Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-48/2022 27.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “torpaq sahələrindən payların ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “torpaq sahələrindən payların ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********40, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.08.2021-ci il olan Çıxarışlara əsasən Qəbələ rayonu, Soltannuxa kəndindən xüsusi mülkiyyətlərində olan 0,8 ha və 0,08 ha torpaq sahələrində 14/13 pay olmaqla ona düşən torpaq sahələrinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, əvvəl mərhum anası X6 ilə onun birgə mülkiyyətinə verilmiş 0,8 ha və 0,08 ha torpaq sahələrindən payların müəyyən edilməsi və sonra cavabdehlər X7, X3 və Nümayəndə, üçüncü şəxslər X11, X17, X14, Mirzəyeva (Səmədova) aygün Rəşid qızı, Əhmədova (Səmədova) Elnurə Rəhim qızı, X12, X18, X19, Vahibova (Səmədova) Aynurə Rəhim oğlu, X4, Əliyeva (Səmədova) Şəhanə İlham qızı, Cavabdeh1 və X20 olmaqla “miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia qaldırmış, iddiaların təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Qətnamələr qanuni qüvvəyə mindikdən sonra hal-hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********93, qedyiyyat nömrəsi ********** və reyestr nömrəsi **********40, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.08.2021-ci il olan Çıxarışlar verilmişdir. Çıxarışlara əsasən Qəbələ rayonu, Soltannuxa kəndindəki xüsusi mülkiyyətlərində olan 0,8 ha və 0,08 ha torpaq sahələrində 14/13 pay iddiaçıya, yəni İddiaçı və mərhum anaları X1, 14/1 pay olmaqla, torpaq payları müəyyən olunmuşdur. Hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlarda göstərilən torpaq sahələrindən iddiaçının payı müəyyən edildikdən sonra naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq, bölə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və X8 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən İddiaçı 13/14 hissə, X2 isə 1/14 hissədə payları müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 0,8 ha həyətyanı torpaq sahəsindən İddiaçı 13/14 hissə, X2 isə 1/14 hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2021-ci il tarixli, **********45 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinin paylara uyğun bölünməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı və payların bölünməsi barədə notarial saziş təqdim olunmalıdır. Əgər payçılar arasında narazılıq mövcuddursa payların bölünməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli 2(025)- 1662/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX saylı, ******* nömrəli çıxarışa əsasən X2 və İddiaçı ümumi birgə mülkiyyətinə veilmiş 0,8 ha torpaq sahəsindən və “Torpağın mülkiyyətə verilməsinə daie” JN-037F saylı, kod 40602038 olan şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsindən X2 və İddiaçı hər birinin payı ½ hissədə müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(025)- 1031/2020 nömrəli qətnaməsindən görünür ki, mərhum X5 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********40; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 08.01.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinin ½ payından və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 17.07.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.80 ha torpaq sahəsinin ½ payından vərəsə - Səmədov Fı̇ krət Fərhad oğlunun payı 6/7 hissə üzrə müəyyən olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 10yanvar 2022-ci il tarixli, **********48 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, işin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmış və aparılan araşdırmaların nəticəsində məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli və 24.08.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 0,8 ha və 0,08 ha torpaq sahələrindən İddiaçı çıxarışlarda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması rəyə əlavə olunmuş sxemdə göstərilən qaydada fiziki bölünməsi mümkündür. (Rəyə əlavə olunmuş bölgü planında hər bir torpaq sahəsinin bölgü planının iki mümkün variantı göstərilmişdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən İddiaçı 13/14 hissə, X2 isə 1/14 hissədə payları müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 24.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 0,8 ha həyətyanı torpaq sahəsindən İddiaçı 13/14 hissə, X2 isə 1/14 hissədə payları müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının payının mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına İddiaçı etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə etiraz etməmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və X20 məhkəmə iclasında iştirak etmədiklərindən payların ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına münasibətlərini öyrənmək mümkün olmasa da, belə bölgü iddiaçının və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********40) Çıxarışla verilmiş 0,08 ha torpaq sahəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********093) Çıxarışla verilmiş 0,80 ha torpaq sahəsindən İddiaçı 13/14 hissədə payı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (Sxem 2) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış iş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********40) Çıxarışla verilmiş 0,08 ha torpaq sahəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********093) Çıxarışla verilmiş 0,80 ha torpaq sahəsindən İddiaçı 13/14 hissədə payı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planlarına (Sxem 2) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-48/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-48/2022
27.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver