Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-818/2021 02.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli, 26 saylı qərarı ilə JN-014F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.45 ha torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə onların ailəsinə JN-014F saylı torpağın mülkiyyətə verilməsinə dair shadətnamə üzrə 0,45 ha mülkiyyətinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçiləri o, mərhum anası X4 və qardaşı Cavabdehdur. Həmçinin mərhum anası 11 iyul 2008-ci il tarixdə vəfat etmişdir. Ümumi paylı mülkiyyətdə payı olan iş üzrə Cavabdeh ümumi mülkiyyətin bölünməsinə etiraz edir. Daha doğrusu torpağın bölünməsi üçün hər hansı bir dövlət orqanına gəlməkdən imtina edir. Həmçinin hazırda 0,45 ha torpaq sahəsinin hamısına sahiblik edir və onu oraya buraxmır və bildirir ki, onu oraya buraxmayacaq və payını tələb etsə onu məhv edəcək. Həmçinin qeyd edilən torpaq sahəsində atadan qalma yaşayış evi də var və həmin evdə cavabdeh ailəsi ilə birlikdə yaşayır. Onun atadan qalma evdə və mərhum anasının payına düşən torpaq ləsindən heç bir tələbi yoxdur. Sadəcə olaraq paylı mülkiyyətdə olan payını istəyir. Cavabdeh isə buna qətiyyətlə etiraz edir. Ona görə də mübahisə yaranmış və o da Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. 0,45 ha torpaq sahəsi mülkiyyətçilər arasında bölündükdə hər nəfərə 0,15 ha torpaq, payı düşür. Yuxarıda qeyd etdiyim kimi o, ancaq öz payına düşən 0,15 torpaq payını istəyir. Paylar müəyyən edilmədən hər kəsin payına düşən torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüqlarını həyata keçirə bilmirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, uşaqlığından həmin torpaq sahəsində yaşayır. İddiaçı qeyd olunan torpaq sahəsinə heçvaxt baxmayıb. İddiaçını kimlərsə öyrədir. Həmin şəxslər iki qardaş arasında nifaq salmaq istəyir. Mübahisəli torpaq sahəsində əkin əkmiş, bağ salmışdır. Bu səbəbdən 22 sot torpaq sahəsinin onda qalmasını istəyir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-014F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29.11.1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Zarağan kənd İ.Ə.N tərəfindən verilmiş 01.10.2019-cu il tarixli AZ-İİ № 029893 saylı Ölüm haqqında şəhadətnmaənin surətindən görünür ki, X5 11.07.2018-ci il tarixdə Qəbələ rayon Zarağan kəndində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən 05.11.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 25.02.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 29.11.1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən verilmiş JN-014F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.45 ha torpaq sahəsi üzərində X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X5 11.07.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı və Cavabdeh payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN-014F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/3 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli, 26 saylı qərarı ilə JN-014F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.45 ha torpaq sahəsindən İddiaçı payı 1/3 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli, 26 saylı qərarı ilə JN-014F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.45 ha torpaq sahəsindən İddiaçı payı 1/3 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-818/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-818/2021
02.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver