Məhkəmə qərarları › İş №2(025)-48/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-48/2024

25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-48/2024 25.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh5 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və mərhum anası X1 paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********39; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqlarından; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********60; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 32A ünvanında yerləşən 0,01 ha yaşayış məntəqələrinin torpaqlarından hər birinin 1/2 hissədə paylarının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, (faktiki olaraq istifadə etdiyim giriş-çıxış yolu) o cümlədən fərdi yaşayış evinin onun payına düşən hissəsinin də ona bölünmüş torpaq sahəsində yerləşməsi nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi onun adından tərtib edilərkən səhvən “xahiş etdi” hissəsində naturada bölünməsini tələb etdiyi hər iki torpaq sahəsindən ½ hissədə payının naturada ayrılması göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********60; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən isə görünür ki, sözügedən torpaq sahəsi üzrə payı 11/20 hissədir. Yuxarıda qeyd etdiyi səbəblərdən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalır. Odur ki, onun və mərhum anası X1 paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********39; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqlarından; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********60; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 32A ünvanında yerləşən 0,01 ha yaşayış məntəqələrinin torpaqlarından hər birinin 11/20 hissədə paylarının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, (faktiki olaraq istifadə etdiyim giriş-çıxış yolu) o cümlədən fərdi yaşayış evinin onun payına düşən hissəsinin də ona bölünmüş torpaq sahəsində yerləşməsi nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. X6 xx.xx.2001-ci il tarixində beyinə geniş həcmdə qansızmadan və anası X4 isə xx.xx.2009-cu il tarixində beyindaxili qansızmadan vəfat etmişlər. Atası və anasının birgə evliliklərindən İlqar, Mətanət, Natavan, Yaqut və o, yəni Nasir adında 5 övladları olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X2 və ona, yəni İddiaçı Qəbələ şəhər ərazisindən 0.10 ha və 0.01 ha həyətyanı torpaq sahələrinə görə JN-1628F, KOD 40601004 və JN-1628G, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Həmin torpaq sahələrindən payının müəyyən olunması üçün Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-377/2021 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilərək, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun, yəni onun və mərhum anası X1 hər birinin payı 1/2 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli, 03 saylı qərarı ilə JN-1628G nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun, yəni mənim və mərhum anam X1 hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra payına uyğun çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. Buna müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********39; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan; reyestr nömrəsi – **********60; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Çıxarışlar almışlar. Həmin çıxarışlara əsasən onların Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 32 ünvanda 0,1 ha və ünvan 2 birinin 1/2 hissədə payları müəyyən olunmuşdur. Həmçinin həmin torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Hal-hazırda digər mülkiyyətçi, X4 vəfat etdiyindən torpaq sahələrinin naturada bölgüsü qarşılıqlı razılaşma əsasında bölgüsü mümkün deyildir. Bu səbəbdən payının naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasını istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinə müraciət etsə də, imtina cavabı almışdır. Həmin imtina cavabında göstərilmişdir ki, bölünəcək torpaq sahəsinin mülkiyyətçilərindən biri rəhmətə getdiyindən bölgü sxemini tərtib etmək mümkün olmamışdır. Belə olub məhkəməyə müraciət edir. Hal-hazırda ona və mərhum anasına məxsus torpaq sahəsində o, ailəsi ilə birlikdə və qardaşı İlqarın oğlanları ailəsi ilə birlikdə yaşayır. Mərhum anasına düşəcək torpaq payının bölünməsi vərəsələr arasında razılıq olmadığından baş tutmamışdır. Ona görə də, hazırki iş üzrə mərhum anası X1 vərəsələrini cavabdeh kimi qoymuşdur. Belə ki, Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş mərhum anası X1 vərəsələri barədə xx.xx.2023-cü il tarixli, 1555 nömrəli arayışda göstərilmişdir ki, mərhum X1 Cavabdeh2, X10, Cavabdeh3, İddiaçı və X13 (vəfat edib) adlı övladları vardır. Eyni zamanda qardaşı İlqar Əfəndiyev vəfat etdiyindən onun oğlanları Cavabdeh1 və Cavabdeh5 cavabdeh kimi qoymuşdur. X3rı mübahisəli torpaq sahələrində yaşamaqdadırlar. Eyni zamanda bildirir ki, həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi 2 hissəyə bölünməklə bir hissəsi onun, bir hissəsi mərhum qardaşı İlqar Əfəndiyevin istifadəsindədir. Həm evin ona aid hissəsinə, həm də evin mərhum qardaşı İlqar Əfəndiyevin ailəsinin yaşadığı hissəyə ayrıca giriş-çıxış qapısı mövcuddur. Belə ki, uzun illərdir ki, torpaq sahəsi evin bölünmüş hissəsinə mütənasib olaraq istifadə olunmaqdadır. Bu səbəbdən torpaq sahəsi naturada bölünərkən fərdi yaşayış evinin onun istifadəsində olan hissəsinin də ona verilməsini, yəni ona ayrılmış torpaq payında yerləşməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Cavabdeh5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, verilmiş mütəxəssis rəyi ilə razıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddia tələbini qəbul edərək, verilmiş mütəxəssis rəyinə əsasən payların naturada ayrılmasına etiraz etmədiklərini bildirdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Lakin sözügedən cavabdehlər xx.xx.2024-cü il tarixdə teleqram göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh3 məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh4 qızı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,1 ha həyətyanı torpaq sahəsindən İddiaçı və X1 1/2 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, AA 625398 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 32A ünvanında yerləşən 0,01 ha həyətyanı torpaq sahəsindən İddiaçı 11/20 və X1 isə 9/20 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə, B 122517 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 26 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2- 6807/2023 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış'lara əsasən ünvan 3 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi fərdi yaşayış evi və yol yeri nəzərə alınmaqla hər biri 0,05 hektar olaraq iki hissəyə bölünməsi mümkündür. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"lara əsasən ünvan 3 ünvanında yerləşən 0,01 hektar torpaq sahəsi yol yeri nəzərə alınmaqla 0,0055 hektar və 0,0045 hektar olaraq iki hissəyə bölünməsi mümkündür. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 377/2021 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum anası X1 hər birinin payı 1/2 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1628G nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Əfəndı̇ yev Nasir Sabir oğlunun və mərhum anası X1 hər birinin payı 1/2 hissədə müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışda göstərmişdir ki, X4 xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22 iyun 2023-cü il tarixli, 3- 21-3-42/2-3173/2023 nömrəli məktubda göstərilmişdir ki, bölünəcək torpaq sahəsinin mülkiyyətçilərindən biri rəhmətə getdiyindən bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1555 nömrəli arayışda göstərilmişdir ki, mərhum X4 xx.xx.2009-cu il tarixində Qəbələ şəhərində vəfat edib və onun Cavabdeh2, X10, Cavabdeh3, İddiaçı oölu və X13 adlı övladları vardır. İş materiallarında olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1541 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh5 ünvan 5 ünvanda yaşayır. İş materiallarında olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1484 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 5 ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı X7, oğlu X8 və qızı X5 ibarətdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 3 ünvanında yerləşən 0,1 ha həyətyanı torpaq sahəsindən İddiaçı və X1 1/2 hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən isə Qəbələ şəhəri, F.Rəhimov küçəsi, 32A ünvanında yerləşən 0,01 ha həyətyanı torpaq sahəsindən İddiaçı 11/20 və X1 isə 9/20 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, AA 625398 nömrəli və xx.xx.2023-cü il tarixdə, B 122517 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və mərhum X1 ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və mərhum X1 vərəsələrinə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və mərhum X1 vərəsələrinin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (26 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2-6807/2023 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh5 etiraz etməmişlər. Eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızı isə məhkəməyə göndərdikləri teleqramlarda torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahələrindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılması iddiaçının və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışla verilmiş 0,1 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli Çıxarışla verilmiş 0,01 ha torpaq sahəsindən İddiaçı 11/20 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (26 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2-6807/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışla verilmiş 0,1 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli Çıxarışla verilmiş 0,01 ha torpaq sahəsindən İddiaçı 11/20 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (26 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2-6807/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar