Məhkəmə qərarları › İş №2(025)-739/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-739/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-739/2021 02.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızının, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və X1 iştirakları ilə, İddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2002-ci il tarixli 17 saylı qərarı ilə JN- 004F, kod 40616028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə və JN-584, KOD 40616028 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə onun, yəni Ağayeva (Əhmədova) Kamilə Yaqub qızının, ailə üzvləri Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı və X5 ümumi birgə mülkiyyətinə verilmiş 0,32 hektar ölçüsündə həyətyanı torpaq sahəsindən və 1,51 ha ölçüsündə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mənim payının 1/6 (0,32 hektar ölçüsündə sahədən 0,0533 hektar, 1,51 ha ölçüsündə sahədən isə 0,2516 ha) hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1983-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuşdur. 05 mart 2003-cü il tarixdə Nümayəndə Söhlət oğlu ilə birgə nikaha girərək "Ağayeva" soyadını qəbul etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı, X8 və ona Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən 0,32 ha həyətyanı torpaq sahəsinə JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan mənə məlum olmuşdur ki, adı "Kamilə" əvəzinə səhvən Kəmalə kimi qeyd edilmişdir. Bununla bağlı Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi və Qəbələ Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, JN-004F (Kod:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin ona aid hissədə ona, yəni Ağayeva (Əhmədova) Kamilə qızına məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Sözügedən qətnamə öz qanuni qüvvəsini almışdır. Bundan əlavə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı, X8 və mənə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindən 1,51 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN-584, KOD 40616028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. O, digər mülkiyyətçilərlə payın bölünməsində ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payımın ayrılmasını istəyir, çünki öz payının üzərində sərbəst şəkildə mülkiyyət hüqunu həyada keçirmək onun hüququdur. Bu barədə, yəni torpaq sahəsindən payların müəyyən edilməsi üçün mən cavabdehlərlə razılığa gələ bilməmiş, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdehlər buna razı olmamışlar. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsə də, imtina cavabı almışdır. O, öz payına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək və onun üzərində sərəncam vermək hüququ əldə etmək istəyir. Məhkəmə iclasında iddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etdi və bildirdi ki, mübahisəli torpaq sahələrinin iddiaçının iddia etdiyi kimi bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etdi və bildirdi ki, mübahisəli torpaq sahələrinin iddiaçının iddia etdiyi kimi bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etdi və bildirdi ki, mübahisəli torpaq sahələrinin iddiaçının iddia etdiyi kimi bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etdi və bildirdi ki, mübahisəli torpaq sahələrinin iddiaçının iddia etdiyi kimi bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etdi və bildirdi ki, mübahisəli torpaq sahələrinin iddiaçının iddia etdiyi kimi bölünməsinə razıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-004F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26.12.2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən, Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyətinə 0.32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-584 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26.12.2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyətinə 1.51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-179\2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, JN-004F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi Ağayeva (Əhmədova) Kamilə Yaqub qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən 31.10.2015-ci il tarixdə verilmiş AZE № 15645807 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 28.09.1957-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 29.11.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 01.03.2017-ci il tarixdə verilmiş AZE № 16812695 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 30.08.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 27.11.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 26.12.2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən verilmiş JN-004F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.32 ha torpaq sahəsi üzərində; JN-584 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 1.51 ha torpaq sahəsi üzərində Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Ağayeva Kamı̇ lə Yaqub qızı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızı payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN-004F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/6 hissədə və JN-584 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi olaraq 1/6 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Cavabdehlərin iddi tələbini qəbul etdiklərini də nəzərə alaraq torpaq sahəsinin iddiaçının iddia etdiyi qaydada - 0.32 ha ölçüsündə torpaq sahəsindən 0.0533 ha, 1.51 ha ölçüsündə torpaq sahəsindən 0.2516 ha kimi bölünməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-004F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə və Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-584 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyətinə verilmiş müvafiq olaraq 0.32 ha torpaq sahəsindən və 1.51 ha torpaq sahəsindən iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının payı 1/6 hissədə (0.32 ha ölçüsündə torpaq sahəsindən 0.0533 ha, 1.51 ha ölçüsündə torpaq sahəsindən 0.2516 ha) müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-004F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə və Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-584 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyətinə verilmiş müvafiq olaraq 0.32 ha torpaq sahəsindən və 1.51 ha torpaq sahəsindən iddiaçı Ağayeva (Əhmədova) Kamı̇ lə Yaqub qızının payı 1/6 hissədə (0.32 ha ölçüsündə torpaq sahəsindən 0.0533 ha, 1.51 ha ölçüsündə torpaq sahəsindən 0.2516 ha) müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar