Məhkəmə qərarları › İş №2(025)-804/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-804/2020

26.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-804/2020 26.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh4 (eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi), cavabeh Cavabdeh4 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Hacıyeva (Ebişova) Cəmalə Qasım qızına qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Hacıyeva (Ebişova) Cəmalə Qasım qızına qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X5 qərarı və «Torpağa mülkiyyət hüququna dair» JN-280 A (kod 40800038) şəhadətnamə ilə mərhum anası X7 5 nəfər ailə üzvləriylə (anası da daxil olmaqla) birlikdə verilmiş 0,18 ha torpaq sahəsindən X6 payına düşən 0,036 ha (hər birinin payı 0,036 ha) hissəsi və Qəbələ rayon X5 qərarı və «Torpağa mülkiyyət hüququna dair» JN-280 F (kod 40800038) şəhadətnamə ilə mərhum anası X7 5 nəfər ailə üzvləriylə (anası da daxil olmaqla) birlikdə verilmiş 0,48 ha torpaq sahəsindən X6 payına düşən 0,096 ha (hər birinin payı 0,096 ha) hissəsi olmasının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli qərarı ilə X7 və digər ailə üzvlərinə verilmiş JN-280A saylı şəhadətnamə üzrə 0,18 ha torpaq sahəsi üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X5 qərarı ilə mərhum anası X10 da daxil olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinə 0,18 ha və 0,48 ha miqdarında fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-280 A (kod 40800038), JN-280 F saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamələrlə rəsmiləşdirilmişdir. Mülkiyyətçilərdən biri, yəni anası X10 vəfat etmişdir. Mübahisələndirdiyi torpaq sahəsinə aid olan JN-280 A və JN-280 F saylı şəhadətnamələrin mülkiyyətçilərinin sırasına daxil olan qardaşı Cavabdeh4 və onun ailə üzvləri ona mərhum anasının mülkiyyətində olan torpaq sahəsindən istifadə olunmasında maneələr törədir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X3 ona qarşı törətdiyi maneçiliklərə görə həmin torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, ümumi paylı mülkiyyətdə olan, mübahisələndirdiyi JN-280 A saylı şəhadətnamə üzrə 0,18 ha torpaq sahəsinin tərkibində mərhum anası X6 payına 0,36 ha (hər birinin payı 0,36 ha) və JN-280 F saylı şəhadətnamə üzrə 0,48 ha torpaq sahəsinin tərkibində mərhum anasının payına 0,096 ha (hər birinin payı 0,096 ha) olmasının müəyyən edilərək qətnamə çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəhadətnamələrə əsasən paylı ümumi mülkiyyətdə mərhum anasının və cavabdehlərin torpaq pay hissəsi vardır. Hazırda o, digər mülkiyyətçilərlə torpaqdan istifadə qaydaları barədə razılığa gələ bilmir. Hesab edir ki, həmin torpaq sahələrindən mərhum anası X6 payına uyğun hissələri müəyyənləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X4 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 (eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qismən qəbul edərək, göstərmişdir ki, JN-280 A (kod 40800038) və JN-280 F saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamələrlə paylı mülkiyyətdə olan 0,18 ha torpaq sahəsindən mərhum X6 payının müəyyən edilməsinə etiraz etmir, lakin ordan iddiaçıya torpaq ayrılmasına etiraz edir. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Cavabdeh4 vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, tərəflər arasında mübahisələndirilən və JN-280 F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə paylı mülkiyyətdə olan 0,18 ha torpaq sahəsindən X6 payının müəyyən edilməsinə etiraz etmir. İş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək verdiyi izahatında JN-280 A saylı şəhadətnamə ilə paylı mülkiyyətə verilmiş 0,18 ha torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Ebişova (Hacıyeva) Cəmalə Qasım qızı iddia tələbini qismən qəbul edərək verdiyi izahatında JN-280 A saylı şəhadətnamə ilə paylı mülkiyyətə verilmiş 0,18 ha torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin, cavabdehlərin, cavabdehin vəkilinin izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-280 A (kod: 40800038) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X3 birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,18 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətinin Bum qəsəbə X2 xx xxxxxx 2019-cu il tarixli, 916 nömrəli arayışında mərhum X10 xx.xx.2011-ci il tarixdə vəfat edən zaman - X8, X12, X9, İddiaçı və Cavabdeh4 vərəsə olaraq qaldıqları, mərhumun başqa heç bir vərəsəsinin olmadığı qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, Az-İ 465159 nömrəli arayışından görünür ki, X10 xx.xx.2012-ci il tarixdə «d-degenerasiyası»ndan vəfat etmişdir. İş materiallarında olan Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xx xxxxx 2019-cu il tarixdə İddiaçı ünvanladığı 429 nömrəli məktubda, xx xxxxx 2019-cu il tarixdə ofisə daxil olmuş ərizəsinə baxıldığı, onun vəfat etmiş anası X6 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəflərin ofisə gəlmələri və lazımi sənədləri təqdim etmələri, əks təqdirdə məhkəməyə müraciət etməyinin tövsiyə olunduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13 xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanladığı, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sorğu məktubuna cavabında JN-280 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edildiyi, JN-280 F saylı şəhadətnamənin aşkar edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon X5 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Hacıyeva (Ebişova) Cəmalə Qasım qızının birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,18 ha həyətyanı (fərdi ypaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində payçıların mülkiyyət hüququ JN-280 A (kod: 40800038) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, İddiaçı qeyd olunana torpaq sahəsində payı olan mərhum anası X7 məxsus hissədə vərəsə kimi payı olduğundan, lakin onun payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payların müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X10 xx.xx.2012-ci il tarixdə «d-degenerasiyası»ndan vəfat etmişdir. Məhkəmə qeyd edir ki, JN-280A saylı şəhadətnamə ilə X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X3 birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,18 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsində payların müəyyən olunmasına dair İddiaçı iddia tələbi qismən əsaslıdır. Blə ki, bu zaman digər mülkiyyətçilərin deyil, yalnız X6 payı müəyyən olunmalıdır. Çünki cavabdehlər belə bir tələblə məhkəməyə müraciət etməmişlər. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 5 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, onların hər birinin payı da 1/5 hissə üzrə müəyyən olunmalıdır. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlərin nümayəndəsi və Cavabdeh4 vəkili izahatlarında JN-280 A saylı şəhadətnamə ilə birgə mülkiyyətdə olan 0,18 ha torpaq sahəsindən mərhum X6 payının müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. Ona görə də məhkəmə iddianı həmin hissədə əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə yazdığı ərizəsində Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə X7 və digər ailə üzvlərinə verilmiş JN-280 A saylı şəhadətnamə üzrə 0,18 ha torpaq sahəsi üzərində payın müəyyən edilməsini tələb etsə də, ona mülki işin məhkəmə araşdırılması zamanı izah olunmuşdur ki, mərhum anası X6 payı müəyyən edildikdən sonra o, həmin pay torpaq sahəsindən vərəsəlik qaydasında mirasdan payına düşən hissəsini tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddianın JN-280 A saylı şəhadətnamə üzrə 0,18 ha torpaq sahəsindən payının müəyyən edilməsi hissəsi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-280 A nömrəli (kod: 40800038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,18 ha həyətyanı torpaq sahəsindən İddiaçı mərhum anası X6 payı 1/5 (0,036 ha) hissə üzrə müəyyən olunmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-280 A nömrəli (kod: 40800038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,18 ha həyətyanı torpaq sahəsindən İddiaçı mərhum anası X6 payı 1/5 (0,036 ha) hissə üzrə müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar