Məhkəmə qərarları › İş №2(025)-51/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-51/2022

13.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-51/2022 13.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********30; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 31.08.2021) Çıxarışa əsasən onun və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 1,09 ha torpaq sahəsindən 7/8 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən ona və cavabdehə məxsus fərdi yaşayış evlərinin olması nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26.11.2021-ci il tarixli qərardadı ilə, mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 dekabr 2021-ci il tarixli, **********27 saylı məktubu ilə birlikdə mütəxəssis rəyi verməkdən imtina məktubu məhkəməyə daxil olmuş və məhkəmənin 30.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası 13.01.2022-ci il saat 11:30-a təyin edilmişdir. İddiaçı 13 dekabr 2021-ci il tarixdə məhkəməyə elektron qaydada (Whatsapp vasitəsilə) ərizə göndərərək göstərmişdir ki, məhkəməyə Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən məhkəməyə göndərilmiş məktubda “plan ölçü” sənədinin olmaması səbəbindən rəy verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Odur ki, sözügedən çatışmazlığı aradan qaldırmaq üçün hal-hazırda MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar