Məhkəmə qərarları › İş №2(025)-75/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-75/2021

31.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-75/2021 31.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim etmiş və X3 xx.xx.2001-ci il tarixdə vəfat etdiyindən yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“na dair iddia tələbi irəli sürərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 03 saylı Qərarı ilə onlara və daha 5 nəfər ailə üzvünə (cəmi 9 nəfər) 2.74 ha. həyətyanı torpaq sahəsi verilmiş və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-167G nömrli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Qəbələ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(025)- 869\2018 nömrəli Qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsi 9 nəfər mülkiyyətçi arasında bərabər hissələrə bölünərək hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir, Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməni onlar ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə təqdim edərək Hüquqların Dövlət qeydiyytaı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarış almışlar. Daha sonra DƏDRX idarəsinə müraciət edərək paylarının naturada bölünərək sərhədlərin müəyyən edilməsini xahiş etmişlər. DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları əraziyə gəlsə də cavabdehlərin etirazı olduğundan texniki inventarlaşdırma işlərinin aprılması mümkün olmamışdır. Bu,səbəbdən sonuncu plan-ölçü işlərinin aparılmasını dayandırmış və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün bizə xx.xx.2020-ci il tarixli imtina məktubu vermişdir. Bu səbəbdən ayrılması mübahisə predmetinə çevrilmiş torpaq sahəsindəki paylarının sərhəd hüdudlarının müəyyən edilməsi və hərbirinin payının məcburi qaydada naturada ayrılması və tanıdılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Mübahisəli ərazidən o 1992-ci ildə torpaq sahəsi alıb, 1994-cü ildə isə həmin ərazidə fərdi yaşayış evi inşa edib. Həmin dövrdə ard-arda torpaq islahatlarında iştirak edib. İddiaçılar əsassız olaraq həmin ərazidən pay istəyir. Onlar sənədləri saxtalaşdırıblar. İddiaçıların qeyd etdiyi 23 sot torpağın ona aidiyyatı yoxdur. Onun evi sahəsi 2 ha 50 sot olan torpaq sahəsində yerləşir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 1165/2019 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 hər birinin 1/9 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? “X2” MMC-nin xx.xx.2021-ci il tarixli, 33 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, JN-167G saylı 2.74 ha “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********93; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2020) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsi hər biri 0.3044 ha olmaqla 9 (doqquz) bərabər hissəyə bölünməklə 1/9 hissədə payların hüdudları dəqiqləşdirilmişdir. Rəyə plan-sxem, ortofotoplan və baxış aktı əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,74 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 900199 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh5 xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2(025)-869/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsindən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş 2.74 ha torpaq sahəsindən onların hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçılar Qəbələ rayonu Nic qəsəbəsində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçıların paylarının ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçılar etiraz etməmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etmir. Məhkəmənin qənaətinə görə “X2” MMC tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçılara düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsi, paylarına uyğun 1/9 (0.3044 ha) hissədə olmaqla, “X1” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 6 nömrə altında olan torpaq sahəsi İddiaçı1, 7 nömrə altında olan torpaq sahəsi İddiaçı4, 8 nömrə altında olan torpaq sahəsi İddiaçı3 və 9 nömrə altında olan torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılmalı və onlara verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsi, paylarına uyğun 1/9 (0.3044 ha) hissədə olmaqla, “X1” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 6 nömrə altında olan torpaq sahəsi İddiaçı1, 7 nömrə altında olan torpaq sahəsi İddiaçı4, 8 nömrə altında olan torpaq sahəsi İddiaçı3 və 9 nömrə altında olan torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılsın və onlara verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar