Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-686/2021 16.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 Oruc qızına, Cavabdeh8, Cavabdeh5 MMC-ə və Qəbələ rayon Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların müəyyən edilməsi və naturada ayrılıb verilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 Oruc qızına, Cavabdeh8, Cavabdeh5 MMC-ə və Qəbələ rayon Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların müəyyən edilməsi və naturada ayrılıb verilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə Qəbələ rayon Notariat kontorunda 4Ə-1046 nömrə ilə rəsmiləşdirilmiş və həmin tarixdə AN-İ 065304 nömrəsi ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin ləğv olunması və həmçinin Cavabdeh8 0,05 ha torpaq sahəsinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, X1 tərəfindən aparılmış alqı-satqısına dair xx.xx.2015-ci il tarixdə X2 4Ə-192 nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və verilmiş çıxarışların ləğv olunması, torpaq sahələri üzərində payının müəyyən olunması və naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Qəbələ rayon Notariat kontorunda 4Ə-1046 nömrə ilə rəsmiləşdirilmiş və həmin tarixdə AN-İ 065304 nömrəsi ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin ləğv olunması və həmçinin xx.xx.2015-ci il tarixdə X2 4Ə-192 nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, verilmiş çıxarışların ləğv edilməsini və həmin torpaq sahələri üzərində payının müəyyən olunmasını və həmçinin həmin payların naturada ayrılıb verilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, ilk öncə sözügedən torpaq sahələri üzrə xx.xx.2017-ci il tarixdə Qəbələ rayon Notariat kontorunda 4Ə-1046 nömrə ilə rəsmiləşdirilmiş və həmin tarixdə AN-İ 065304 nömrəsi ilə qeyd olunmuş alqı-satqı müqaviləsi, xx.xx.2015-ci il tarixdə X2 4Ə-192 nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi və müvafiq çıxarışlar ləğv edilməlidir. Bundan sonra iddiaçı müvafiq icra hakimiyyəti orqanına ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların müəyyən edilməsi ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. Mübahisəli torpaq sahəsi üzrə paylar müəyyən olunduqdan sonra isə iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların naturada ayrılıb verilməsi tələbi ilə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 Oruc qızına, Cavabdeh8, Cavabdeh5 MMC-ə və Qəbələ rayon Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların müəyyən edilməsi və naturada ayrılıb verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-686/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-686/2021
16.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver