Məhkəmə qərarları › İş №2(025)-688/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-688/2022

25.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-688/2022 25.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinin ayrılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini mülki iş üzrə üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinə plan ölçü sənədinin işlənməsə DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təmin olunmur. Əsassız səbəblər gətirməklə bu vəzifələrin icrasından yayınırlar. Bu hal isə mülkiyyətində olan 0,675 ha torpaq sahəsinə olan mülkiyyətdən hüququndan 3 ildir ki, onu məhrum edir. Problemin həlli üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət edərək vəzifəsinin icrasına hər hansı şəxs və ya şəxslər tərəfindən maneə yaradıldığı halda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməklə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməsini xahiş etmişdir. Lakin 9 saylı Qəbələ Ərazi İdarəsi 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə heç bir araşdırma aparmadan formal cavab məktubu ünvanlayaraq vəzifələrinin icrasından yenə də yayınmışdır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə də müraciət etmişdir. Lakin müraciətinə hələ də cavab verilməmişdir. Cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. X5 Məhkəməsinin icraatına qəbul edilmiş və hazırkı cavabdehlər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia olunan 0,675 ha torpaq sahəsinin özünün və digər ailə üzvlərinin faktiki istifadəsində olmasını, onun adına verilmiş çıxarışın saxta olmasını, həmçinin babasının ona verdiyi vəsiyyətnamənin düzgün olmamasını, iddia olunan torpaq sahəsində ondan başqa 8 nəfərin miras payının olmasını bildirərək, iddiaçıya 0,675 ha torpaq sahəsinin ayrılmasını düzgün hesab etmədiyini və faktiki istifadəsində olan həmin torpaq sahəsindən yalnız digər vərəsələrin də payı müəyyən edildikdən sonra iddiaçının istifadəsinə imkan yaradacağını bildirmişdir. Cavabdehlərlə aralarında torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmadığından və onun mülkiyyətində olan torpaq sahəsinin naturada yeri dəqiq bilinmədiyindən Qəbələ rayon məhkəməsində torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq üçün həmin iddia ərizəsini geri götürmüşdür. İş üzrə qəbul edilən xx.xx.2022-ci il tarixli 2-1(116)-239/2022 saylı qərardadla iş üzrə icraata xitam verilmişdir. Cavabdehlərlə aralarında olan bu problemin yeganə həlli yolu yalnız payın naturada müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı hazırkı iddia tələbinə oxşar əvvəllər də məhkəməyə müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. İddiasının təmin olunmamasına səbəb sözügedən torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir.Hazırki iş üzrə də torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü ilə əlaqədar mütəxəssis cəlb olunmuş, mütəxəssis rəyində torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Göstərilən halların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 13sentyabr 2022-ci il tarixli, **********70 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X2 məxsus 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı Koçiyev Qori Aslanoviçin iddia etdiyi 0,5520 hektar torpaq sahəsinin 0,3917 hektar hissəsi **********96 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,48 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 217/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası "xxxx" MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli 350 saylı rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda qeyd edilən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmədiyindən mübahisəli torpaq sahəsinin naturada coğrafi yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Sözügedən sənədin işlənməmə səbəbi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21 avqust 2018-ci il tarixli **********69 nömrəli məktubu qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli ərazi barədə Ekspert rəyi hazırlanmamışdır.” Göründüyü kimi həmin mülki iş üzrə də, ekspert iddiaçının xeyrinə rəy verməmişdir. Buna səbəb isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmadığını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin X2 ünvanlandığı 03 iyun 2021-ci il tarixli, **********37 nömrəli məktubda göstərilmişdir ki, **********15 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan 0,675 ha həyətyanı torpaq sahəsinə, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün ərazidə çöl-ölçmə işlərinin aparılması məqsədilə Ərazi İdarəsi tərəfindən əraziyə dəfələrlə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan mütəxəssislər tərəfindən torpaq sahəsində çölölçmə işləri aparılması mümkün olmamışdır. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 1,20 ha torpaq sahəsindən ona ayrılmış 0,675 ha torpaq sahəsinə bölgü planı olmadığından və eyni zamanda torpaq sahəsi üzərində mübahisə olduğundan 0,675 ha torpaq sahəsinə planı və ölçüsü sənədi işləməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsi üzərində mövcud olan mübahisə aradan qaldırılaraq mütəxəssislərə ərazidə çöl-ölçmə işlərinin aparılmasına şərait yaradıldıqdan sonra və eyni zamanda torpaq sahəsinə dair tərəflərin razılığı əsasında tərtib olunmuş bölgü planı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin vəkil E.Həsənova ünvanladığı 29 oktyabr 2020-ci il tarixli, **********79 nömrəli məktubda göstərilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,675 ha torpaq sahəsinə RX № ******* saylı Çıxarış hazırlanarkən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır və sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis cəlb edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 13 sentyabr 2022-ci il tarixli, **********70 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X2 məxsus 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı Koçiyev Qori Aslanoviçin iddia etdiyi 0,5520 hektar torpaq sahəsinin 0,3917 hektar hissəsi **********96 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,48 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda mülki işin materiallarında olan “Azərbaycan Respublikası "xxxx" MMCnin verdiyi xx.xx.2020-ci il tarixli 350 saylı rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda qeyd edilən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmədiyindən mübahisəli torpaq sahəsinin naturada coğrafi yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Sözügedən sənədin işlənməmə səbəbi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21 avqust 2018-ci il tarixli **********69 nömrəli məktubu qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli ərazi barədə Ekspert rəyi hazırlanmamışdır.” Göründüyü kimi həmin mülki iş üzrə də, ekspert iddiaçının xeyrinə rəy verməmişdir. Buna səbəb isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 0.675 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə iddiaçının tələbi isə mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyini nəzərə alaraq hesab edirki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı “payın naturada bölünməsi” tələbinə dairiddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manatdövlətrüsumu və 95 manat mütəxəssis xərciiddiaçıyaaidedilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar