Məhkəmə qərarları › İş №2(025)-824/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-824/2020

20.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-824/2020 20.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh3, x2 və x1 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, x2 və x1 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.4-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh3, x2 və x1 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair eyni iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi 06.07.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmə hazırlıq iclası 20 iyul 2020-ci il, saat 12:00-a təyin edilmişdir. Buna baxmayaraq iddiaçı eyni tələblə və eyni tərəflərə qarşı yenidən məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş ********* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, həmin dövlət rüsumu iddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinin icraatında olan 2(025)-778/2020 nömrəli mülki iş üzrə də istifadə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, x2 və x1 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar