Məhkəmə qərarları › İş №2(025)-70/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-70/2021

03.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-70/2021 03.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 və cavabdeh İbrahı̇ mov Elşən Abuzər oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər İbrahı̇ mov Elşən Abuzər oğluna və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər İbrahı̇ mov Elşən Abuzər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlara əsasən verilmiş 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrindən paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə Cavabdeh2 oğiuna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyətdə olan torpaq sahələrindən paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-959/202019 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-061A nömrəli (kod:40606018) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə verilmiş 0.41 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 1/7 hissə (0.058), İddiaçı2 payı 1/7 hissə (0.058), iddiaçı Qocayevə (X1 payı 1/7 ha hissədə (0.058); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə N-061B nömrəli (kod:40606018) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə verilmiş 1.06 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 1/7 hissə (0.151), İddiaçı2 payı 1/7 hissə (0.151), iddiaçı Qocayevə X1 payı 1/7 ha hissədə (0.151); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-061D nömrəli (kod:40606018) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə verilmiş 0.03 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 1/7 hissə (0.004), İddiaçı2 payı 1/7 hissə (0.004), iddiaçı Qocayevə (X1 payı 1/7 ha hissədə (0.004); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il :arixli, 11 saylı qərarı ilə JN-061F nömrəli (kod:40606018) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə İlə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 1/7 hissə (0.067), İddiaçı2 payı 1/7 hissə (0.067), iddiaçı Qocayevə (X1 payı 1/7 ha hissədə (0.067); Qəbələ rayon AİK-nın xx.xx.1998ci il tarixli, 11 saylı qərarı ilə JN- İ61G nömrəli (kod:40606018) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə eilmiş 0.52 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı hissə (0.074), İddiaçı2 payı 1/7 hissə (0.074), iddiaçı İrcayeva (X1 payı 1/7 ha hissədə (0.074); Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-0001 nömrəli (kod:40606018) "Torpağın mülkiyyət hüququna dair" dövlət aktı ilə verilmiş 0.83 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 1/7 hissə (0.118), İddiaçı2 payı 1/7 hissə (0.118), iddiaçı Qocayevə (X1 payı 177 ha hissədə (0.118) müəyyən olunmuşdur. Bundan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən verilmiş 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrinə Çıxarış alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra öz payına düşən hissəyə görə çıxarış almaq istəmişdir. Ona görə də Qəbələ rayonu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri torpaq sahəsini ölçməyə gəlmişdilər. Lakin cavabdehlər buna qəti şəkildə mane olurlar. Payını ayırmağa çətinlik çəkir. Çarəsiz qalıb məhkəməyə müraciət etməli oldu ki, işi qanunla həll olsun. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 qeyd edilənlərə uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İbrahı̇ mov Elşən Abuzər oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlara əsasən verilmiş 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrindən payların iddiaçının istədiyi formada natura bölünməsinə razı deyil. Ancaq, həyətyanı ərazidən 0.38 ha, çöl ərazidə yerləşən torpaq sahəsindən 0.83 ha verilməsinə razıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Qərardadın təsviri hissəsində göstərilən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Çıxarışlara əsasən Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən müvafiq olaraq 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrinindən İddiaçı3, İddiaçı1, İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X2 hər birinin 1/7 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 35 nömrəli rəydən görünür ki, hüquqmüəyyənedici sənədlər üzrə ərazinin ümumi xəritəsi, Google Earth və ortofotoplan xəritə materialı üzərində aparılan dəqiqləşdirilmə işlərinə əsasən müəyyən olmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən JN-061G (0.52 ha), JN-061F (0.47 ha), JN-061D (0.03 ha), JN-061A (0.41 ha), JN-061B (1.06 ha) şəhadətnamələr və JN-0001 saylı Dövlət Aktı (0.2836 və 0.5248 ha) əsasında verilən çıxarışlar (**********14, **********11, **********13, **********12, **********50, **********56, **********57 saylı çıxarışlar) üzrə iddia predmeti olan torpaq sahələrinin plan hissəsində təsvir edilən konturlarının coğrafi məkan göstəriciləri və konfiqurasiyası ilə naturada ekspertiza tədqiqatına təqdim edilən faktiki ərazilərin məkan göstəriciləri və konfiqurasiyası arasında olan uyğunsuzluqlar (koordinat sürüşməsi və konfiqurasiya fərqi) səbəbindən sözügedən mübahisəli torpaq sahələrinin paylı mülkiyyətçilər arasında naturada bölünməsi mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********14; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.52 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********50; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.47 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********56; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.5428 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********57; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.2836 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********11; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********13; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 0.03 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********12; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən 1.06 ha torpaq sahəsindən İddiaçı3, İddiaçı1 və İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Məhkəmə iddiaçılarının “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. İşin faktiki hallarından təsdiq olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən İddiaçı3, İddiaçı1, İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X2 ümumi paylı mülkiyyətinə ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.52 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.06 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.47 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.03 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.41 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.2836 ha və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5428 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrindən onların hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrinin naturada bölünməsini tələb edir. Məhkəmə tərəlfərin izahatına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı3, İddiaçı1, İddiaçı2, İbrahı̇ mov Elşən Abuzər oğlunun, Cavabdeh2, X4 və X2 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən, 0.52 ha, 1.06 ha, 0.47 ha, 0.03 ha, 0.41 ha, 0.2836 ha və 0.5428 ha torpaq sahələrindən payların naturada ayrılması mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahələrinin plan hissəsində təsvir edilən konturlarının coğrafi məkan göstəriciləri və konfiqurasiyası ilə naturada ekspertiza tədqiqatına təqdim edilən faktiki ərazilərin məkan göstəriciləri və konfiqurasiyası arasında olan uyğunsuzluqlar (koordinat sürüşməsi və konfiqurasiya fərqi) səbəbindən ekspertlər tərəfindən qeyd olunan torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər İbrahı̇ mov Elşən Abuzər oğluna və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tutularaq “X5” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər İbrahı̇ mov Elşən Abuzər oğluna və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tutularaq “X5” MMC tərəfindən təqdim edilmiş hesaba ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar