Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-611/2021 17.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi qızının və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi qızının Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, özünün adının və ata adının Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında ona-yəni Ərizəçi qızına məxsus doğum akt qeydində adının “Rida”, ata adının “Ambarum” olmamasının müəyyən edilməsi və düzgün olaraq adının “Rita”, ata adının “Ambarsum” kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı tələbini müdafiə edərək göstərdi ki, 19 aprel 1956-cı ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. Valideynləri-atası X1 və anası X3muş, onlar Qutqaşen (Qəbələ) rayonu VVAQ şöbəsində doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmidir. Valideynləri atası X1 29.12.1969-cu il tarixində ankoloji xəstəlikdən və anası X7 30.09.1988-ci il tarixində ürək çatmamazlığı xəstəliyindən vəfat etmişlər. O, bir neçə ay bundan əvvəl özünə şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN” xidmətə müraciət etmiş və onun Qutqaşen (Qəbələ) rayon VVAQ şöbəsi tərəfindən 16.05.1956-cı-ildə tərtib edilmiş 77 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən onun adının “Rita” əvəzinə “Rida”, ata adının “Ambarsum” əvəzinə səhvən “Ambarum” kimi qeyd olunduğundan bu baş tutmamışdır. Hamı isə onu Ərizəçi qızı kimi tanımışdır. Həmçinin, doğum haqqında şəhadətnamədə, attestatda və s. digər sənədlərdə Ərizəçi qızı kimi yazılmışdır. Onun isə bunlardan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş soyadının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 19 mart 2021-ci il tarixli, 05/Q-330/15 saylı imtina məktubu da verilmişdir. Odur ki, Ərizəçi qızı məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızının vəkili Vəkil məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, o, ərizıçinin bacısıdır. Onlar üç bacı olublar. Ataları X1dir. Onlar Qəbələ şəhərində anadan olmuş, Qəbələ şəhərində məktəbə getməklə hal-hazıradək yaşayırlar. Bacısının biri Göyçay rayonunda ərdə olmuş, orada yaşamış və rəhmətə getmişdir. Sağ qalan bacısının adı Rida yox Ritadır. Məhkəmə ərizəçini, ərizəçinin vəkilini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qutqaşun rayon VVAQ şöbəsi tərəfindən 22 may 1973-cü il tarixdə verilmiş İ-ЖГ № 431820 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi qızı 19 aprel 1956-cı ildə Qutqaşin rayonu, Qutqaşın qəsəbəsində anadan olmuş, atası X1, anası X2. İşdə olan 30 aprel 2021-ci il tarixli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X5 19.04.1956-cı il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Bu barədə 1956-cı ilin may ayında Maraqlı şəxsndə 77 № doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X1, anası X7 kimi göstərilmişdir. İşdə olan Ərizəçi qızına məxsus Xİİ-ЖГ № 552590 saylı SSSR vətəndaşının pasportundan görünür ki, bu sənəddə ərizəçinin adı “Rita”, soyadı “Baxşiyeva”, ata adı “ Ambarsum” olaraq qeyd olunmuşdur. İşdə olan Ərizəçi qızına məxsus AZ№ 601939 saylı orta təhsil haqqında Attestatın surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Rita”, soyadı “Baxşiyeva”, ata adı “ Ambarsum” olaraq qeyd olunmuşdur. İşdə olan Ərizəçi qızına məxsus AZ ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Rita”, soyadı “Baxşiyeva”, ata adı “ Ambarsum” olaraq qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən 02 aprel 2021-ci il tarixdə verilmiş 653 saylı arayışdan görünür ki, Baxşiyeva X6 şəhəri, H.Əliyev prospekti dalan 10, ev 160 ünvanında yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 05/Q-330/15 nömrəli məktubla doğum haqqında akt qeydində düzəliş edilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıldığından ərizəçinin doğum haqqında akt qeydinə ərizəçinin adı “Rida”-dan “Rita”-ya, ata adının “Ambarum”-dan “Ambarsum”-a düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 mart 2021-ci il tarixli ******* saylı qərarından görünür ki, 1956-cı il təvəllüdlü Ərizəçi qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi qızının adı “Rita”, ata adı “Ambarsum” olduğu halda doğum akt qeydi kitabında səhvən “Rida”, ata adı “Ambarum” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi qızının doğum haqqında qeydində adının “Rida”, ata adının “Ambarum” kimi yazılmasının düzgün olmaması və adının “Rita”, ata adının “Ambarsum kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi qızının doğumu haqqında qeyddə adının “Rida”, ata adının “Ambarum” kimi yazılmasının düzgün olmaması və adının “Rita”, ata adının “Ambarsum” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-611/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-611/2021
17.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver