Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-738/2021 31.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün adının Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ona-yəni Ərizəçi məxsus doğum haqqında doğum akt qeydinin düzgün olmaması və adının düzgün olaraq adının “Ramin” kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə tələbini müdafiə edərək göstərdi ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Qəbələ rayonunun Böyük Əmili kəndində doğulmuşdur. Doğum haqqında qeydiyyatı xx.xx.1977-ci il tarixdə Hacallı kənd İƏN-də 18 №-ə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamə xx.xx.1977-ci il tarixdə Hacallı kənd inzibati ərazi nümayəndəliyində tərtib edilmiş və ona “Ərizəçi” adı ilə verilmişdir. Sonrakı dövürlərdə tərtib edilmiş bütün şəxsi sənədlər də Ərizəçi adı ilə verilmişdir. Doğulan gündən ona Ramin adı verilmiş və müraciət də Ramin adı ilə edilmişdir. Atasının vəfatından sonra əmlak məsələləri ilə bağlı müəyyən sənədləşmələr aparmaq istəyərkən ona məlum oldu ki, xx.xx.1977-ci il tarixdə Qəbələ rayonunun Hacallı kənd İƏN-də tərtib edimiş 18 № li doğum haqqında akt qeydiyyatı kitabında adı Ramin əvəzinə “Ramil” kimi yazılıbdır. Qeyd olunan 18 №li doğum haqqında Hacallı kənd İƏN-də xx.xx.1977-ci ildə tərtib edilmiş akt qeydində uyğunsuzluqla bağlı Maraqlı şəxsnə edilmiş müraciətə Sənədlərdəki uyğunsuzluqla bağlı edilmiş müraciətlə bağlı verilmiş 07.04.2021-ci il tarixli 0519- 93/13 saylı cavab məktubunda göstərilmişdir ki, “xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Hacallı kənd İƏN-də tərtib edilmiş 18 №-li doğum akt qeydini nəzərdən keçirərkən adının “Ramil” kimi yazılması müəyyən olunmuşdur. Bildirir ki, 18 №-li doğum haqqında akt qeydində yazılmış “Ramil” adının onun - Ərizəçi adı ilə heç bir əlaqəsi yoxdur. Onu el arasında belə “Ramil” adlı ləqəbi olmayıb. Onun düzgün adı - həm sənəd üzrə və həm də mövcud müraciət formasında -Ramindir. 44 il ərzində həm sənəd üzrə, həm də gündəlik ünsiyyət forması olaraq Ramin adı ilə müraciətin 44 il əvvəlki texniki səhvə görə dəyişdirilməsini mümkünsüz hesab edir. Bildirir ki, uşaqlıqdan bu günədək ətrafdakılarla Ramin adı ilə ünsiyyətdə olmağı, təhsil sənədində adının Ramin kimi yazılması, şəxsiyyət sənədində adımın Ramin kimi qeyd olunması - Qəbələ rayonunun Hacallı kənd İƏN-də tərtib edilmiş 18 №li doğum haqqında akt qeydində “Ramil” adının Ramin adına düzəliş edilməsi üçün tam əsasdır. Maraqlı şəxs 07.04.2021-ci il tarixli 0519-93/13 saylı məktubunda göstərilmişdir ki, 18 №-li doğum akt qeydində “Ramil” adının Ramin adına düzəliş edilməsi mümkün deyil. Eyni zamanda həmin cavab məktubunda məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Odur ki, ərizəçinln nümayəndəsi Nümayəndə məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan xx xxxx 1977-ci il tarixdə verilmiş İV-ЖГ № 407263 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1977-ci ildə Qutqaşin rayonu, Böyük Əmili kjəndində anadan olmuş, atası X5, anası X1r. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 15.06.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İşdə olan Qəbələ rayon Böyük Əmili kənd İƏV tərəfindən 01 sentyabr 2007-cı il tarixdə verilmiş AZ-İ № 348036 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 sentyabr 2007-ci il tarixdə X2 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin adı “Ramin” olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmili kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən 12 aprel 2021-ci il tarixdə verilmiş 95 saylı arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmili kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən 12 aprel 2021-ci il tarixdə verilmiş 96 saylı arayışdan görünür ki, Qəbələ rayonu, Böyük Əmili kəndində X3 adında qeydiyyatda yoxdur və yaşamır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, Q-19-93013 nömrəli məktubla doğum haqqında akt qeydində düzəliş edilməsi kifayət qədər əsas olduqda aparıldığından ərizəçinin doğum haqqında akt qeydinə ərizəçinin adı “Ramil”-dən “Ramin”-ə düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Ramin” olduğu halda doğum akt qeydi kitabında səhvən “Ramil” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Ramil” kimi yazılmasının düzgün olmaması və adının “Ramin” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Ramil” kimi yazılmasının düzgün olmaması və adın “Ramin” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-738/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-738/2021
31.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver