Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-8/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar, İddiaçı1, İddiaçı2 və Etibarlı (Abdullayeva) Aygül Ramiz qızının Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Etibarlı (Abdullayeva) Aygül Ramiz qızı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib AA 509061 və AA 509173 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,07 ha (reyestr nömrəsi: **********19) və 0,5495 ha (reyestr nömrəsi **********69) torpaq sahəsindən hər birinə düşən payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 ərizə verib mübahisəni öz aralarında həll etdiklərini bildirərək iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, başqa şəxslərin qanunla qorunan hüquqlarını pozmadığından, dövlət və ictimai mənafelərə heç bir zərər vurmadığından iddiaçılar, İddiaçı1, İddiaçı2 və Etibarlı (Abdullayeva) Aygül Ramiz qızının iddia tələbindən imtinası qəbul edilib işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266,267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçılar, İddiaçı1, İddiaçı2 və Etibarlı (Abdullayeva) Aygül Ramiz qızının Cavabdeh qarşı payın naturada bölünməsi tələbi barədə iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-8/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-8/2024
27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver