Məhkəmə qərarları › İş №2(025)-59/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-59/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-59/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qızına qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Nümayəndə iştirakı ilə, iddiaçılar, Nümayəndə və qeyrilərinin Cavabdeh İrza oğluna qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.884 ha (reyestr nömrəsi: **********77), 0.586 ha (reyestr nömrəsi: **********65) və 0,937 ha (reyestr nömrəsi: **********01) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinə düşən payın ( 11/99 hissə üzrə) naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı aparılarkən ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.586 ha, 937 ha və 0.884 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı4 ( 11/99 hissə), İddiaçı3( 11/99 hissə), İddiaçı5 ( 11/99 hissə), İddiaçı6( 11/99 hissə), İddiaçı8( 11/99 hissə), İddiaçı2( 11/99 hissə), İddiaçı7 ( 11/99 hissə) , Cavabdeh ( 9/99 hissə), Nümayəndə (11/99 hissə), X4 ( 1/99 hissə) və X5 ( 1/99 hissə) mülkiyyət hüququ tanınmış və müvafiq olaraq **********77, **********65) və **********01 reyetr nömrələri ilə ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinin birgə istifadəsinə dair Cavabdeh İrza oğlu ilə razılıq əldə etmək mümkün olmamışdır. Ona görə də, ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.884 ha (reyestr nömrəsi: **********77), 0.586 ha (reyestr nömrəsi: **********65) və 0,937 ha (reyestr nömrəsi: **********01) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinə düşən payın ( 11/99 hissə üzrə) naturada ayrılıb verilməsi barədə iddia qaldırılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən B 122530 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.884 ha (reyestr nömrəsi: **********77) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı4 ( 11/99 hissə), İddiaçı3( 11/99 hissə), İddiaçı5 ( 11/99 hissə), İddiaçı6( 11/99 hissə), İddiaçı8( 11/99 hissə), İddiaçı2( 11/99 hissə), İddiaçı7 ( 11/99 hissə) , Cavabdeh ( 9/99 hissə), Nümayəndə (11/99 hissə), X4 ( 1/99 hissə) və X5 ( 1/99 hissə) adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən B 122531 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.586 ha (reyestr nömrəsi: **********65) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı4 ( 11/99 hissə), İddiaçı3( 11/99 hissə), İddiaçı5 ( 11/99 hissə), İddiaçı6( 11/99 hissə), İddiaçı8( 11/99 hissə), İddiaçı2( 11/99 hissə), İddiaçı7 ( 11/99 hissə) , Cavabdeh ( 9/99 hissə), Nümayəndə (11/99 hissə), X4 ( 1/99 hissə) və X5 ( 1/99 hissə) adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,937 ha (reyestr nömrəsi: **********01) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı4 ( 11/99 hissə), İddiaçı3( 11/99 hissə), İddiaçı5 ( 11/99 hissə), İddiaçı6( 11/99 hissə), İddiaçı8( 11/99 hissə), İddiaçı2( 11/99 hissə), İddiaçı7 ( 11/99 hissə) , Cavabdeh ( 9/99 hissə), Nümayəndə (11/99 hissə), X4 ( 1/99 hissə) və X5 ( 1/99 hissə) adına qeydiyyata alınmışdır. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2545 saylı ekspert rəyində göstərilmişdir ki, Dasinmaz emlaktn Dövlat Kadastrl ve Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindan verilmiş ********** qeydiyyat nömrali, **********65 reyestr nömrəli "Hüquqlann Dövlat qeydiyyatl haqqnda daşınmaz əmlakın Dôvlət Reyestrindan Çlxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,586 ha torpaq sahəsindən Cavabdeh 0,0533 hektar, İddiaçı2 0,0651 hektar, X6 0,0651 hektar, İddiaçı4 0,0651 hektar, İddiaçı5 0,0651 hektar, X9 0,0651 hektar, İddiaçı7 0,0651 hektar, X7 0,0651 hektar, Nümayəndə ogluna 0,0651 hektar, X17 ogluna 0,0059 hektar va X2 0,0059 hektar düşməklə AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-631/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8;9;10;11;12 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə paylan naturada ayrllmasl mümkündür; ********** qeydiyyat nörnrəli, **********77 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqlnda daşınrnaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,884 hektar torpaq sahəsinden Cavabdeh 0,0804 hektar, İddiaçı7 0,0982 hektar, X9 0,0982 hektar, İddiaçı80,0982 hektar, İddiaçı4 0,0982 hektar, İddiaçı3 0,0982 hektar, İddiaçı5 0,0982 hektar, X1 0,0982 hektar, Nümayəndə 0,0982 hektar, X17 ogluna 0,0089 hektar və X3 0,0089 hektar düşməklə AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-631/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 14;15;16;17;18;19;20;21;22;23;24;25 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə paylan naturada ayrllmasl mümkündür; ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,937 hektar torpaq sahasindan X8 0,1041 hektar, İddiaçı3 0,1041 hektar, İddiaçı5 0,1041 hektar, İddiaçı6 0,1041 hektar, İddiaçı8 0,1041 hektar, X1 0,1041 hektar, İddiaçı7 0,1041 hektar, Nümayəndə 0,1041 hektar, X3 0,0095 hektar, X10 0,0095 hektar va Cavabdeh ogluna 0,0852 hektar düşməklə AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-21-3-42/2-631/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 26;27;28;29;30;31;32;33;34;35;36 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə paylan naturada ayrllmasl mümkündür payların naturada ayrılması mümkündür. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 631/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8;9;10;11;12 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə B122531 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,586 ha (reyestr nömrəsi: **********65) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi, 14; 15; 16; 17; 18; 19; 20; 21; 22; 23; 24; 25 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə B 122530 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,884 ha (reyestr nömrəsi:**********77) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi və 26; 27; 28; 29; 30; 31; 32; 33; 34; 35; 36 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə daşınmaz əmlakın elektron baza məlumatlarında sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,937 ha (reyestr nömrəsi: **********01) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi ayrı ayrılıqda naturada ayrılıb iddiaçılar, Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T D İ : İddia tələbi təmin olunsun. AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-631/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 2; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə B122531 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,586 ha (reyestr nömrəsi: **********65) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi, 14;15;16;17;18;19;20;21;22;23;24;25 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə B 122530 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,884 ha (reyestr nömrəsi:**********77) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi və 26;27;28;29;30;31;32;33;34;35;36 nömrəli Yerquruluşu planında qeyd olunmuş bölgü üzrə daşınmaz əmlakın elektron baza məlumatlarında sərhədləri göstərilən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,937 ha (reyestr nömrəsi: **********01) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11/99 hissəsi ayrı ayrılıqda naturada ayrılıb iddiaçılar, Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 şəxsi mülkiyyətinə verilsin. Cavabdeh İrza oğlundan 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qəbələ rayon Məhkəməsinin hakimi : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar