı mülkiyyətdə olan 0,895 ha torpaq sahəsindən (********** qeydiyyat nömrəli Çıxarış) paylarının naturada ayrılması və onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 dekabr 2022-ci il tarixli, **********48 saylı məktubu ilə birlikdə mütəxəssis rəyi verməkdən imtina məktubu məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2022-ci il saat 11:45-ə təyin edilmişdir. İddiaçılar İddiaçı1, Nümayəndə1, İddiaçı3, Nümayəndə2, İddiaçı5, İddiaçı6 və İddiaçı7 xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslini baxış iclası təyin etmədən hazırlıq iclasından geri qaytarılmasını xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. X1 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 100,40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə2 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, Nümayəndə1, İddiaçı3, Nümayəndə2, İddiaçı5, İddiaçı6 və İddiaçı7 ərizələri təmin edilsin. İddiaçılar İddiaçı1, Nümayəndə1, İddiaçı3, Nümayəndə2, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi və ayrıca Çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçı Nümayəndə2 tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Nümayəndə2 geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-42/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-42/2023
12.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver