Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-702/2020 23.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Feruz qızına qarşı “57 il yaşadığı mülkün cavabdehlər tərəfindən qəzalı vəziyyətə gətirilməsi və bu hadisədən depressiya, paniaktat və özünəqapanma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Feruz qızına qarşı “57 il yaşadığı mülkün cavabdehlər tərəfindən qəzalı vəziyyətə gətirilməsi və bu hadisədən depressiya, paniaktat və özünəqapanma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirərək, həm yaşayış evinin və eyvanın qəzalı vəziyyətdə olmasının ekspertiza ilə təsdiq olunmasını, İddiaçı1 depressiya, panipotaq və özünəqapanma diaqnozunun və 2015-2017-ci illərdə insult keçirməsinin tibbi ekspertiza ilə təsdiq olunmasını, həm də cavabdehin həyətin hasarı olan dəmir listlərinin və taxta sütunların qaytarılmasını tələb edirlər. Göründüyü kimi, iddia bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verilmiş, ümumiyyətlə iddia bir neçə cavabdehə qarşı verilsə də, onların hər birinə qarşı yönələn tələb nədən ibarət olması ərizədə göstərilməmışdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən əgər bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nn 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, iddia bir neçə cavabdehə qarşı verilib, onların hər birinə qarşı yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Feruz qızına qarşı “57 il yaşadığı mülkün cavabdehlər tərəfindən qəzalı vəziyyətə gətirilməsi və bu hadisədən depressiya, paniaktat və özünəqapanma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-702/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-702/2020
23.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver