Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-682/2021 18.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) onun – Ərizəçi barəsində doğum akt qeydinin düzgün olmaması və soyadının “Məsimov” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il ildə Qəbələ rayonu, Zalam kəndində doğulmuşdur. Soyadı Məsimov, adı Vüsal, ata adı Qnyaz, X1, anası X3 olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə ad, soyad və ata adı Ərizəçi olaraq göstərilmişdir. O, orta məktəbə daxil olarkən də, orta məktəbi bitirərkən və ondan sonrakı bütün sənədləşmə işlərində Ərizəçi kimi qeyd olunmuşdur. Uzun illər keçdikdən sonra ona məxsus torpaq sahəsini bağışlamaq istəyərkən ona məlum olmuşdur ki, soyadı Məsimov deyil, Əbdürrəhimov kimi qeyd edilmişdir. O, bu ziddiyəti aydınlaşdırmaq üçnü Maraqlı şəxsnə müraciət etdikdə ona məlum olmuşdur ki, doğum akt qeydləri kitabında soyadı Əbdürrəhimov kimi qeyd olunmuşdur. Sonradan Doğum haqqında Şəhadətnaməyə diqqətlə baxdıqda soyadının Əbdürrəhimov yazıldığı, daha sonra silinərək Məsimov yazıldığını görmüşdür. Lakin Doğum haqqında Şəhadətnaməsində bu cür düzəliş edilməsi onun günahı deyil. Həmin vaxt kənddə bu işdə səlahiyyətli olan işçilərin səhvidir. Onun valideynlərinin soyadı Əbdürrəhimovdur. Lakin onun və digər bacı-qardaşlarının soyadları Məsimovdur. Onun şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, övladlarının doğum haqqında şəhadətnamələrində, övladlarının şəxsiyyət vəsiqələrində soyadı Məsimov kimi göstərilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Daha sonra yaş həddi və ailə vəziyyəti ilə əlaqədar üç dəfə şəxsiyyət vəsiqəsini dəyişmişdir. Bütün şəxsiyyət vəsiqələrində soyadı Məsimov, adı Vüsal, ata adı Qnyaz kimi göstərilmişdir. Sonuncu dəfə 29 sentyabr 2017-ci il tarixdə AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi verilmişdir və həmin sənəddə soyadı Məsimov olaraq göstərilmişdir. Həmçinin 2010-cu ildə X12 ilə evlənmişdir və onlara AZ-İ № 564428 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adı, soyadı və ata adı Ərizəçi kimi qeyd olunmuş və onun soyadına əsasən həyat yoldaşı da Məsimova soyadını qəbul etmişdir. 14 aprel 2010-cu il tarixdə X13, 24 noyabr 2011-ci ildə X19, 19 iyun 2015-ci ildə X9 adlı üç övladı dünyaya gəlmişdir. Övladlarının da hər birinin soyadı onun soyadına əsasən Məsimova, Məsimov kimi qeyd olunmuş, onların hər birinin doğum haqqında şəhadətnaməsinin ata qrafasında onun adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. Həmçinin övladları Məsimova Nəzrin və Məsimova Ayanın şəxsiyyət vəsaiqələrində Atası qrafasında adı və soyadı Ərizəçi kimi qeyd olunmuşdur. Onun və digər bacı-qardaşlarının soyadlarının Əbdürrəhimov deyil Məsimov yazılmasının səbəbi ata babasının adının Məsim olması ilə əlaqədardır. Ona əsasən onlara Əbdürrəhimov deyil, Məsimov soyadı verilmişdir. Göstərilənlərdən belə aydın olur ki, həqiqtən onun soyadı Məsimov, adı Vüsal, ata adı Qnyaz, doğum tarixi xx.xx.1982-ci il, X7, anası X3 olmuş, lakin doğum akt qeydi səhv aparılaraq soyadı Əbdürrəhimov kimi qeyd olunmuşdur. O, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında buraxılmış nöqsanın aradan qaldırılaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etsə də, sonuncu bundan imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan ərizəçinin uşağı X10 Maraqlı şəxs tərəfindən verilmiş 28 oktyabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 552649 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan ərizəçinin uşağı X14 Maraqlı şəxs tərəfindən verilmiş 28 noyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 988549 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan ərizəçinin uşağı X5 Maraqlı şəxs tərəfindən verilmiş 28 iyul 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 585448 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan Qəbələ rayon Zalam kənd İƏN-yi tərəfindən verilmiş 09.07.2010-cu il tarixli, AZ-İ seriyalı, 564428 №-li “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş görünür ki, Ərizəçi ilə X6 09 iyul 2010-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məsimov, arvada Məsimova soyadı verilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ərizəçiyə aid 04 may 2021-ci il tarixli, 179 nömərli “Doğum haqqında” arayışdan görünür ki, X8 xx xxxx 1982-ci ildə Qəbələ rayonu Zalam kəndində doğulmuşdur. X1, anası X2r. İşdə olan Qəbələ rayon İHB-nın Zalam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 52 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Zalam kənd sakini Ərizəçi ailə tərkibi arvadı X15, övladları X13, X19 və X4 ibarətdir. Ailə üzvlərinin soyadları Məsimov kimi qeyd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 19.02.2020-ci il tarixli 05/Q-64 nömrəli məktubla Qəbələ rayon Zalam kənd İƏN-də tərtib edilmiş 04.08.1982-ci il tarixinli 47 saylı doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadın “Əbdürrəhimov”, ata adının “Qnyaz” kimi yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından soyadın “Məsimov”-a, ata adının “Qniyaz”-a düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən 29.09.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan ərizəçinin uşaqlarına aid şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçinin uşaqlarının soyadları Məsimov(a) kimi, ərizəçinin ad və soyadı isə “Ərizəçi” kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1982ci ildə Qəbələ rayonu, Zalam kəndində doğulduğu və ona bu adla doğum haqqında şəhadətnamə verildiyi halda, doğum akt qeydiyyatı kitabında səhvən soyadı “Əbdürrəhimov” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətamədə, uşaqların doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə soyadı “Məsimov” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində soyadının “Əbdürrəhimov” kimi yazılmasının düzgün olmaması və soyadının “Məsimov” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və soyadının “Məsimov” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-682/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-682/2021
18.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver