Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-456/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvən qeyd olunmuş soyadının düzəldilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan, ona, yəni Ərizəçi məxsus doğum haqqında qeyddə soyadının “Mütəhirova” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Mütdəhirova” kimi yazılmalı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası Ərizəçi iştirakı ilə keçirilərək məhkəmə baxış iclası Maraqlı şəxsnə sorğu verilməsi üçün 05.05.2021-ci il tarixə, saat 10:30a təxirə salınmış, həmin məhkəmə baxış iclasında ərizəçi iştirak etmədiyindən və ərizəçinin iştirakının təmin edilməsi məqsədilə məhkəmə baxış iclası 19 may 2021-ci il tarixə, saat 12:00a təxirə salınmış, lakin buna baxmayaraq ərizəçi, və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmiş, ərizəçi və maraqlı şəxs işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Həmçinin Ərizəçi iddia ərizəsində qeyd etdiyi 51 436 63 90 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-456/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-456/2021
19.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver