Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-68/2023 15.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Nümayəndə (eyni zamanda İddiaçı2 qəyyumu), cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Kiçik Pirəli kəndində yerləşən paylı mülkiyyətdə olan 0,4152 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə (********** qeydiyyat nömrəli Çıxarış), 0,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə (********** qeydiyyat nömrəli Çıxarış), 0,1552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (********** qeydiyyat nömrəli Çıxarış), 0,2534 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə (********** qeydiyyat nömrəli Çıxarış) paylarının naturada ayrılması və onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən 0,4152 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində Cavabdeh1 payı 20/150, X2 payı 35/150, İddiaçı2 payı 4/150, Cavabdeh2 payı 35/150 və Nümayəndə payı 56/150 olmaqla müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən 0,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində Cavabdeh1 payı 20/150, X2 payı 35/150, İddiaçı2 payı 4/150, Cavabdeh2 payı 35/150 və Nümayəndə payı 56/150 olmaqla müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən 0,1552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 payı 20/150, X2 payı 35/150, İddiaçı2 payı 4/150, Cavabdeh2 payı 35/150 və Nümayəndə payı 56/150 olmaqla müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən 0,2534 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 payı 20/150, X2 payı 35/150, İddiaçı2 payı 4/150, Cavabdeh2 payı 35/150 və Nümayəndə payı 56/150 olmaqla müəyyən olunmuşdur. Hazırda torpaq sahələrini öz aralarında bölə bilmirlər. Belə ki, cavabdehlər hər dəfə torpaq bölgüsü ilə bağlı könüllü razılığa gələcəklərini bildirsələr də, sonradan gəlmirlər. Torpaq sahələrinin yola çıxışı mövcuddur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən 0,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində özlərinə ev tikmişlər, torpaq sahəsi naturada bölünərkən ev yerləşdiriyi tərəfdən yola çıxışı nəzərə alınmaqla onlara torpaq verilməsini istəyirlər. Hesab edirlər ki, həmin ərazilərdə paylı mülkiyyətdə olan torpaq sahələri naturada ayrılaraq onlara təhvil verilməlidir. İddiaçı2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 450/2019 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2019-cu il tarixli, 94 saylı sərəncamına əsasən İddiaçı2 Nümayəndə qəyyumluğuna verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Nümayəndə (eyni zamanda İddiaçı2 qəyyumu) iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul edərək, verilmiş mütəxəssis rəyinə əsasən payların naturada ayrılmasına etiraz etmədiklərini bildirdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,4152 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 644703 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,2534 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 644712 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 644710 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,1552 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 644711 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 07 iyul 2023-cü il tarixli, 3-21-3-42/2- 3352/2023 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli; xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli; xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,4152 ha, 0,2534 ha, 0,16 ha və 0,1552 ha torpaq sahələrindən iddiaçılar Nümayəndə və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarışlarda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündür. (bölgü planları əks olunmaqla) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli, **********84 nömrəli məktubda göstərilmişdir ki, bölünəcək torpaq sahəsində razılıq olmaması səbəbindən imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 07 iyun 2019-cu il tarixli, 94 nömrəli sərəncamından görünür ki, Nümayəndə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,4152 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,2534 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən 0,1552 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 20/150, Cavabdeh3 35/150, İddiaçı2 4/150, Cavabdeh2 35/150 və Nümayəndə isə 56/150 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, A 644703 nömrəli; xx.xx.2021-ci il tarixdə, A 644712 nömrəli; xx.xx.2021-ci il tarixdə, A 644710 nömrəli və xx.xx.2021-ci il tarixdə, A 644711 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (07 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-3352/2023 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçı Nümayəndə (eyni zamanda İddiaçı2 qəyyumu) və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etiraz etmişlər. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına münasibətini öyrənmək mümkün olmasa da, belə bölgü iddiaçıların və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərcləri iddiaçılara aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Çıxarışla verilmiş 0,4152 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli Çıxarışla verilmiş 0,16 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRXi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışla verilmiş 0,4152 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli Çıxarışla verilmiş 0,1552 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə payları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (07 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-3352/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Çıxarışla verilmiş 0,4152 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli Çıxarışla verilmiş 0,16 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışla verilmiş 0,4152 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli Çıxarışla verilmiş 0,1552 ha torpaq sahəsindən iddiaçı Nümayəndə 56/150 hissədə, İddiaçı2 4/150 hissədə payları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (07 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-3352/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-68/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-68/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver