Məhkəmə qərarları › İş №2(025)-754/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-754/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-754/2023 06.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Karamı̇ Anton Vaçı̇ koviçı̇ n cavabdeh Karamova Raı̇ si Vaçı̇ kovnaya qarşı “ümumi paylı mülkiyyətində olan torpaq sahəsində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Karamı̇ Anton Vaçı̇ koviçı̇ n və vəkili Vəkil iştirakları ilə, İddiaçı Karamı̇ Anton Vaçı̇ koviçı̇ n cavabdeh Karamova Raı̇ si Vaçı̇ kovnaya qarşı “ümumi paylı mülkiyyətində olan torpaq sahəsində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan "Çıxarış"da göstərilən 1,16 torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə başçısı olan mərhum atası X2 3 nəfər ailə üzvü ilə birlikdə yaşayış məntəqələrinin torpaqlarından 1,16 ha torpaq sahəsi verilmişdir. Ailə üzvləri X3, mərhum anası X4, Cavabdeh və o, yəni İddiaçı ibarət olmuşdur. Qeyd edir ki, həmin 1,16 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyastr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** olan 24. 03. 2023-cü il tarixli ümumi birgə mülkiyyət kimi 4 nəfərin adına "Çıxarış"da alınmışdır. Həmin "Çıxarış" daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyastr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin qeyd edir ki, mərhum atası X3 09 may 2019-cu ildə, anası X4 isə 07 iyul 2000-ci il tarixdə vəfat etmişdir. Bacısı-cavabdeh X5 Rusiya federasiyasına getmiş və harada yaşadığını bilmir, onunla əlaqə saxlamaq mümkün deyil. Çünki, ünvanı məlum deyil. Yuxarıda qeyd etdiyi kimi o birgə mülkiyyətdə olan torpaq sahəsində mülkiyyətçilərdən biridir, onun payına düşən torpaq sahəsi üzərində olan hüquqlarını müstəqil olaraq həyata keçirmək istəyir, lakin nə qədər ki, payı müəyyən olunmayıb bu hüququnu həyata keçirə bilmir. Beləki, mülkiyyət üzərində sahiblik, istifadə və sərəncam hüququ məhdudlaşdırılır. Payına düşən torpaq sahəsi üzərində hüquqlarını həyata keçirmək və adıma rəsmiləşdirmək üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri" X6 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət etmişdir. Oradan ona 16 mart 2023-cü il tarixli, 3-21-3-42/2-k-00xx-xx/2023 saylı məktubla cavabı yerildi ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payınınayrılması məhkəmə qaydasında tələb edə bilər. O da Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Nİc qəsəbəsində yerləşən 1.16 ha kənd yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.19679-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən 03 aprel 2023-cü il tarixdə verilmiş 5-59-14/2-373/2023 saylı ararışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Nic qəsəbə sakini Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında ünvanı məlum olmayan yerdə yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ Regioanl “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 may 2019-cu il tarixdə verilmiş AZ-İ № 994526 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 may 2019-cu ildə Qəbələ rayon Nic qəsəbəsində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 02 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 315516 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 iyul 2000-ci ildə Qəbələ rayon Nic qəsəbəsində vəfat etmişdir. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ı ilə 1.16 ha torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh, X1 və X2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı və Cavabdeh payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”da mülkiyyətçi olaraq 1/4 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi–**********93; qeydiyyat nömrəsi–**********; qeydiyyat tarixi– xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” ilə ümumi birgə mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsindən İddiaçı payı 1/4 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi - **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.16 ha torpaq sahəsindən iddiaçı Karamı̇ Anton Vaçı̇ kovçı̇ n payı 1/4 hissədə müəyyən olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar