Məhkəmə qərarları › İş №2(025)-49/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-49/2020

14.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-49/2020 14.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mükün olmayan, ona məxsus əmlakın dəyəri” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mümkün olmayan, ona məxsus əmlakın dəyəri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.400 manat qanunsuz olaraq onun torpaq sahəsinin üzərində inşa etdirdiyi fərdi yaşayış evin altında qalmış və evdən ayrılması mümkün olmayan 0.02 ha. torpaq sahəsinin əvəzi olaraq 3.500 manat, iddiaçı tərəfindən inşa edilmiş, sonradan isə Nurşad tərəfindən zəbt edilərək üzərində ev tikdirdiyi 96,0 kv metr divarın dəyərinin əvəzi olaraq, cəmi 5.900,0 manat pulun alınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən mülkiyyətində olan, zəbt edilərək üzərində fərdi yaşayış evi tikdiyi 0.14 ha torpaq sahəsindən Nurşadın ailə üzvüləri ilə birgə çıxarılmasını istəmişdir. İddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qətnamə icra edilmişdir. İcra işinin yekunu barədə tərtib edilmiş Aktdan görünür ki, Nurşaddan alınmalı olan 0,14 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alınaraq ona təhvil verilmişdir. Qalan 0.02 ha. torpaq sahəsi Nurşadın yaşadığı fərdi yaşayış evinin altında qaldığına görə alınması mümkün olmamışdır. Eyni zamanda, icra işindən görünür ki, Nurşadın yaşayış evindən çıxarılması məsələsi gündəmdə olmamışdır. Qəbələ rayon Məhkəməsinin xx xxxx 2018 ci il tarixli 2(025)-2018 nömrəli Qətnaməsinin İcrası barədə Qəbələ İcra və Probasiya Şöbəsi tərəfinən tərtib edilmiş xx xxxxxx 2019- cu il tarixli Aktdan görünür ki, Nurşaddan alınıb ona verilməli olan 0.14 ha. torpaq sahəsinin cəmi 0.12 ha. hissəsi alınıb verilmişdir. Qalan 0.02 ha. hissəsi Nurşadın yaşadığı fərdi yaşayış evinin altında olduğundan Nurşadın istifadəsində qalmışdır. Bundan başqa, Qəbələ rayon Məhkəməsinin xx xxxx 2018-cı ıl tarixli 2(025)-108/2018 nömrəli Qətnaməsinin "müəyyən etdi" hissəsindən görünür ki, ilk qaldırdığı iddia tələbində göstərmiş ki, iddia predmeti olan 0.14 ha torpaq sahəsinin üzərində 1984-1985-ci illərdə hazırda Nurşadın yaşadığı evin divarlarını inşa etdirmişdir. Onun inşa etdirdiyi 15 cərgə mişar daşından, cəmi 96 kv. metrdən ibarət olan divarın üstündə aradan 24 il keçdikdən sonra, yəni 2009-cu ildə Nurşad evin qalan hissəsini inşa etdirmişdir. Bu qədər zaman fərqi olduğuna görə də köhnə divarla yeni inşa edilmiş hissə kəskin fərqlənir. Odur ki, həmin hissələri ayrıb etmək çətinlik yaratmır. Beləliklə, məhkəmədə işə baxılan zaman tərəfindən inşa edilmiş divarın dəyərini Nurşad ona ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən də o, iddia tələbini azaldaraq onun evdən çıxarılması barədə qaldırdığı tələbi geri götürmüşdür. Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırkı məhkəmə işi üzrə İddiaçı qaytarılmalı olan 0.12 ha torpaq sahəsinin ətrafının hasarlanmasına xərclədiyi 2310 manat, həmin torpaq sahəsinə giriş çıxış üçün qoyduğu 150 manat dəyərində əl darvazası, hər il ortalama 200 kq fındıq məhsulu verən ağacların dəyəri kimi 3600 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 6090 manat pulun İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında daha öncə məhkəmə çəkişməsi olmuş və həmin məhkəmə çəkişməsi nəticəsində o, xx.xx.2005-ci il tarixində iddiaçının atası X1 1200 ABŞ dolları qarşılığında aldığı 0.14 ha torpaq sahəsinin 0.12 ha hissəsini geri qaytarmaq məcburiyyətində qalmışdır. İddiaçının atasından aldığı torpaq sahəsində sonradan öz hesabına 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa etmişdir. İddiaçı bu gün tələb edir ki, həmin yaşayış evinin bir qismi torpaq sahəsi ona satılarkən artıq inşa edilmişdir. Halbuki, o, torpaq sahəsini aldıqdan sonra orda mövcud olan yarım tikili uzun müddət heç bir qoruyucu tədbir görülmədən saxlanıldığı üçün yağış və qar yağması nəticəsində tamamilə erroziyaya uğramışdır. Hal-hazırda sözü gedən fərdi yaşayış evini inşa edərkən (2005-ci ildə) iddiaçı tərəfindən 1983- 1984-cü illərdə inşa edilmiş və artıq dağılmış olan barını ləğv edib yenidən inşa etmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı o, alqı-satqı zamanı etdiyi səhlənkarlıq nəticəsində buraxdığı qanun boşluğundan istifadə edərək həmin torpaq sahəsini ondan məhkəmə qaydasında geri almışdır. Həmin torpaq sahəsinin ətrafına 70 metr uzunluğunda 220 sm hündürlüyündə mişar daşından qala çəkmiş, bundan əlavə olaraq həmin torpaq sahəsinə 150 azn dəyərində əl darvazası və 36 topa fındıq ağacı 12 ədəd müxtəlif meyvə ağacları əkmişdir. İddiaçı bu gün ona qarşı iddia qaldıraraq inşa etdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin və 1983-cü ildə inşa edilmiş, sonradan tərəfindən sökülmüş qalanın dəyəri olaraq 5900 azn pul tələb edir. Aparılmış məhkəmə işlərinin hallarına baxarkən aydın olur ki, zərər çəkən odur. Onun əldə etdiyi torpaq sahəsində inşa etdiyi qala və digər əşyaların dəyəri məbləğində zərər çəkmiş hesab edilir. İddiaçıya geri qaytardığı torpaq sahəsinə çəkilmiş xərc aşağıdakı formadadır: Mişar daşı ilə hasarın çəkilməsi: 70 m x 220 sm = 154 KVM- cəmi xərc 2310 azn; Dəmir əl qapısı -1 ədəd 150.00 azn, ağacların və digər görülmüş işlərin dəyəri - 3600 azn; Cəmi 6060 azn (altı min altımış manat). Yəni iddiaçı tərəfindən o, torpaq sahəsini alarkən alqı-satqı müqaviləsini qanunvericiliyə uyğun yerinə yetirməməklə buraxdığı səhvdən istifadə edərək bu gün geri qaytarmaq məcburiyyətinə olduğu torpaq sahəsinə 6060 azn xərc çəkmişdir. Torpaq sahəsinə çəkilmiş xərc bir başa torpaq sahəsindən istifadə edəcək şəxsin mənfəətindədir. Bu gün isə həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-49/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mükün olmayan, ona məxsus əmlakın dəyəri” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 1985-ci il tarixdə İddiaçı istəyi ilə fərdi yaşayış evi üçün divar tikmişdir, lakin onu tamamlamamışdır, yarımçıq qalmışdır. Xaləddin bunun əvəzində pulu da ona ödəyib. Bir usta kimi o tikdiyi divara görə cavabdehdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşən 96,0 kv.m divarın,həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin altında qalmış 0.02 ha torpaq sahəsinin, torpaq sahəsinin ətrafına 70 metr uzunluğunda 220 sm hündürlüyündə mişar daşından çəkilmiş hasarın və giriş-çıxış üçün nəzərdə tutulmuş əl darvazasının hazırki real bazar qiyməti nə qədərdir? “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən xx.xx.2020-ci il tarixli M/01-PLS saylı məktubla Qəbələ Rayon Məhkəməsinin 2(025)-1333/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qəradadı icra olunmadan geri qaytarılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-108/2018 saylı xx xxxx 2018-ci il tarixli Qətnaməsi ilə, cavabdehlər Cavabdeh və X2 yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X4 ilə birlikdə JN-201A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2313/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-108/2018 saylı xx xxxx 2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı qaytarılmış torpaq sahəsi üzərində ümumilikdə 6060 manat pul xərcləndiyini iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar