Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-62/2022 31.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Həmzəli kəndində yerləşən paylı mülkiyyətdə olan 0.51 hektar torpaq sahəsinə (Seriya RX, № ******* Çıxarış) payının naturada ayrılması və ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Qəbələ rayonu, Həmzəli kənd sakinidir. Həmin kənddə ona məxsus yayayış məntəqələri təyinatlı torpaq sahəsi mövcuddur. Torpaq sahəsi onun, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 paylı mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX-nin Seriya RX № ******* Çıxarış verilmişdir. Çıxarışa əsasən torpaq sahəsinin ümumi sahəsi 0,51 ha təşkil edir. Paylı mülkiyyətçilərdən İddiaçı 11/27, Cavabdeh1 11/27, Cavabdeh2 5/27 hissədə payı mövcuddur. Hazırda torpaq sahəsi öz aralarında şifahi razılaşmamıza əsasən, bölünmüşdür. O, həmin sahədə, yəni torpaq sahəsinin qərb hissəsində özü üçün yaşayış evi tikmişdir. O, cavabdehlərə paylı mülkiyyətdə olan torpaq sahəsinin könüllü bölügüsünün keçirilməsim təklif etməyinə baxmayaraq, müəyyən səbəblərdən bu mümkün olamamışdır. Torpaq sahəsinin naturada bölgüsü aparılan zaman ona həmin sahənin qərb tərəfindən hazırda istifadəsində olan və yaşayış evi tikdiyi hissədən pay ayrılmasını xahiş edir. Ona görə də hesab edir ki, həmin ərazidə paylı mülkiyyətdə olan torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilməlidir. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(025)-1752/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX № ******* saylı, 05.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Həmzəli kəndində yerləşən 0,51 ha torpaq sahəsindən İddiaçı, Cavabdeh1, Cavabdeh2 çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03.12.2021-ci il tarixli, **********67 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, İşin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə 31.08.2017-ci il tarixdə tərtib olunmuş A№ 186491 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin məkan göstəricilərinə istinad edilərək araşdırma aparmış və aparılan araşdırmaların nəticəsində məlum olmuşdur: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı, 05.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən, 0.51 ha torpaq sahəsindən İddiaçı Çavanşir oğlunun, Cavabdeh1 Çavanşir oğlunun, Cavabdeh2 çıxarışda göstərilən paylara uyğun paylarının naturada ayrılması rəyə əlavə olunmuş sxemdə göstərilən qaydada fiziki bölünməsi mümkündür. ( Rəyə əlavə olunmuş bölgü planında torpaq sahəsinə gediş- gəliş yolları nəzərə alınmaqla bölgü planının üç mümkün variantı göstərilmişdir.) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, 05.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Həmzəli kəndində yerləşən 0,51 ha torpaq sahəsindən İddiaçı payı 11/27 hissədə, Cavabdeh1 payı 11/27 hissədə və Cavabdeh2 payı 5/27 hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* saylı Çıxarışa (reyestr nömrəsi – **********73; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.09.2017) əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 ümumi paylı mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsindən onların İddiaçı və Cavabdeh1 hər birinin payı 11/27 hissədə, Cavabdeh2 payı isə 27/5 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu, Həmzəli kəndində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının paylarının mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı etiraz etməmişdir. Cavabdehlər isə iddia tələbinə dair fikir bildirməmişlər. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* saylı Çıxarışa (reyestr nömrəsi – **********73; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.09.2017) əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 mülkiyyətinə verilmiş Qəbələ rayonu Həmzəli kəndində yerləşən 0,51 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planının İ-ci variantına uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü planınının İ-ci variantında göstərilmiş 64.9x32.5x64.8x31.7 ölçülərdə olan hissənin İddiaçı verilməklə) naturada ayrılsın və iddiaçıya verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* saylı Çıxarışa (reyestr nömrəsi – **********73; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.09.2017) əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 mülkiyyətinə verilmiş Qəbələ rayonu Həmzəli kəndində yerləşən 0,51 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planının İ-ci variantına uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü planınının İ-ci variantında göstərilmiş 64.9x32.5x64.8x31.7 ölçülərdə olan hissənin İddiaçı verilməklə) naturada ayrılsın və iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elman İsayev