Məhkəmə qərarları › İş №2(025)-45/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-45/2022

26.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-45/2022 26.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızının, iddiaçının nümayəndəsi X6 və Cavabdeh1 iştirakları ilə İddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızının cavabdehlər Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğluna, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızı cavabdehlər Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğluna, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********74; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 19.08.2021) Çıxarışa əsasən onun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsindən 1/6 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə girişçıxış yolu nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1983-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuşdur. 05 mart 2003-cü il tarixdə X10 ilə birgə nikaha girərək "Ağayeva" soyadını qəbul etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X9, X11 və ona Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən 0,32 ha həyətyanı torpaq sahəsinə JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, adı "Kamilə" əvəzinə səhvən Kəmalə kimi qeyd edilmişdir. Bununla bağlı Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi və Qəbələ Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, JN-004F (Kod:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin ona aid hissədə ona, yəni Ağayeva (Əhmədova) Kamilə qızına məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Sözügedən qətnamə öz qanuni qüvvəsini almışdır. Daha sonra Qəbələ Rayon Məhkəməsinə yenidən iddia ərizəsi ilə müraciət edərək ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən payının müəyyən olunmasını xahiş etdim. Qəbələ Rayon Məhkəməsinin 2(025)-739/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsinə əsasən Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-004F nömrəli (kod:********) "Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə və Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-584 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə onun və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 ümumi birgə mülkiyyətinə verilmiş müvafiq olaraq 0.32 ha torpaq sahəsindən və 1.51 ha torpaq sahəsindən onun payı 1/6 hissədə (0.32 ha ölçüsündə torpaq sahəsindən 0.0533 ha, 1.51 ha ölçüsündə torpaq sahəsindən 0.2516 ha) müəyyən olunması qət edildi. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 739/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra payına uyğun Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdim. Buna müvafiq olaraq Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi-**********74; qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi-19.08.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış aldı. Həmin çıxarışa əsasən onun Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsindən 1/6 hissədə payı müəyyən olundu. O, digər mülkiyyətçilərlə payının naturada bölünməsi ilə bağlı ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasını istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı cavabdehiərlə razılığa gələ bilməmişdir, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdehlər buna razı olmamışlar. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsə də, imtina cavabı almışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ağayeva Kamı̇ lə Yaqub qızı qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, qeyd olunan torpaq sahəsində 6 nəfərin payı var. Torpaq sahəsindən iddiaçının payının mütəxəssis rəyinə uyğun olaraq ayrılaraq verilməsinə etiraz etmir. Lakin torpaq sahəsi bölünərkən onun üzərində yerləşən fərdi yaşayış evi və tikililərin nəzərə alınmağı, həmçinin fərdi yaşayış evi ilə torpaq sahəsinin sərhədi arasında məsafə saxlanılmasını istəyir. Odur ki, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Əhmədlı̇ Əhməd Yaqub oğluna, Cavabdeh3, Cavabdeh4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(025)-1577/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 19.08.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsindən Ağayeva Kamı̇ lə Yaqub qızının, Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlunun, Cavabdeh3, Cavabdeh4 və X2 çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 14.12.2021-ci il tarixli, **********71 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, İşin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmış və aparılan araşdırmaların nəticəsində məlum olmuşdur: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 0,32 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 çıxarışda göstərilən paylara uyğun paylarının naturada ayrılması hər bir torpaq sahəsinə ayrıca yol yeri nəzərə alınmaqla Sxem 1-də göstərilən qaydada mümkündür. Lakin Sxem 1-də göstərilən qaydada aparılan bölgü zamanı 0,32 ha torpaq sahəsində mövcud olan tikililər ən azı bölünən torpaq sahələrindən ikisinin üzərinə düşür. Mövcud tikililərdən yalnız Sxem 1-də 1 nömrə ilə qeyd olunmuş torpaq sahəsinin üzərinə düşmür. Rəyə plan-sxem, ortofotoplan və baxış aktı əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(025)-739/2021 nömrəli qətnaməsinə əsasən Ağayeva Kamı̇ lə Yaqub qızının iddiası təmin edilmiş, Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-004F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə və Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-584 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X2 ümumi birgə mülkiyyətinə verilmiş müvafiq olaraq 0.32 ha torpaq sahəsindən və 1.51 ha torpaq sahəsindən iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının payı 1/6 hissədə (0.32 ha ölçüsündə torpaq sahəsindən 0.0533 ha, 1.51 ha ölçüsündə torpaq sahəsindən 0.2516 ha) müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsindən Ağayeva Kamı̇ lə Yaqub qızının, Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlunun, Cavabdeh3, Cavabdeh4 və X2 hər birinin 1/6 hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - 07.01.2021-ci il; reyestr nömrəsi – **********95) əsasən X4, X7, X8, X13, X14, Cavabdeh1 və X5 ümumi paylı mülkiyyətinə verilmiş 0.9639 ha torpaq sahəsindən onların hər birinin payı 1/6 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının paylarının mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı etiraz etməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********74; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 19.08.2021) əsasən Ağayeva Kamı̇ lə Yaqub qızının, Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlunun, Cavabdeh3, Cavabdeh4 və X2 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 1 nömrə altında olan torpaq sahəsi Ağayeva Kamı̇ lə Yaqub qızına verilməklə) naturada ayrılsın və iddiaçıya verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlu, Cavabdeh3, Cavabdeh4 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********74; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 19.08.2021) əsasən Ağayeva Kamı̇ lə Yaqub qızının, Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlunun, Cavabdeh3, Cavabdeh4 və X2 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,32 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 1 nömrə altında olan torpaq sahəsi Ağayeva Kamı̇ lə Yaqub qızına verilməklə) naturada ayrılsın və iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh1, Əhmədlı̇ Əhməd Yaqub oğlu, Cavabdeh3, Cavabdeh4 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar