Məhkəmə qərarları › İş №2(025)-482/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-482/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-482/2021 21.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 Cavabdeh qarşı “fərdi yaşayış evinin və ümumi paylı mülkiyyətdə olan torpaq sahələrindən payların naturada ayrılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 Cavabdeh qarşı “fərdi yaşayış evinin və ümumi paylı mülkiyyətdə olan torpaq sahələrindən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evinin və Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-585 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş 1,94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən, JN-442A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,17 ha həyətyanı, JN-442B saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,12 ha həyətyanı, JN-442C saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahələrinin onların paylarına düşən hissələrinin naturada ayrılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. xx.xx.2021-ci il tarixdə Cavabdeh məhkəməyə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr **********29 nömrəli Çıxarışa əsasən verilmiş 0,17 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr **********30 nömrəli Çıxarışa əsasən verilmiş 0,12 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr **********31 nömrəli Çıxarışa əsasən verilmiş 0,08 ha torpaq sahəsi və 1,94 ha torpaq sahələrindən payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında məhkəməyə özü və digər ilkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 tərəfindən imzalanmış ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qarşılıqlı iddia ərizəsinin də baxılmamış saxlanılmasına etiraz etmir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçıların iddia tələblərini geri götürməsi səbəbindən qarşılıqlı iddianın da baxılmamış saxlanılmasını və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında heç bir üzürlü səbəb olmadan təkrarən iştirak etməmişlər. Məhkəmə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi MPM-nin 259.0.11ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ilkin iddia üzrə ərizəyə əlavə edilmiş sənədlər ilkin iddiaçılara, qarşılıqlı iddia üzrə ərizəyə əlavə edilmiş sənədlər qarşılıqlı iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ilkin və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 Cavabdeh qarşı “fərdi yaşayış evinin və ümumi paylı mülkiyyətdə olan torpaq sahələrindən payların naturada ayrılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia ərizəsinə əlavə edilmiş sənədlər ilkin iddiaçılara, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədər qarşılıqlı iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar