Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-437/2021 11.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X3 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2021 -ci il tarixli ********** qeydiyyat nömrəli və 07.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışlarla göstərilən 0.9639 ha və 0.9237 ha torpaq sahələrindən onun payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və digər ailə üzvləri X12, X15, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Qəbələ rayonun Savalan kəndində yerləşən 0,9237 ha və 0.9639 ha torpaq sahələri 1/7 payla mülkiyyətinə verilmişdir. Cavabdehlərdən X12, X15 vəfat etmişlər. Belə ki, yuxarıda qeyd olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 07.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışlarla göstərilən torpaq sahələri hazırda ancaq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 və istifadəsindədir. Eyni zamanda öz payının torpaq sahəsinin hansı hissəsindən ibarət olduğlunu bilmir. O, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X16 ilə öz payına düşən torpaq sahəsin ayıraraq real bölgüsü ilə bağlı müvafiq sənədlərin hazırlanmasında ümümi bir razılığa gələ bilmir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi 11.01.2021-c1 il tarixli cavabında göstərilmişdir ki, Əmlakın dövlət qeydiyyatına alınması üçün bir sıra sənədlər o cümlədən təsdiq edilmiş bölgü planı və notarial qaydada təsdiq edilmiş saziş təqdim edilməlidir. Qeyd olunan əməliyyatı aparmaq üçün cavabdelər notariusa gəlməkdən boyun qaçırır. Paylı mülkiyyətdə bərabər paylara bölünmüş torpaq sahələrinin dövlət qeydiyyatına alınmaqla çıxarışların hazırlanmasına və naturada bölgü planı əsasında ayrılmasına imkan verilmir. Ona görə də qeyd olunan 07.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 07.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışlarla göstərilən torpaq sahələrindən onun payına düşən hissəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək göstərdi ki, qeyd olunan torpaq sahəsində 7 nəfərin payı var. Torpaq sahəsinin bir hissəsini çay aparıb. Sahənin hansı hissəsinin iddiaçıya məxsus olduğunu bilmir. Bu mübahisə ilə bağlı 6 ildir ki məhkəmə prosesləri gedir. Dövlət nümayəndələri tərəfindən torpağın bölünməsini, həmçinin bölgüyə uyğun xəritə çıxarılmasını istəyir. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmayıb. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, Qəbələ rayonu Savalan kəndində yerləşən mübahisəli 0.9639 ha torpaq sahəsi qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 ümumi paylı mülkiyyətindədir. Həmçinin Qəbələ rayonu Savalan kəndində yerləşən mübahisəli 0.9237 ha torpaq sahəsi qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətçilərdən X13 və X12 vəfat etmişdir. İddiaçının həmin torpaq sahələrindən payının naturada ayrılması onun hüququdur. Həmçinin torpaq sahəsinin ekspertiza rəyində göstərilən formada bölünməsi də cavabdehlərin mənafelərinə toxunmur. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlaraa əsasən tərəflərin mülkiyyətinə verilmiş, baxmayaraq ki, həmin torpaq sahələri hal-hazırda “xxxx” MMC-nin istifadəsində olsa da, Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9639 ha və 0.9237 ha torpaq sahələrindən iddiaçının payının naturada ayrılaraq İddiaçı verilməsinə etiraz etmirlər. Sonda isə, iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-437/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X10” MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9639 ha torpaq sahəsindən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9237 ha torpaq sahələrindən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 hər birinin 1/7 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? “X10” MMC-nin 31.03.2021-ci il tarixli, 232 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddia predmeti olan 0.9639 ha və 0.9237 ha k/t təyinatlı torpaq sahələrinin DƏDRX- in 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən tərtib edilən çıxarış və planölçü sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ torpaq şöbəsi tərəfindən hazırlanan JN-180 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında işlənilmişdir. X21 planşeti köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunduğundan planda göstərilən müvafiq 0.9639 ha və 0.9237 ha torpaq sahələrin coğrafi məkan göstəriciləri ilə naturada baxışa təqdim edilən torpaq sahəsinin faktiki yerləşmə mövqeyi (koordinatları) arasında məsafə fərqləri yaranmışdır. Bu kimi koordinat sürüşmələri xətasını minimuma endirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri İdarələrində proqram üzrə müəyyən tədbirlər planı həyata keçirilir. Lakin ekspert qarşısında qoyulan sualı cavablandırmaq məqsədilə iş materiallarına əlavə edilmiş DƏDRX-in 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən tərtib olunan A seriyalı 159817 (0.9639 ha) və 159818 (0.9237 ha) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində koordinatlarla göstərilən müvafiq olaraq 0.9639 ha və 0.9237 ha k/t təyinatlı torpaq sahələrinin plan üzrə çıxarışda göstərilən 1/7 paylara uyğun mülkiyyətçilər arasında bərabər şəkildə bölgüsü aparılmışdır. Reyestr nömrəsi **********95 olan plan-ölçü sənədində göstərilən 0.9639 ha k/t təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında 1/7 paya uyğun şəkildə, hər bir paya 0.1377 ha olmaqla bölgüsü aparılmışdır. Reyestr nömrəsi **********93 olan plan-ölçü sənədində göstərilən 0.9237 ha k/t təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında 1/7 paya uyğun şəkildə, hər bir paya 0.1320 ha olmaqla bölgüsü aparılmışdır. İddia predmeti olan torpaq sahələrinin bölgü sxemi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunmuşdur. Rəyə plan-sxem, ortofotoplan və baxış aktı əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) surətindən görünür ki, Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9639 ha torpaq sahəsindən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93) surətindən görünür ki, Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9237 ha torpaq sahəsindən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Savalan kənd İ.Ə.N tərəfindən 02 may 2017-ci il tarixdə verilmiş AZ-İ № 869416 saylı ölüm haqqında arayışdan görünür ki, X13 11.03.2015-ci il tarixdə Qəbələ rayon Savalan kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Savalan kənd İ.Ə.N tərəfindən 02 may 2017-ci il tarixdə verilmiş AZ-İ № 869415 saylı ölüm haqqında arayışdan görünür ki, X12 07.11.2000-ci il tarixdə Qəbələ rayon Savalan kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 ümumi paylı mülkiyyətinə verilmiş 0.9639 ha torpaq sahəsindən onların hər birinin payı 1/7 hissədə, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 ümumi paylı mülkiyyətinə verilmiş 0.9237 ha torpaq sahəsindən onların hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilərdən X13 11.03.2015-ci il tarixdə və X12 07.11.2000-ci il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Savalan kəndində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının paylarının ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı etiraz etməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmənin qənaətinə görə “X10” MMC tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 mülkiyyətinə verilmiş Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9639 ha torpaq sahəsi, payına uyğun 1/7 (0.1377 ha) hissədə olmaqla, “X6” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 1 nömrə altında olan torpaq sahəsi İddiaçı verilməklə) və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 mülkiyyətinə verilmiş Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9237 ha torpaq sahəsi, payına uyğun 1/7 (0.1320 ha) hissədə olmaqla (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 7 nömrə altında olan torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılsın və İddiaçı verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 müştərək qaydada tutularaq “X6” MMC tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 mülkiyyətinə verilmiş Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9639 ha torpaq sahəsi, payına uyğun 1/7 (0.1377 ha) hissədə olmaqla, “X6” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 1 nömrə altında olan torpaq sahəsi İddiaçı verilməklə) və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********93) əsasən İddiaçı, X12, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 mülkiyyətinə verilmiş Qəbələ rayonu Savalan kəndində yerləşən 0.9237 ha torpaq sahəsi, payına uyğun 1/7 (0.1320 ha) hissədə olmaqla (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 7 nömrə altında olan torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılsın və İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 müştərək qaydada tutularaq “X6” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-437/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-437/2021
11.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver