Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-732/2021 11.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan mərhum X3na məxsus nikah haqqında akt qeyddə ad və ata adının “Mamed”, ölüm haqqında akt qeyddə ad və ata adının “Məmməd” olmamasının müəyyən edilməsi və düzgün olaraq adının və ata adının “Məhəmməd” kim yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 aprel 2021-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizənin məzmun hissəsinin 4-cü cümləsində “Övladlarından Maraqlı şəxs3” sözündə ad texniki səhv olaraq “Telman” kimi yazıldığını, əslində “X1” kimi qeyd olunmalı, ona görə də “Telman” adı səhvən qeyd olunduğundan düzgün olaraq “Mehman” yazılmalı olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, 02 fevral 1956-cı ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuşdur. Valideynləri – X3 və anası X16 olmuşdur. Atası və anasının evliliyindən 5 övladları 27.08.1948-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1950-ci il təvəllüdlü Maraqlı şəxs3, 02.08.1954-cü il təvəllüdlü X10, 1957-ci il təvəllüdlü X13 və o doğulmuşdur. Övladlarından Maraqlı şəxs3 31.05.2004-cü il tarixində qara ciyər serrozundan və X13 01.03.2020-ci il tarixində dəqiqləşdirilməmiş kəskin miokard infarktdan vəfat etmişlər. Hər iki valideyni, X3 03.10.2009-cu il tarixində qan dövranı çatmamazlığı və anası X16 isə 08.02.1974-cü il tarixində böyrək çatmamazlığı xəstəliyindən vəfat etmişlər. O, bir neçə ay bundan əvvəl atasına məxsus əmlakın vərəsəlik qaydasında qəbulu ilə əlaqədar “ASAN” xidmət mərkəzinə müraciət etmiş və atasının Maraqlı şəxs1ndə tərtib edilmiş 10.07.1948-ci il tarixli 18 nömrəli nikah akt qeydində kişi qrafasında adı və ata adı “Mamed” kimi, 03.10.2009-cu il tarixli 67 saylı ölüm haqqında akt qeydində adı və ata adı “Məmməd” kimi qeyd olunduğundan “Məhəmməd”ə düzəliş edilməsi baş tutmamışdır. Hamı isə atasını X4 tanımışdır. Həmçinin, övladlarının doğum haqqında şəhadətnamələrinin ata qrafasında, əmək veteranı medalı verilməsi barədə vəsiqədə, məzar daşında və s. X4 yazılmışdır. O isə bunlardan xəbərdar olduqdan sonra Maraqlı şəxs1nə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş atasının ad və ata adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 16 aprel 2021-ci il tarixli, 05/Q- 104/13 saylı imtina məktubu da verilmişdir. Odur ki, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs3 ərizənin təmin edilməsinə etiraz etməyərək bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Onların mərhum ataları X8 03 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. Onlara verilmiş doğum haqqında şəhadətnamələrdə, nikah haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində və digər sənədlərdə atalarının ad, soyad və ata adı “X8” kimi yazılmışdır. Lakin mərhum atalarına məxsus ölüm akt qeydində və nikah akt qeydində yalnış olaraq X7 qeyd edilmişdir. Bununla bağlı qardaşı Ərizəçi Maraqlı şəxs1nə müraciət etmiş və oradan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etməyərək Maraqlı şəxs3 ilə eyni məzmunda izahat vermişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, ərizəçinin etibarnamə üzrə nümayəndəsini və maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan 15 fevral 1956-ci il tarixli, İ-ИЕ seriyalı, 071091 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 6 fevral 1956-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X12r. İşdə olan 29 avqust 1957-ci il tarixli, İ-ИЕ seriyalı, 570325 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 6 fevral 1956-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X12r. İşdə olan 06 yanvar 1951-ci il tarixli, ИЕ seriyalı, 464842 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxxxx 1950-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X12r. İşdə olan 14 sentyabr 1949-cu il tarixli, ИЕ seriyalı, 263223 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs2 27 sentyabr 1949-cu ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X12r. İşdə olan 06 avqust 1954-cu il tarixli, ЖГ seriyalı, 161979 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 02 avqust 1954cu ildə Qutqaşen rayonunda doğulmuşdur. X3, anası X12r. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 17.04.2018-ci il tarixli, AZ-İ seriyalı, 933556 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X14 “qan dövranı çatmamazlığı” xəstəliyindən 03.10.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.10.2009-cu ildə 67 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 21.02.2018-ci il tarixli, AZ-İ seriyalı, 933405 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X16 “böyrək çatmamazlığı” xəstəliyindən 08.02.1974-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.03.1974-cü ildə 08 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 08.06.2004-cü il tarixli, AZ-İ seriyalı, 059569 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 “qara ciyər serrozu” xəstəliyindən 31.05.2004-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.06.2004-cü ildə 41 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 16.03.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067058 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 “dəqiqləşdirilməmiş kəskin miokard infarktı” xəstəliyindən 01.03.2020-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.03.2020-ci ildə 23 № ilə qeyd edilmişdir. İşdə olan “Əmək Veteranı” medalına dair vəsiqədən görünür ki, ərizəçinin mərhum atasının ad, soyadı və ata adı “X8” kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 05/Q-104/13 nömrəli məktubla ərizəçinin mərhum atasının Maraqlı şəxs1ndə tərtib edilmiş 10.07.1948-ci il tarixində № 18 nikah akt qeydində kişi qrafasında adı və ata adı “Mamed” və 03.10.2009-cu il tarixli 67 saylı ölüm haqqında akt qeydlərini nəzərdən keçirərkən adı və ata adı “Məmməd” kimi yazıldığı, rus dilindən tərcüməyə əsasən “Mamed”in “Məmməd” kimi tərcümə edilməsinin mümkün olması, bu səbəbdən mərhumun adının və ata adının “Məhəmməd”ə düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan sorğuya cavab olaraq Maraqlı şəxs1 tərəfindən 27.05.2021-ci il tarixli, 05/Q- 767/13 nömrəli məktubla verilmiş ərizəçinin mərhum atasına məxsus “ölüm haqqında akt qeydi”ndən görünür ki, ərizəçinin mərhum atası X2, adı və ata adı X7 göstərilmişdir. İşdə olan sorğuya cavab olaraq Maraqlı şəxs1 tərəfindən 27.05.2021-ci il tarixli, 05/Q- 767/13 nömrəli məktubla verilmiş ərizəçinin mərhum atasına məxsus “evlənmək haqqında akt qeydi”ndən görünür ki, ərizəçinin mərhum atası X2, adı və ata adı X7 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, Ərizəçi 04 oktyabr 2012-ci il tarixdən Qəbələ şəhəri, H.Cavid küçəsi, ev 30 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 04.10.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 məxsus AZE seriyalı, 0******* nömrəli və AZ seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların ata adları “Məhəmməd” kimi göstərilmişdir. İşdə olan ərizəçinin mərhum atasına məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X8 1922-ci ildə doğulmuş və 02.10.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi mərhum X3na və övladlarına məxsus sənədlərdə ərizəçinin mərhum atasının ad, soyad və ata adı düzgün olaraq “X8” kimi göstərilsə də, nikah akt qeydiyyatı və ölüm akt qeydiyyatı kitabında səhvən adı və ata adı səhvən “Məmməd” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (nikah və ölüm akt qeydiyyatı kitablarında) Ərizəçi mərhum X3 barədə nikah akt qeydinin və ölüm akt qeydinin düzgün olmaması, nikah akt qeydində və ölüm akt qeydində ad və ata adının “Məhəmməd” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə nikah və ölüm aktlarının qeydiyyatı kitabında mərhum atasının adı və ata adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydlərin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (nikah və ölüm akt qeydiyyatı kitablarında) Ərizəçi mərhum X3 barədə nikah akt qeydinin və ölüm akt qeydinin düzgün olmaması, nikah akt qeydində və ölüm akt qeydində ad və ata adının “Məhəmməd” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə nikah və ölüm akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-732/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-732/2021
11.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver