Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-552/2023 08.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nov Şövqi Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nova Günay İzafəddı̇ n qızı və Şı̇ rı̇ nov Səxavət Mahı̇ r oğlunun cavabdeh Şı̇ rı̇ nov Tahı̇ r Nacəddı̇ n oğluna qaşı “paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi” tələbinaə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nov Şövqi Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nova Günay İzafəddı̇ n qızı və Şı̇ rı̇ nov Səxavət Mahı̇ r oğlu cavabdeh Şı̇ rı̇ nov Tahı̇ r Nacəddı̇ n oğluna qaşı “paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçılar Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nov Şövqi Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nova Günay İzafəddı̇ n qızı və Şı̇ rı̇ nov Səxavət Mahı̇ r oğlunun cavabdeh Şı̇ rı̇ nov Tahı̇ r Nacəddı̇ n oğluna qaşı “paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olananlara əsasən, məhkəmə hesab edir ki, Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçılar Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nov Şövqi Nacəddı̇ n oğlu, Şı̇ rı̇ nova Günay İzafəddı̇ n qızı və Şı̇ rı̇ nov Səxavət Mahı̇ r oğlunun cavabdeh Şı̇ rı̇ nov Tahı̇ r Nacəddı̇ n oğluna qaşı “paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğlu tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Şı̇ rı̇ nov Mahı̇ r Nacəddı̇ n oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-552/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-552/2023
08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver