Məhkəmə qərarları › İş №2(025)-822/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-822/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-822/2020 10.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X18 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən törədilmiş nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən “Vaz 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş X7 ölməsinə görə onun vərəsəsinə 5000 manat, X8 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X4 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X12 vurulmuş az ağır xəsarətə görə 1500 manat, VAZ 21061 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 1350 manat məbləğində ödənilmiş pul vəsaitləri, cəmi 10850 (on min səkkiz yüz əlli) manat vəsaiti və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “OPEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Həmin avtomobil Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh1 “OPEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək, xx.xx.2017-ci il tarixdə saat 15:09 radələrində Qəbələ şəhəri Sahil küçəsinin “Qəbələ” əyləncə mərkəzinin yanından keçən hissəsində keçən yolda yol hərəkəti qaydalarını pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq göstərilən tələblərə riayət etməyərək, öz hərəkət zolağından sola doğru istiqamət götürüb, əks hərəkət zolağına çıxaraq, idarə etdiyi avtomobilin ön hissəsi ilə əks istiqamətdə hərəkətdə olan, sürücü X2 idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən sonuncunun hərəkət zolağında vurmaqla zədələyərək, ehtiyyatsızlıqdan “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X16 hadisə nəticəsində aldığı ağır zərərdən ölmüş, X5, həmin avtomobilin sürücüsü X2 və X1 az ağır zərər vuran xəsarət yetirilmişdir. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin istintaq bölməsi tərəfindən ********* nömrəli işi başlanılmış, Cavabdeh1 AR CM-nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan başqa cavabdeh Kərimov X3 Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında AP ******* saylı xx.xx.2018-ci il tarixli protokol və MN ******* nömrəli xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sığorta hadisəsi ilə bağlı İddiaçı ASC tərəfindən “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş X10 ölməsinə görə onun vərəsəsinə 5000 manat, X8 vurulmuş az ağır xəsarətə görə 1500 manat, “VAZ 21061” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil dəymiş ziyana görə 1350 manat məbləğində sığorta ödənişləri edilmişdir. Cavabdeh2 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh1 verməsi, axırıncı tərəfindən qəza törədilərək sığorta hadisəsi baş verməsi və İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh2 cavabdeh qismində bu işə cəlb olunmalı, maddi məsuliyyət daşımalıdır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Xudiyev Şəfahət məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək göstərdi ki, yol-nəqliyyat hadisə zamanı İddiaçı ASC tərəfindən X7 ölməsinə görə onun vərəsəsinə 5000 manat, X8 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X4 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X12 vurulmuş az ağır xəsarətə görə 1500 manat, VAZ 21061 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 1350 manat məbləğində pul ödənilmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil Cavabdeh2 adına olmuş və hadisə zamanı onun etibarnaməsi olmamışdır. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək göstərdi ki, “OPEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olmuş, lakin Cavabdeh2 etibarnamə verməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1987-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuşdur və Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, borclu Cavabdeh2 Namizəd oğlu xx.xx.1988-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuşdur və Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il 1(025)-01/2018 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 etibarnaməsiz idarə etdiyi avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə “Vaz 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, sürücü S.Həşimov Vaz-21061 minik markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolun 60 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş ziyan aktlarından görünür ki, hadisə nəticəsində zədələnmiş “Vaz-21061” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2600 (iki min altı yüz) manat Opel Astra markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1203 (bir min iki yüz üç) manat ziyan vurulmuşdur. İş materiallarında olan 1148/FQ/CML1012/2018-1 saylı, xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X14 dəymiş zərərin ümumi həcmi 5.000 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X4 ödənilmişdir. İş materiallarında olan 1148/FQ/CML1012/2018-4 saylı, xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, zərər çəkən şəxs X8 dəymiş zərərin ümumi həcmi 1.500 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 1.350 (bir min üç yüz əlli) manat məbləğində pul X4 ödənilmişdir. İş materiallarında olan 1148/FQ/CML1012/2018-3 saylı, xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, zərər çəkən şəxs X4 dəymiş zərərin ümumi həcmi 1.500 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 1.350 (bir min üç yüz əlli) manat məbləğində pul X4 ödənilmişdir. İş materiallarında olan 1148/FQ/CML1012/2018-4 saylı, xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, zərər çəkən şəxs X12 dəymiş zərərin ümumi həcmi 1.500 manat müəyyən edilmişdir. İş materiallarında olan 1148/FQ/CML1012/2018-4 saylı, xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, X4 məxsus “Vaz-21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi həcmi 1.350 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 1.350 (bir min üç yüz əlli) manat məbləğində pul X4 ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh1 tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi X7 ölümünə, X9 ağır xəsarət almasına, X15 və X6 az ağır xəsarət almasına səbəb olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 847359 №-li «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X17 “baş beyinin əzilməsi” xəstəliyindən xx.xx.2017-ci il tarixdə Qəbələ şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 02 № ilə qeyd edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2018-ci il tarixli, 1088 nömrəli rəyindən görünür ki, “Vaz 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş cəmi zərər 1350 (bir min üç yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarında olan AC № 907096 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X26” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan AE 721567 nömrəli, xx.xx.2016-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh2 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh1 vermiş və nəticədə Cavabdeh1 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh2 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər Cavabdeh1 ilə birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 “OPEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək, xx.xx.2017-ci il tarixdə saat 15:09 radələrində Qəbələ şəhəri Sahil küçəsinin “Qəbələ” əyləncə mərkəzinin yanından keçən hissəsində keçən yolda yol hərəkəti qaydalarını pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq göstərilən tələblərə riayət etməyərək, öz hərəkət zolağından sola doğru istiqamət götürüb, əks hərəkət zolağına çıxaraq, idarə etdiyi avtomobilin ön hissəsi ilə əks istiqamətdə hərəkətdə olan, sürücü X2 idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən sonuncunun hərəkət zolağında vurmaqla zədələmişdir. Nəticədə “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X16 hadisə nəticəsində aldığı ağır zərərdən ölmüş, X5, həmin avtomobilin sürücüsü X2 və X1 az ağır zərər vuran xəsarət yetirilmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X7 ölməsinə görə onun vərəsəsinə 5000 manat, X8 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X4 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X12 vurulmuş az ağır xəsarətə görə 1500 manat, VAZ 21061 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 1350 manat, ümumilikdə 10850 (on min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10850 (on min səkkiz yüz əlli) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar