Məhkəmə qərarları › İş №2(025)-801/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-801/2020

23.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-801/2020 23.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Bərdəddin qızı və Cavabdeh1 iştirakları ilə İddiaçı Bərdəddin qızının cavabdehlər Cavabdeh1 Bərdəddin oğlu və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Bərdəddin qızı cavabdehlər Cavabdeh1 Bərdəddin oğlu və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsində həmin 0,07 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış xx xxxx 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,07 hektar həyətyanı torpaq sahəsindən onun payına düşmüş 1/3 hissənin, yəni 0,02333 hektarının həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X3 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə 0,07 hektar həyətyanı torpaq sahəsi anası X1 mülkiyyətinə verilmişdir və bu barədə adına 2002-ci ilin oktyabr ayında 467 sayı ilə kitabda qeydə alınmış JN-501F (kod: 40601004) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Anası X2 isə xx xxxxx 2007-ci ildə Qəbələ şəhərində ölmüşdür. Onun ölmündən sonra ondan ünvan 1 saylı ünvanda 0,07 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Cavabdehlərə qarşı “Miras əmlakda payların müəyyən edilməsinə dair” iddia ərizəsi əsasında Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə həmin torpaq sahəsinin 1/3 hissəsinin, yəni 0,02333 hissəsinin tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsində həmin 0,07 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 2/3 hissədə mərhum anası X1 və 1/3 hissədə onun adına qeydə alınmış və bu barədə adlarına xx xxxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 0,07 hektar həyətyanı torpaq sahəsinin mərhum anası X1 mülkiyyətində qalmış 2/3 hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Hazırda o, qızı ilə birlikdə payına düşən torpaq sahəsində ev tikdirmək istəyir. Lakin payına düşən torpaq sahəsi naturada bölünərək tanıdılmadığına görə qeyd etdiyi işləri görə bilmir. Beləliklə də o, 0,07 hektar həyətyanı torpaq sahəsindən onun mülkiyyətinə verilmiş 1/3 hissəsindən istəyinə uyğun istifadə edə bilmir, yənicavabdehlərlə birgə paylı mülkiyyətlərində olan torpaq sahələri üzərində hüquqlarını hər kəs öz istəyinə uyğun həyata keçirə bilməmişlər. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi ona düşən torpaq sahəsi üzərində hüquqlarını öz istəyinə uyğun həyata keçirmək məqsədilə cavabdehlərə paylarına düşən torpaq sahələrinin ayrılıb verilməsini təklif etsə də, torpaq sahələrinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar onun mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehlərə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Ona görə də cavabdehlərlə ümumi mülkiyyətlərində olan həyətyanı və pay torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının müəyyən edilməsinə və naturada ayrılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş bölgü planına uyğun olaraq payının naturada bölünməsinə etiraz etmədiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək məhkəmə verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsindən payların naturada ayrılmasına etiraz etmir. Ekspert rəyi ilə tanış olmuş və ekspert rəyində göstərilmiş, yəni“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş ölçülərə uyğun, aralarında mübahisələndirilən torpaq sahələrində bölgünün aparılmasına heç bir etirazı yoxdur. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən X1 2/3, İddiaçı Bərdəddin qızının isə 1/3 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 tərəfindən xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair A 417448 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ninxx.xx.2020-ci il tarixli, 318 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 tərəfindən xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinə dair A 417448 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nə əsasən Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payının naturada ayrılması (həyətə giriş-çıxış və su sayğacının yerləşdiyi yer nəzərə alınmaqla) mümkündür. Bölgü zamanı İddiaçı 1/3 hissədə payına 0,0233 ha torpaq sahəsi düşür. Təklif olunan bölgü variantı ArcMap və Autocad proqramları vasitəsilə hazırlanan bölgü planında aydın şəkildə göstərilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 318 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinin təsviri hissəsində göstərilmişdir ki, GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək üçün cavabdehin iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib edilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərlə, Kompleks Yerquluşu xəritəsinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Autocad proqramı vasitəsilə hazırlanan sxemdə göstərildiyi kimi torpaq sahəsinin ümumi faktiki sahəsi 0,1126 ha təşkil edir. Bundan 0,07 ha hissəsi DƏDRX tərəfindən **********79 reyestr nömrəli çıxarış və A seriyalı 417448 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilində özəlləşmiş qalan 0,0426 ha hissəsi isə əlavə istifadə olunan torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********90 nömrəli məktubdan görünür ki, qanunvericiliyin tələblərinə görə pay müəyyən edildikdən sonra payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət edilə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan Göyçay RPŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü il tarixdə Qutqaşen şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən бu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən X1 2/3, İddiaçı Bərdəddin qızının isə 1/3 hissədə payları müəyyən olunmuşdur və sözügedən torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti – texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış hər bir torpaq sahəsindən iddiaçının payının ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına Cavabdeh1 etiraz etməmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən payların ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına münasibətini öyrənmək mümkün olmasa da, belə bölgü cavabdehin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/3 (0,0233 ha) hissəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/3 (0,0233 ha) hissədə payı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar