Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-816/2020 18.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qəbələ Regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı “yaşayış evindən və torpaq sahəsindən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və üçüncü şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı “yaşayış evindən və torpaq sahəsindən payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 131.5 kv.m yaşayış sahəsi 44.2 kv.m, yardımçı sahə 87.3 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evinə və 0,21 hektar torpaq sahəsinə payının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında 1997-98-ci illərdə aparılmış X4 xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinə mülkiyyət hüququna dair JN-1533F, KOD-40601004 saylı şəhadətnaməyə əsasən mübahisəli sahəyə onun mülkiyyət hüququ yaranmışdır. Lakin sonradan həmin torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən mənimsənilmiş və onun mülkiyyət hüququ pozulduğuna görə məhkəməyə müraciət etməli olmuşdur və məhkəmənin qətnaməsinə əsasən mülkiyyət hüququ bərpa edilmişdir. Atası X10 – xx.xx.2015-ci ildə vəfat etmişdir, atasının ölümü Qəbələ Qeydiyyat şöbəsinin Qeydiyyat kitabının 30-cü səhifəsində bu barədə xx.xx.2014-cü ildə qeydə alınmışdır. Anası Cəfərov (Eyvazova) Vəcihə Hüseyn qızı xx.xx.2005-ci ildə vəfat etmişdir, anasının ölmü Qəbələ Qeydiyyat şöbəsinin Qeydiyyat kitabının 77 səhifəsində bu barədə xx.xx.2005-ci ildə qeydə alınmışdır. Hazırda torpaq sahəsinin Cavabdeh1, X14, Eyvazova (Abdurahmanzadə) Vəfa Nadir qızı, X11, X12 və X8 adlı 6 paylı mülkiyyətçisi vardır. Doğulub boya başa çatdığı ev valideynlərinin – atasının adına olmuşdur. O, həmin evdə qeydiyyatda olub yaşamışdır və bu vaxta kimi həmin evdə qeydiyyatdadır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 2353/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Çıxarışın Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25də yerləşən ümumi sahəsi 131.5 kv.m, yaşayış sahəsi 44.2 kv.m, yardımçı sahə 87.3 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evi və 0,21 hektar torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********86-10301, ********** nömrə ilə qeydiyyatdan keçmiş xx.xx.2015-ci il tarixində Seriya RX N:0659955 saylı Çıxarışın etibarsız hesab edilməsi qət edilmiş və həmin qətnamə hüquqi qüvvəyə minmişdir. Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 0,21 hektar torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********86, daşınmaz əmlakın dövlət reyestrində 187 nömrə ilə qeydiyyatdan keçmiş Çıxarışa əsasən paylı mülkiyyətdə 1/8 paya malikdir. O, ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə müraciət edərək paylı mülkiyyətdə olan torpaq sahəsinin ayrılaraq ona verilməsini xahiş etmişdir. Lakin reyestr xidməti ona bildirmişdir ki, torpaq sahəsinin bölgüsünü notariat kontoru tərəfindən həyata keçirilir. Ona görə də Qəbələ rayon Notariat Kontoruna müraciət etmiş, lakin notariat kontoru səlahiyyətlərini ASAN xidmətinə verildiyini göstərmişdir. Bu səbəbdən o, Qəbələ rayon Ərazisində fəaliyyət göstərən “ASAN” xidmətinin nəzdində fəaliyyət göstərən Notariat Kontoruna müraciət edərək paylı mülkiyyətdə olan torpaq sahəsinin bölgüsünü həyata keçirməyi və paylı torpaq sahəsindən onun mülkiyyətinin ayrılıb ona təhvil verilməsini xahiş etsə də, təmin edilməmişdir. Eyni zamanda Notariat Kontoru ona bildirmişdir ki, torpaq sahəsinin mülkiyyətçiləri bölgü ilə əlaqədar ASAN xidmətin nəzdində olan Notariat Kontoruna gəlməkdən imtina etdikləri üçün paylı torpaq sahəsinin bölgüsünü keçirmək imkanı olmadığını bildirmişdir. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur və məhkəmə tərəfindən paylı mülkiyyətin bölgüsü keçirilməli və paylı torpaq sahəsində onun payı ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qəbələ Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və Qəbələ Regional «Asan Xidmət» mərkəzinin notariat kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər- X14, X15, X11, X12 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdirlər ki, Şəki Apelyasiya məhkəməsi tərəfindən Rahimə Eyvazovun xeyrinə çıxarılmış olduğu qərar tamamilə əsassız və qərəzlidir. Valideynlərindən miras qalmış 21 sot torpaq sahəsi 8 nəfər üzrə bölgüsü aparılmaqla hər bir payçıya 1/8 pay hesabı 2,625 sot torpaq düşməlidir. Həmin payın pulunu isə dəfələrlə şantaj yolu ilə Rahimə onlardan almışdır. Ərizədə göstərilən halların qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qəbələ Regional "ASAN xidmət" Mərkəzinin notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qediyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan görünür ki, İddiaçı, X13, X6, X14, X1, X11, Cavabdeh1 və X5paylı mülkiyyətinə Qəbələ şəhəri, F.Rəhimov küçəsində 0,21 ha həyətyanı torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2353/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-87/2019 saylı qətnаməsi iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 131,5 kv.m, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 87.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsinə verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarış, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 131,5 kv.m, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 87.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsinə verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067164 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X6 “beyinə qansızma” xəstəliyindən xx.xx.2005-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 77 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067165 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X13 “mədəni xərçəngi” xəstəliyindən xx.xx.2015-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 30 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 980 nömrəli arayışdan görünür ki, İddiaçı atası X13 xx xxxx 2015-ci ildə vəfat etdiyi tarixədək ünvan 2 saylı ünvanda yaşamışdır. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 979 nömrəli arayışdan görünür ki, İddiaçı anası X6 xx xxxxxxx 2015-ci ildə vəfat etdiyi tarixədək ünvan 2 saylı ünvanda yaşamışdır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayon X4 26fevral2001-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı, X13, X6, X14, X1, X11, Cavabdeh1 və X5 birgə mülkiyyətinə 0,21 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq səhəsinə sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ı verilmişdir. Torpaq sahəsi hüquq sahibləri olaraq İddiaçı, X13, X6, X14, X1, X11, Cavabdeh1 və X5 ümumi birgə mülkiyyətindədir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçı torpaq sahəsindən payların müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 8 bərabər birgə mülkiyyətçisi olduğundan, onların hər birinin payı da 1\8 hissə üzrə müəyyən olunmalıdır. İddiaçının Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 131 kv.m, yaşayış sahəsi 44.2 kv.m, yardımçı sahə 87.3 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən də payının müəyyən olunması ilə bağlı tələbi ilə qeyd edir ki, iddiaçı həmin evə mülkiyyət hüuqunu təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə etməmişdir. Əksinə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Regional «Asan Xidmət» X2, cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun təmin edilməsi, miras əmlaka verilmiş çıxarışın ləğv edilməsi və həmin əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri, atası-X7, anası-Cəfərova (Eyvazova) Vəcihə Hüseyn qızına məxsus ünvan 6 (25) ünvanda yerləşən miras əmlaklara vərəsəlik hüququnun təmin edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi, həmin ünvanda olan miras əmlaka (torpaq sahəsinə və evə) Qəbələ rayon Notariat kontoru tərfindən xx.xx.2015-ci il tarixdə verilmiş 7V-159 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə»nin etibarsız hesab edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 131,5 kv.m, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 87.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsinə verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka payının müəyyən edilməsi və payına uyğun olaraq daşınmaz əmlaklara dair çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-87/2019 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ «Asan Xidmət» X2, cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2353/2019 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarış, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 131,5 kv.m, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 87.3 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsinə verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilsə də, iddiaçının iddia tələbinin mərhum valideynləri, atası-X7, anası-Cəfərova (Eyvazova) Vəcihə Hüseyn qızına məxsus ünvan 6 (25) ünvanda yerləşən miras əmlaklara vərəsəlik hüququnun təmin edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi, həmin ünvanda olan miras əmlaka (torpaq sahəsinə və evə) Qəbələ rayon Notariat kontoru tərfindən xx.xx.2015-ci il tarixdə verilmiş 7V-159 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə»nin etibarsız hesab edilməsi, miras əmlaka payının müəyyən edilməsi və payına uyğun olaraq daşınmaz əmlaklara dair çıxarışın verilməsi hissəsində əsassız olduğundan təmin edilməmişdir. Göründüyü kimi iddiaçının Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 131 kv.m, yaşayış sahəsi 44.2 kv.m, yardımçı sahə 87.3 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququ olmadığından, həmin evdən onun payı müəyyən edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 131 kv.m, yaşayış sahəsi 44.2 kv.m, yardımçı sahə 87.3 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evindən də payının müəyyən olunması hissəsində iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin “payın müəyyən edilməklə mənə ayrılması” müddəası ilə bağlı qeyd edir ki, ilkin olaraq iddiaçının qeyd olunan torpaq sahəsinə payı müəyyən edilməli, həmin tələblə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq “çıxarış” alınmalı, sonradan müvafiq icra hakimiyyəti orqanına payın naturada ayrılıb ona təqdim olunması barədə müraciət olunmalı, bundan imtina olunduqda isə məhkəməyə müraciət edilə bilər. Bu səbəbdən də məhkəmə həmin hissədə də iddianın təmin olunmamasını əsaslı və qanuni hesab edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X14, X15, X11, X12 xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərdikəri ərizədə Şəki Apelyasiya məhkəməsi tərəfindən Rahimə Eyvazovun xeyrinə çıxarılmış olduğu qərarın tamamilə əsassız və qərəzli olduğunu bildirsələr də, cavabdehlər tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2353/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməmiş və sözü gedən qətnamə öz qanuni qüvvəsini almış və bunun nəticəsində iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qediyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» almışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli vəAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payı 1/8 hissədə (0,026 ha) müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin olunmamlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payı 1/8 hissədə (0,026 ha) müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-816/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-816/2020
18.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver