Məhkəmə qərarları › İş №2(025)-567/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-567/2021

17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-567/2021 17.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh1, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X2 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X2 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X28ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)- 35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq mərhum X2 payına düşən payın 1/5 hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.04.2021-ci il tarixdə İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək X1 miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq, digər açıq qalmış mərhum-vərəsə X2 payına düşən payın 1/5 hissəsinin müəyyən edərək, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 14 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X29, X30, X21, X15 və X39 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdurlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-3 5/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mərhum X28ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Məhkəmə həmin mülki işin halları ilə müəyyən etmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasımn 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X4 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN-375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X22 05 noyabr 1999-cu il tarixdə, əri isə X23 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından Səhrab, Ağanur, Mənafə, Şamayıl və Araz adlı uşaqları doğulmuşdur. X5 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X24 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X5 vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. X24 vəfat edən zaman onun vərəsələri arvadı Züleyxa və uşaqları Qaçay, Səxavət və Aynurə olmuşdur. X4 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Nəticədə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli, X1 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən edilmişdir. Məhz buna görə məhkəmə gəldiyi nəticəyə uyğun olaraq 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnamə çıxarmış, lakin mərhum X2 payına düşən hissəsinə dair hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmənin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə uyğun olaraq mərhum X2 payına düşən hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə kimi müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsində bütün qardaşlar birlikdə yaşayıblar. Həmin torpaqda anasına məxsus bağ sahəsi də olub. Torpaq sahəsi ölçüləndə anasının bundan xəbəri olmayıb. Həyətdə beş övlad arasında bölgü aparılmalıdır. Qardaşlara fərqli ölçülərdə torpaq sahələri verilmişdir. Bununla bağlı müxtəlif orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 iddia tələbini qəbul edərək, bildirdi ki, mərhum atası X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın qardaşı İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclasında bu barədə ərizə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, yazılı ərizə təqdim etmiş və bildirmişdir ki, mərhum əri X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın oğlu İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 iddia tələbini qəbul edərək, yazılı ərizə təqdim etmiş və bildirmişdir ki, mərhum atası X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın qardaşı İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iddia tələbini qəbul edərək, yazılı ərizə təqdim etmiş və bildirmişdir ki, mərhum atası X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın qardaşı İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iddia tələbini qəbul edərək, yazılı ərizə təqdim etmiş və bildirmişdir ki, mərhum atası X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın qardaşı İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 iddia tələbini qəbul edərək, yazılı ərizə təqdim etmiş və bildirmişdir ki, mərhum atası X2 vərəsəsi olaraq ona düşən paydan imtina edir, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29, X30, X21, X15 və X25 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-375A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən»nin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X6 tam mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X23 ilə X26 nikahı haqqında 29 iyul 1963-cü il tarixdə 18 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayilov, arvada Cəbrayilova soyadı verilmişdir. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09 yanvar 2018-cı il tarixdə verilmiş AZ-İ 912886 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X22 05 noyabr 1999-cu il tarixdə “qan dövranı çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09 yanvar 2018-ci il tarixdə verilmiş AZ-İ 912887 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X23 20 may 1982-ci il tarixdə “baş-beyin infarktı»ndan vəfat etmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 20.10.1973-cü il tarixdə verilmiş AZ № 482667 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1959-cu il tarixdə Qutqaşen rayonu Vəndam kəndində anadan olmuş, atası X23, anası X11r. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 14.07.1963-cü il tarixdə verilmiş AZ № 420325 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1963-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 15.05.1957-ci il tarixdə verilmiş İ- İE № 469197 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 1957-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. İş materiallarında olan İsmayıllı rayon Hacıhətəmli XDC tərəfindən 12 may 1985-ci il tarixdə verilmiş İİİ-JQ № 424396 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X49 ilə X16 arasında 12 may 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 08 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Yusifov, arvada Yusifova soyadları verilmişdir. İşdə olan İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən 23.11.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 avqust 1958-ci il tarixdə İsmayıllı rayon, Qalıncaq kəndində anadan olmuş, atası X3, anası X18r. İş materiallarında olan İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən 08 yanvar 1980-ci il tarixdə verilmiş X-JQ № 330289 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X24 ilə X17 arasında 08 yanvar 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 01 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 ilə X44 nikahı haqqında 27 aprel 1974-cü il tarixdə 13 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 13 mart 2018-ci il tarixdə verilmiş AZ-İ 933468 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X8 03 fevral 2003-cü il tarixdə “ağ ciyər ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 1372 saylı, 18.09.2019-cu il tarixli arayışdan görünür ki, X8 03.02.2003-cü il tarixdə Vəndam qəsəbəsində vəfat edən zaman onun vərəsələri İddiaçı2, Cəbrayılova (Rəcəbova) Südabə Şamayıl qızı, Cəbrayılova (Alışanova) Xəzəngül Şamayıl qızı, X21, X29, Cəbrayılova (Şirazova) Gülnarə Şamayıl qızı və İddiaçı1 olmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 23.11.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 21 may 1955-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 24 yanvar 2011-ci il tarixdə verilmiş AZ-İ 526795 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X24 22 yanvar 2012-ci il tarixdə “miokard infarktı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09.01.2019cu il tarixdə verilmiş AZ-İV № 196721 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 03 may 1975-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası İddiaçı2 Ağamməd qızıdır. İş materiallarında olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 20 noyabr 1995-ci il tarixdə verilmiş Vİİ-JQ № 284401 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X57 ilə X19 arasında 20 noyabr 1995-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 50 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12.01.2019cu il tarixdə verilmiş AZ-İV № 196728 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 dekabr 1976-cı il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası İddiaçı2 Ağamməd qızıdır. İş materiallarında olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 17 yanvar 2019-cu il tarixdə verilmiş AZ-İİ № 280272 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X31 ilə X13 arasında 11 sentyabr 1997-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 29 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Alışanov, arvada Alışanova soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12.01.2019cu il tarixdə verilmiş AZ-İV № 196727 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 01 noyabr 1978-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası İddiaçı2 Ağamməd qızıdır. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 14.01.1985-ci il tarixdə verilmiş X- JQ № 377801 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Şəmayıl oğlu xx xxxxxx 1985-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X8, anası İddiaçı2 Ağamməd qızıdır. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 11.01.2017ci il tarixdə verilmiş AZ-T № 018696 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 30 iyun 1980-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X8, anası İddiaçı2 Ağamməd qızıdır. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 20.10.1981-ci il tarixdə verilmiş Vİİ-JQ № 439751 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 20 sentyabr 1981-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X8, anası İddiaçı2 Ağamməd qızıdır. İş materiallarında olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 10 avqust 2005-ci il tarixdə verilmiş AZ-İ № 184047 saylı «Nikah haqqında şəhadətnamə» nin surətindən görünür ki, X64 ilə X14 arasında 10 avqust 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 44 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Şirazov, arvada Şirazova soyadları verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, X1 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr – Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuş, qarşılıqlı iddia isə təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(107)-888/2020 saylı qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X4 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN-375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X22 05 noyabr 1999-cu il tarixdə, əri isə X23 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından Səhrab, Ağanur, Mənafə, Şamayıl və Araz adlı uşaqları doğulmuşdur. X5 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X24 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X5 vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. X4 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 "vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, X1 (miras qoyan) məxsus Qəbələ rayon AİKnın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Həmin iş üzrə İddiaçı2, X39, X15, X21, İddiaçı1, X29 və X30 tərəfindən qarşılıqlı iddia ərizəsi də verilmiş və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına və torpağın mülkiyyətə verilməsinə Şəhadətnaməyə əsasən (JN-375A, Kod ********) 05.11.1999-cu ildə ölmüş X10 məxsus olmuş və onun ölümündən sonra miras qalmış 0.22 ha torpaq sahəsinin və orada yerləşən bir otaqlı yaşayış evinin mirasın açıldığı gündən mirasqoyanın yalnız bir vərəsəsi - ataları X5 tərəfindən miras əmlak kimi faktiki qəbul olunmaqla idarə olunmasını, 03.02.2003-cü ildə ölmüş valideynləri olmasını nəzərə almaqla miras qalmış bütün əmlak üzərində onların birgə bərabər paylı hüquqlarının müəyyən edilməsi məhkəmədən xahiş olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)- 35/2020 saylı qətnaməsi ilə qeyd olunan qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qətnamənin mənasından aydın olur ki, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir ona görə ki, X4 (miras qoyan) oğlu İddiaçı1 sağlığında yeganə vərəsə kimi anasından qalan bütün miras əmlaka sahiblik etmək və ya əmlakı idarə etmək faktı öz təsdiqini tapmamışdır, bu səbəbdən onun miras amlaka yalnız bir vərəsə kimi tam payı müəyyən edilməmişdir, eyni zamanda birinci növbədə vərəsə kimi İddiaçı1 bərabər paydan məhrum olunmamış, miras qoyanın əmlakından digər birinci növbədə olan qanun üzrə vərəsələr sırasında olmaqla 1/5 hissə üzrə payı açıq saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-888/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərildiyi kimi, X5 03 fevral 2003-cü il tarixdə vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. Hazırda Əlvan və Xavər Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi ilə açıq qalmış mərhum - vərəsə X2 payına düşən 1/5 hissə üzrə payı müəyyən edib, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, X1 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-375A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi vərəsə - X2 oğlu İddiaçı1 payı 1/5 hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN- 375A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi vərəsə - X2 oğlu İddiaçı1 payı 1/5 hissə üzrə müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (+994 12) 431 44 05 İş № 2(006)-7483/2017 25.09.2017 İddiaçı: X34 Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, M.Cəfərov küçəsi, ev 10, mənzil 191 Cavabdehlər: X40 X35 Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, M.Cəfərov küçəsi, ev 10, mənzil 191 Xırdalan şəhəri, Qüşçulqu massivi, ev 12 Nəsimi Rayon Məhkəməsi 19.09.2017-ci il tarixli, 2(006)-7483/2017 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar