Məhkəmə qərarları › İş №2(025)-693/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-693/2020

20.07.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-693/2020 20.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) Ərizəçi məxsus doğum haqqında qeyddə soyadının “Aslanov” olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 iyul 2020-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) ona məxsus doğum haqqında qeyddə soyadının “Aslanov” olmamasının müəyyən edilməsi və düzgün olaraq soyadının “Bayramlı” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.2000-ci il tarixində Qəbələ rayonunun Dızaxlı kəndində doğulmuşdur. Doğum haqqında qeydiyyatı 13.01.2000-ci il tarixində Dızaxlı kənd İƏN-də 01 №-ə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamə 13.01.2000-ci il tarixində 01 № ilə Dızaxlı kənd İƏN-də qeydə alınmaqla Ərizəçi kimi qeyd edilmişdir. Sonrakı dövrlərdə verilmiş bütün şəxsi sənədlərində Bayramlı Sarvan oğlu adı ilə verilmişdir. Doğulan gündən hazıradək soyadı Bayramlı olmaqla müraciət Bayramlı soyadı ilə edilmişdir. Əmlak məsələləri ilə bağlı sənədləşmə işləri aparmaq məqsədilə Qeydiyyat şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, 13.01.2000-ci il tarixində Qəbələ rayonu Dızaxlı kənd İƏNdə tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydiyyatı kitabında soyadı Bayramlı əvəzinə “Aslanov” yazılmışdır. Qeyd olunan 01 №-li doğum haqqında Dızaxlı kənd İƏN-də 13.01.2000-ci ildə tərtib edilmiş akt qeydindəki uyğunsuzluqla bağlı Maraqlı şəxsnə edilmiş müraciətə 17.03.2020-ci il tarixdə verilmiş 05İD – 91 saylı cavab məktubunda göstərilmişdir ki, 13.01.2000-ci il tarixində Qəbələ rayonunun Dızaxlı kənd İƏN-də tərtib edilmiş 01 №-li doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının “Aslanov” kimi qeyd olunması müəyyən olunmuşdur. Doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün düzəliş edilməsi üçün əsas olmadığından düzəliş edilməsi mümkün deyildir. 01 nömrəli doğum haqqında akt qeydində yazılmış “Aslanov” soyadının Bayramlı soyadı ilə heç bir əlaqəsi yoxdur. Onun düzgün soyadı həm sənəd üzrə və həm də şifahi müraciət formasında “Bayramlı”dır. Uşaqlıqdan hazıradək ətrafdakıların onun soyadını Bayramlı kimi tanımaları və bu soyadla ünsiyyətdə olması, doğum şəhadətnaməsində soyadının Bayramlı kimi yazılması, şəxsiyyət vəsiqəsində soyadının Bayramlı kimi qeyd olunması Qəbələ rayonu Dızaxlı kənd İƏN-də tərtib edilmiş 01 №-li doğum haqqında akt qeydinə “Aslanov” soyadının Bayramlı soyadına düzəliş edilməsi üçün tam əsasdır. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x3 göstərdi ki, Ərizəçi onun oğludur. Oğlu xx xxxxxx 2000-ci il tarixdə doğulmuş və Qəbələ rayon Dızaxlı kənd İƏN-də doğum akt qeydi tərtib edilmişdir. Lakin doğum akt qeydi tərtib olunarkən oğlunun soyadı səhvən onun soyadına əsasən “Aslanov” kimi göstərilmişdir. Oğluna məxsus digər sənədlərdə soyadı “Bayramlı” kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu Dızaxlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2000-ci il tarixli, İ-AZ seriyalı, 138431 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2000-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuşdur. Atası x3, anası x1r. İşdə olan Qəbələ rayon İHB-nın Yeni Dızaxlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli 130 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Yeni Dızaxlı kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17.03.2020-ci il tarixli 05/Q-91 nömrəli məktubla Qəbələ rayon Dızaxlı kənd İƏN-də tərtib edilmiş 13.01.2000-ci il tarixində № 01 doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının “Aslanov” yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından soyadının “Bayramlı”-ya düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Səyyar Asan 10 tərəfindən verilmiş 04.06.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində doğulmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatdadır. İşdə olan 15.09.2018-ci il tarixli, 18/200105 nömrəli tələbə biletinin surətindən görünür ki, ərizəçinin soyadı “Bayramlı” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi 11.01.2020-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində doğulduğu və ona bu adla doğum haqqında şəhadətnamə verildiyi halda, doğum akt qeydiyyatı kitabında səhvən soyadı “Aslanov” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, tələbi bileti və digər sənədlərdə soyadı “Bayramlı” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində soyadının “Aslanov” kimi yazılmasının düzgün olmaması və soyadının “Bayramlı” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və soyadının “Bayramlı” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməkolar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar