Məhkəmə qərarları › İş №2(025)-685/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-685/2021

26.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-685/2021 26.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Hacallı kənd İƏN-də tərtib edilmiş 12.04.1996-cı il tarixli, 28 saylı doğum haqqında akt qeydində adının “boş buraxılması”nın, soyadın isə “Muxtarlı” kimi yazılmasının düzgün olmaması müəyyən edilməsi və düzgün olaraq adının “Fəxrəddin”, soyadının isə “Muxtərli” kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.1996-cı ildə Qəbələ rayonu Şamlı kəndində anadan olmuşdur. Müəyyən sənədləşmə işlərini aparilması ilə əlaqədar aidiyyəti orqanlara müraciət edən zaman adında və soyadında doğum haqqında akt qeydində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Qəbələ rayon Hacallı kənd İƏN-də tərtib edilmiş 12.04.1996-cı il tarixli 28 № li doğum akt qeydində adının yeri boş buraxılmış soyadı isə Muxtarlı yazılmışdır. Qəbələ rayon Hacallı kənd İƏN-dən verilmiş XİX-JQ № 458573 doğum haqqında şəhadətnamədə isə adı və soyadı fərqli rəngli mürəkkəblə sonradan Ərizəçi yazılmışdır. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsini arxivində isə adı Pərviz kimi yazılmışdır. Qeyd olunan səhvlərin düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsədə doğum haqqında akt qeydinin ilkin sənəd olduğundan və həmçinin çoxu sayda ziddiyyət aşkar edildiyindən soyadının Muxtərli və adının isə Fəxrəddinə tamamlanması mümkün olmamışdır. Aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq 14.04.2021-ci il tarixli 05/Q-96/13 saylı imtina məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirdi ki, o, ərizıçinin atasıdır. Oğlu Ərizəçi xx.xx.1996-cı ildə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuşdur. Onlara məlum olmayan səbəbdən Qəbələ rayon Hacallı kənd İƏN-də tərtib edilmiş 12.04.1996-cı il tarixli 28 № li doğum akt qeydində adının yeri boş buraxılmış soyadı isə Muxtarlı yazılmışdır. Qəbələ rayon Hacallı kənd İƏNdən verilmiş XİX-JQ № 458573 doğum haqqında şəhadətnamədə isə adı və soyadı fərqli rəngli mürəkkəblə sonradan Ərizəçi yazılmışdır. Oğlunun adı Fəxrəddin, soyadı isə Muxtərlidir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, o, ərizıçinin anasıdır. Oğlu Ərizəçi xx.xx.1996-cı ildə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuşdur. Onlara məlum olmayan səbəbdən Qəbələ rayon Hacallı kənd İƏN-də tərtib edilmiş 12.04.1996-cı il tarixli 28 № li doğum akt qeydində adının yeri boş buraxılmış soyadı isə Muxtarlı yazılmışdır. Oğlunun adı Fəxrəddin, soyadı isə Muxtərlidir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Hacallı kəndi İƏN tərəfindən verilmiş XİX-ЖГ № 458573 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1996-cı ildə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuş, atası X5, anası X2r. İşdə olan 12.06.1996-cı il tarixli, 28 saylı “Doğum haqqında akt qeydi” dən görünür ki, xx.xx.1996cı il tarixdə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuş uşaqa doğum akt qeydi tərtib edərkən soyadı “Muxtarlı”, adı qrafası “boş saxlamış”, atasının adı “Bəxtiyar”, doğumu təsdiq edən sənəd “Qəbələ rayon Hacallı kənd İƏN-nin 04.04.1996-cı il tarixli arayış, atası X5, anası X1 göstərilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş SX ******* saylı Hərbi biletin surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Şamlı kəndi İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən 14 aprel 2021-ci il tarixdə verilmiş 26 saylı arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Şamlı kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 05/Q-96/13 nömrəli məktubla doğum haqqında akt qeydində soyadı “Muxtərli”, adı “Fəxrədin” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Fəxrəddin”, soyadı “Muxtərli” olduğu halda doğum akt qeydi kitabında səhvən adı qarafası “boş saxlamış”, soyadı “Muxtarlı” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Hacallı kənd İƏD-də tərtib edilmiş 12.04.1996-cı il tarixli, 28 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeyddə adının “boş buraxılması”, soyadın “Muxtarlı” kimi yazılmasının düzgün olmaması və adının “Fəxrəddin”, soyadının “Muxtərli” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Qəbələ rayon Hacallı kənd İƏD-də tərtib edilmiş 12.04.1996-cı il tarixli, 28 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeyddə adının “boş buraxılması”, soyadın “Muxtarlı” kimi yazılmasının düzgün olmaması və adının “Fəxrəddin”, soyadının “Muxtərli” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar